Siyasət
Zelenski: "Ukrayna və Azərbaycan strateji tərəfdaşlardır"

“Azərbaycan ilə Ukrayna arasında güclü strateji tərəfdaşlıq qurulub”.
Bunu Ukraynanın dövlət başçısı Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxış edərkən deyib.
V.Zelenski qeyd edib ki, Azərbaycan Prezidentinin işgüzar səfəri zamanı bu gün Kiyevdə bir sıra sənədlər, o cümlədən prezidentlərin Birgə Bəyannaməsi imzalanıb.
Onun sözlərinə görə, bu sənəd “bizim baxışlarımızın oxşarlığını” simvolizə edir.
V.Zelenski qeyd edib ki, pandemiyaya baxmayaraq, iki ölkə arasında ticarət dövriyyəsi rekord həddə çatıb: “Lakin biz daha iddialı hədəflər qoyuruq, bu, ticarət dövriyyəsinin daha da böyüməsi, qarşılıqlı investisiyaların artması və irimiqyaslı layihələrin həyata keçirilməsidir”.
Ukrayna Prezidenti həmçinin ölkələr arasında tranzit potensialının, o cümlədən avtomobil və dəmir yolu daşımalarının artırılmasının mümkünlüyünü qeyd edib.
Siyasət
Azərbaycan Ordusunun əsgəri VƏFAT ETDİ

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Mehralı Novruz oğlu mayın 27-də qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən vəfat edib.
Müdafiə Nazirliyindən Publika.az-a bildirilib ki, hadisə ilə əlaqədar araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.
Siyasət
Şahbaz Şərif: "Azərbaycanı dəstəkləməkdən qürur duyuruq"

"Pakistan Qarabağ müharibəsində Azərbaycanın haqq işini dəstəkləməkdən qürur duyur".
Publika.az xəbər verir ki, bu fikir Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərifin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda öz əksini tapıb.
"Zati-alinizin Cənubi Qafqazda sülh və sabitliyin təşviqindəki şəxsi səylərini yüksək dəyərləndirirəm. Həmçinin hökumətinizə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasında və bərpasında uğurlar arzulayıram. Pakistan bu sahədə öz köməyini göstərməyə və təcrübəsini bölüşməyə hazırdır", - məktubda qeyd olunub.
Siyasət
Hikmət Hacıyev Avropa İttifaqına üzv ölkələrin səfirləri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda akkreditə olunmuş Avropa İttifaqı (Aİ) nümayəndəliyi və Aİ səfirləri ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev "Twitter" hesabında paylaşım edib.
"Brüssel sülh gündəliyinin davamı kimi Bakıda akkreditə olunmuş Aİ nümayəndəliyi və Aİ səfirləri ilə məhsuldar görüş keçirdik, fikir mübadiləsi apardıq",- paylaşımda deyilir.
- Dünya27 May 2022 21:37
Fars körfəzidə GƏRGİNLİK: SEPAH iki yunan tankerini ƏLƏ KEÇİRDİ
- Siyasət27 May 2022 21:15
Şahbaz Şərif: "Azərbaycanı dəstəkləməkdən qürur duyuruq"
- Hadisə27 May 2022 21:00
Bərdədə DƏHŞƏT: qızının toyu günü evi yanıb KÜLƏ DÖNDÜ
- İdman27 May 2022 20:31
“Qarabağ” hesabı bərabərləşdirdi - YENİLƏNİR
- Sosial27 May 2022 19:24
Bayraktar Şuşa səfərindən danışdı: "Xarıbülbülü canlı görəndə anladım ki..." - FOTO
- Siyasət27 May 2022 18:48
Mehriban Əliyeva Ağalı kəndindən paylaşım etdi - FOTO
- Sosial27 May 2022 18:44
Saleh Rüstəmli də ƏFV EDİLDİ
- Sosial27 May 2022 18:11
TƏBİB-dən meymunçiçəyi ilə bağlı AÇIQLAMA