Azərbaycan-Ukrayna əməkdaşlığı daha da güclənəcək - Deputat - Publika.az
Bizi izləyin

Siyasət

Azərbaycan-Ukrayna əməkdaşlığı daha da güclənəcək - Deputat

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenskinin dəvəti ilə Ukraynaya işgüzar səfərə gedib. Ukrayna MDB-də Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. 2020-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 771 500 000 dollar olub. 2019-cu ildə isə bu göstərici 807 610 000 dollar olmuşdu

Publika.az xəbər verir ki, bunu iqtisadçı alim, millət vəkili Vüqar Bayramov qeyd edib.

O bildirib ki, pandemiyaya rəğmən, iki ölkə arasındakı ticarət dövriyyəsi 2020-ci ildə cüzi azalıb: “Son 4 ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 2,3 dəfə artıb. 2016-cı ildə ölkələr arasında idxal və ixrac cəmi 331 215 000 dollar olmuşdu. Ukrayna son illər qardaş Türkiyə ilə də iqtisadi əlaqələri gücləndirib. Belə ki, Türkiyə ilə Ukrayna arasındakı ticarət dövriyyəsi ötən ilin ilk 9 ayında 50% artaraq 5 milyard dollara çatıb. İllik dövriyyə artıq 6 milyard dollara yaxınlaşmaqdadır. Tərəflər yaxın illər üçün illik 10 milyard dollarlıq ticarət dövriyyəsi hədəfləyirlər”.

V.Bayramov xatırladıb ki, Azərbaycan və Ukrayna eyni zamanda Avropa İttifaqının Şərqi Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir: “Hər iki ölkə ərazi bütövlüklərini qarşılıqlı olaraq hər zaman tanıyaraq strateji əməkdaşlıq tarixinə malikdir. Tərəflər arasındakı iqtisadi əməkdaşlığın növbəti illərdə daha da güclənəcəyi gözlənilir”.

Rəylər
Oxumağa davam et
Reklam

Siyasət

Ərdoğan sabah Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Qeyd edilir ki, Ərdoğan Türkiyə xaricində ilk dəfə paytaxt Bakıda təşkil edilən “TEKNOFEST Azərbaycan” festivalına qatılacaq.

Səfər bir gün davam edəcək.

Oxumağa davam et

Siyasət

Azərbaycan Ordusunun əsgəri VƏFAT ETDİ

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Mehralı Novruz oğlu mayın 27-də qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən vəfat edib.

Müdafiə Nazirliyindən Publika.az-a bildirilib ki, hadisə ilə əlaqədar araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.

Oxumağa davam et

Siyasət

Şahbaz Şərif: "Azərbaycanı dəstəkləməkdən qürur duyuruq"

"Pakistan Qarabağ müharibəsində Azərbaycanın haqq işini dəstəkləməkdən qürur duyur".

Publika.az xəbər verir ki, bu fikir Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərifin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda öz əksini tapıb.

"Zati-alinizin Cənubi Qafqazda sülh və sabitliyin təşviqindəki şəxsi səylərini yüksək dəyərləndirirəm. Həmçinin hökumətinizə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasında və bərpasında uğurlar arzulayıram. Pakistan bu sahədə öz köməyini göstərməyə və təcrübəsini bölüşməyə hazırdır", - məktubda qeyd olunub.

Oxumağa davam et
Reklam

Gündəm