Xəbərlər - Publika.az
Bizi izləyin

Siyasət

Türkiyənin Azərbaycandakı səfirliyi bəyanat yaydı

“Qardaş Azərbaycan Respublikasının müstəqilliyini yenidən qazanmasından sonra onu beynəlxalq aləmdə tanıyan ilk ölkə Türkiyədir. Azərbaycanın Türkiyə Cümhuriyyəti ilə imzaladığı “Diplomatik əlaqələrin yenidən qurulmasına dair anlaşma” sənədi nəticəsində 1992-ci il yanvarın 14-də Türkiyənin Azərbaycandakı səfirliyi Bakıda fəaliyyət göstərməyə başlayan ilk diplomatik nümayəndəlik oldu”.

Publika.az xəbər verir ki, bu fikirlər Türkiyənin Azərbaycandakı səfirliyinin bəyanatında əksini tapıb.

Bəyanatda qeyd olunub ki, tarix boyu Türkiyə Cümhuriyyəti çətin vaxtda ilk olaraq Azərbaycanın qardaş köməyini, Azərbaycan isə çətni günlərdə Türkiyənin dəstəyini görüb: "Beynəlxalq aləmdə ölkələrimizin uğurlarına görə birlikdə sevinir, kədərinin isə kədərimiz olduğunu bildiririk".

Qeyd eədk ki, bu gün Azərbaycan-Türkiyə diplomatik əlaqələrinin 30 ili tamam olur.

Rəylər

Siyasət

İrəvan ərazi bütövlüyümüzü tanımasa, Bakı Göyçə və Zəngəzuru... - DETALLAR

“İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın suverenliyi və ərazi bütövlüyü hüququ bərpa olunub. Buna baxmayaraq, Ermənistan hələ də Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən elan etməyib. Ərazilərin qarşılıqlı olaraq tanınması konkret və xüsusi sənədlərlə təmin olunmayıb. Bu da istər-istəməz post-münaqişə dövrünə təsirsiz ötüşmür”.

Bunu Publika.az-a açıqlamasında keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

O bildirib ki, İrəvanda mütəmadi olaraq “öz müqəddəratını təyinetmə” hüququndan danışırlar:

“Ermənistan bu gün sülhməramlı qüvvələrin müvəqqəti nəzarətində olan “strukturları” maliyyələşdirir, onların müvafiq təbliğatını qanunsuz əməllərlə həyata keçirir. Əslində, ermənilər Qarabağ ərazisindən imtina etmək istəmirlər. Müxtəlif yollarla “ilhaq cəhdləri” edirlər.  Bu cür təxribatçı hərəkətlərin qarşısının alınması üçün Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası prosesindən əvvəl tərəflər bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqlarını bəyan etməlidir. Burada əsas problem və məsuliyyət yenə də Ermənistanın üzərinə düşür”.

Tofiq Zülfüqarov qeyd edib ki, erməni siyasətçilərinin müxtəlif açıqlamalarında, rəsmi sənədlərdə, o cümlədən Ermənistanın müstəqillik bəyannaməsində, konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü tanınmır:

“Bu o deməkdir ki, Ermənistanın sərhədləri İrəvanın fantaziyalarına uyğun olaraq 27 sentyabr 2020-ci ilə qədər olan təmas xəttindədir. Buna əsaslanaraq faktiki olaraq Azərbaycan sərhədlərini tanımamaqla Azərbaycanın da onların sərhədlərini tanımamasına şərait yaradırlar. İndiyədək Qazaxda bir sıra ərazilər - eksklavlar, Kərki kəndi və sair ərazilər hələ də geri qaytarılmayıb. Belə olan halda ermənilərin ərazi bütövlüyünə hörmət tələb etməsi absurddur. Hətta Azərbaycanın tarixi ədalətin bərpasını və təxminən 100 il əvvəl sovet hakimiyyəti tərəfindən Ermənistana verilmiş torpaqların qaytarılmasını tələb etmək hüququ var. Söhbət Zəngəzurdan, Göyçədən gedir. Azərbaycan da öz ərazilərinin tam əsaslarla qaytarılmasını tələb edə bilər”.

Tural Turan

Oxumağa davam et

Siyasət

Morq işçilərinin yeni maaşı müəyyənləşdi

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin işçilərinin yeni aylıq vəzifə maaşları müəyyənləşib.

Publika.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2022-ci il 14 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş 14 nömrəlli əlavə öz əksini tapıb.

Sıra №-si
Vəzifələrin adı
Aylıq vəzifə maaşı
(manatla)
1
2
3
1.
Baş direktor
1100
2.
Baş direktorun müavini
948
3.
Baş mühasib
810
4.
Şöbə müdiri:

4.1.
tibb sahəsində həkim ixtisası tələb olunan
726
4.2.
digər profilli
708
5.
Şöbə rəisi-məhkəmə-tibb eksperti, şöbə rəisipatoloq-anatom:

5.1.
mərkəzin (birliyin) aparatında
731
5.2.
şəhər (rayon), regional qurumlarda
678
6.
Məhkəmə-tibb eksperti, məhkəmə eksperti, patoloq-anatom, ekspert-kriminalist:

6.1.
mərkəzin (birliyin) aparatında
696
6.2.
şəhər (rayon), regional qurumlarda
624
7.
Ekspert-həkim, ekspert, həkim
696
8.
Mülki Müdafiə Qərargahının rəisi, baş mühasibin müavini
648
9.
Baş tibb bacısı, mütəxəssis, baş laborant (ali təhsilli), mühəndis-proqramlaşdırıcı
486
10.
Böyük tibb bacısı, böyük laborant
408
11.
Avtomobil sürücüsü
400
12.
Tibb bacısı, təsərrüfat üzrə tibb bacısı
384
13.
Laborant, rentgen-laborant, texnik-laborant, fotolaborant, fotoqraf, dispetçer, arxiv müdiri, tibb qeydiyyatçısı, əmək terapiyası üzrə təlimatçı, kiçik tibb bacısı, dəftərxana müdiri, anbar müdiri
372


14.
Xəzinədar, kompüter operatoru, katibə-kompüter operatoru, arxivçi, ekspeditor
354
15.
Sanitar-bufetçi, sanitar, növbətçi sanitar, bağban, gözətçi, yardımçı fəhlə, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər
xidmətedici heyət
325

Qeyd edək ki, Baş nazir Əli Əsədov dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları artırılması haqqında qərar imzalayıb.

Oxumağa davam et

Siyasət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyət verildi

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib.

Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyət verilib. Belə ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar ilk dəfə işə düzələn zaman dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait hesabına nəzərdə tutulmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunacaq. Əvvəl bu vəsait Təhsil Nazirliyinə ayrılan vəsait hesabına ödənilirdi.

Oxumağa davam et
Reklam

Gündəm