Xəbərlər - Publika.az
Bizi izləyin

Siyasət

Prezident yanında İctimai Nəzarət Palatasının yaradılması təklifinə PA rəsmisindən REAKSİYA

"Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi belə bir təşəbbüslə çıxış etdiyinə görə biz təklif irəli sürdük ki, Müşahidə Şurasında həmin təklifləri bir daha müzakirə edək. Həmin təkliflər içərisində qanunvericiliyə uyğun olanı da, onun tələblərinə cavab verməyini də ola bilər".  

Bunu Publika.az a açıqlamasında bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı, Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev deyib. 

Sədr müavini bildirib ki, təkliflərdən hansı qanunvericiliyə uyğun olarsa və indiki halda reallaşması mümkündürsə, onları aidiyyəti dövlət qurumlarına, Prezident Adminstrasiyasına təqdim edəcəyik: "Yox, əgər verilən təkliflərin üzərində bir qədər də işləmək, çalışmaq lazımdırsa, o bir qədər vaxt aparacaq. Belə olan halda, biz işçi qrupu yaradacağıq. Bugünkü tədbirin sonunda işçi qrupunun yaradılması və bu istiqamətdə işlərin aparılmasına ehtiyac olacaq". 

O, Əliməmməd Nuriyevin Prezident yanında İctimai Nəzarət Palatası yaradılması təklifinə də münasibət bildirib: "Təbii ki, belə bir təklif əvvəllər də səsləndirilib. Ümumiyyətlə, Prezident yanında olmasa da, ictimai şuraların bir çətir altında toplanması təklifləri olub. Təbii ki, belə bir təklif qarşı tərəfdən səsləndiyi üçün təqdim olunacaq. Onun reallaşıb-reallaşmayacağı təbii ki, Prezidentin səlahiyyətindədir. Həmin təklif əsaslandırılmış şəkildə təqdim ediləcəksə, əgər ehtiyac olarsa, qəbul ediləcək". 

Rəylər

Siyasət

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Azərbaycan Respublikası Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib.

Publika.az Nazirliyə istinadən icmalı təqdim edir:

Oxumağa davam et

Siyasət

Hərbi vəzifəlilərlə təlim toplanışı davam edir - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün hazırlıq planına əsasən, ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirməsi məqsədilə N nömrəli hərbi hissədə keçirilən təlim toplanışı davam edir.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, toplanışda xüsusi təyinatlı qrupların döyüşdə müxtəlif üsullarla yerdəyişmə fəaliyyətləri nümayiş etdirilib.

Toplanış zamanı iştirakçılara silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydaları öyrədilir, eləcə də ilkin tibbi yardım göstərilərək yaralıların təxliyə edilməsi üsulları məşq etdirilir.

Təlim toplanışı yanvarın 29-dək davam edəcək.

Oxumağa davam et

Siyasət

Bu gün Arzu Əliyevanın doğum günüdür - VİDEO

Bu gün Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın doğum günüdür.

Publika.az xəbər verir ki, bu münasibətlə Bakı Media Mərkəzi videoçarx hazırlayıb.

Videoçarxda Arzu Əliyevanın keçdiyi həyat yolunu özündə əks etdirən görüntülər yer alıb.

Paylaşıma “Əgər bir qadın ağıllı, qərarlı və bacarıqlıdırsa, o bütün arzularını özü reallaşdıra bilər. Arzu xanımı gördükdə və tanıdıqda bir daha bu aforizmin doğruluğuna əmin olursan. Məqsədyönlü, cəsarətli və səmimi olan Arzu xanım Bakı Media Mərkəzinin hər bir əməkdaşının ilham mənbəyidir.

Layihələrimizin uğurlu həyata keçirilməsində, yeni nailiyyətlər əldə olunmasında daima onun dəstəyini hiss etmişik. Bu gün Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyevanın ad günüdür. Fürsətdən istifadə edərək, dəyərli Arzu xanıma Mərkəzimizin bütün kollektivi adından möhkəm cansağlığı, əmin-amanlıq və yeni uğurlar diləyirik!!” - şərhi yazılıb.


Oxumağa davam et
Reklam

Gündəm