Siyasət
Xüsusi sazişlərin imzalanması gözlənilir - RƏY

“Ukrayna və Azərbaycan bütün beynəlxalq platformalarda bir-birini dəstəkləyir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, Prezident İlham Əliyevin Ukraynaya səfəri çərçivəsində iki ölkə arasında imzalanacaq müəyyən sazişlər olacaq:
“Bu sazişlər ölkələrimiz arasındakı münasibətləri yeni müstəviyə daşıyacaq. Ölkə başçısının Ukraynaya budəfəki işgüzar səfəri həm iqtisadi, həm də siyasi müstəvidə ölkələrimiz arasındakı münasibətlərdə yeni səhifə açacaq. Yəni, hər iki ölkənin qarşılıqlı maraqlarına xidmət edəcək, böyük əhəmiyyət daşıyacaq sazişlərin imzalanması gözlənilir. Bu da səfərin əhəmiyyətinin çox böyük olduğunu göstərən amillərdəndir. Təbii ki, Ukraynanın aqrar sahəsi böyük inkişaf yolu keçib”.
Azər Badamovun sözlərinə görə, ölkəmizdə aqrar sahənin inkişaf etdirilməsində böyük işlər görülməlidir:
“Bu baxımdan, biz Ukraynanın aqrar sahədəki təcrübəsini öyrənə bilərik. Ola bilsin ki, imzalanacaq sazişlərdən biri də aqrar sahəni əhatə etsin. Aqrar sahədə təcrübə mübadiləsi, eyni zamanda bu sahədə yeni nailiyyətlərin Azərbaycan iqtisadiyyatına tətbiqi məsələləri gündəmə gələ bilər. Bu gün aqrar sahə dünyada ən prioritet sektorlardan biridir. Çünki görürük ki, ərzaq qiymətlərinin bahalaşması, ərzaq təhlükəsizliyi məsələsi günü-gündən qloballaşır. Aqrar sahənin inkişaf etdirilməsi ərzaq təhlükəsizliyinin təmin edilməsi deməkdir. Ona görə də Ukraynanın aqrar sektor təcrübəsində yeni inkişafın hansı istiqamətləri varsa, onu Azərbaycan iqtisadiyyatına, aqrar sahəyə tətbiq etmək mümkündür”.
Tural Turan
Siyasət
Ərdoğan sabah Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Qeyd edilir ki, Ərdoğan Türkiyə xaricində ilk dəfə paytaxt Bakıda təşkil edilən “TEKNOFEST Azərbaycan” festivalına qatılacaq.
Səfər bir gün davam edəcək.
Siyasət
Azərbaycan Ordusunun əsgəri VƏFAT ETDİ

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Mehralı Novruz oğlu mayın 27-də qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən vəfat edib.
Müdafiə Nazirliyindən Publika.az-a bildirilib ki, hadisə ilə əlaqədar araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.
Siyasət
Şahbaz Şərif: "Azərbaycanı dəstəkləməkdən qürur duyuruq"

"Pakistan Qarabağ müharibəsində Azərbaycanın haqq işini dəstəkləməkdən qürur duyur".
Publika.az xəbər verir ki, bu fikir Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərifin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda öz əksini tapıb.
"Zati-alinizin Cənubi Qafqazda sülh və sabitliyin təşviqindəki şəxsi səylərini yüksək dəyərləndirirəm. Həmçinin hökumətinizə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasında və bərpasında uğurlar arzulayıram. Pakistan bu sahədə öz köməyini göstərməyə və təcrübəsini bölüşməyə hazırdır", - məktubda qeyd olunub.
- İdman27 May 2022 22:21
Azərbaycan Kubokunun qalibi məlum oldu - VİDEO - YENİLƏNDİ
- Siyasət27 May 2022 22:11
Ərdoğan sabah Azərbaycana səfər edəcək
- Dünya27 May 2022 21:37
Fars körfəzidə GƏRGİNLİK: SEPAH iki yunan tankerini ƏLƏ KEÇİRDİ
- Siyasət27 May 2022 21:15
Şahbaz Şərif: "Azərbaycanı dəstəkləməkdən qürur duyuruq"
- Hadisə27 May 2022 21:00
Bərdədə DƏHŞƏT: qızının toyu günü evi yanıb KÜLƏ DÖNDÜ
- Sosial27 May 2022 19:24
Bayraktar Şuşa səfərindən danışdı: "Xarıbülbülü canlı görəndə anladım ki..." - FOTO
- Siyasət27 May 2022 18:48
Mehriban Əliyeva Ağalı kəndindən paylaşım etdi - FOTO
- Sosial27 May 2022 18:44
Saleh Rüstəmli də ƏFV EDİLDİ