Xəbərlər - Publika.az
Bizi izləyin

Siyasət

Belə səfərlərə rus sülhməramlılarının göz yumması ciddi məsələdir - Qənizadə

"Cənab Prezident yerli KİV-ə verdiyi müsahibədə bir sıra sirləri açdı. Yəni bizim bilmədiyimiz bəzi məqamları da hörmətli Prezident xalqımıza çatdırdı. Eyni zamanda bəzi məsələlərə də ölkə başçısı kimi öz münasibətini bildirdi. Onlardan biri də Fransada prezidentliyə namizəd Pekresin Qarabağa qanunsuz səfəri ilə bağlı idi. Cənab Prezident bununla bağlı qeyd etdi ki, o səfərdə Pekresi müşaiyyət edən Varnie adlı keçmiş Fransa xarici işlər naziri də olub. Onların səfərindən Azərbaycan tərəfinin narazılığını Rusiya sülhməramlılarına və Rusiya dövlətinə çatdırarkən qeyri-ciddi cavab verilib ki, biz görməmişik, bilsəydik buna icazə verməzdik. Cənab Prezident haqlı olaraq bunu qeyri-ciddi cavab adlandırır". 

Publika.az xəbır verir ki, bunu SİA-ya açıqlamasında hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib.Hüquq müdafiəçisi qeyd edib ki, bizim üçün önəmlisi o oldu ki, həmişə biz deyirdik ki, Ermənistanın, rus jurnalistlərin, Fransa da prezidentliyə namizəd Pekresin səfərlərinin qarşısı niyə alınmır və niyə dövlət tədbir görmür. Amma cənab Prezidentin bu açıqlamasında biz gördük ki, dövlətimiz dərhal məsələlərə reaksiya bildirir. Eyni zamanda izahat tələb edilir və verilən cavabları da qeyri-ciddi qəbul edir. Orada maraqlı məqamlardan biri də budur ki, cənab Prezident cəmiyyətə belə bir mesaj verdi ki, yəni biz onların səfərini bilmiş olsaydıq, onların geri qayıdışını əngəlləyəcəkdik. Çünki Laçın dəhlizi tamamilə bizim yaxınlığımızdan keçir. Və biz istəsək, dərhal orada nəzarəti ələ keçirmək imkanımız var. Bu cür səfərlərin rus sülhməramlıları tərəfindən reallaşmasına göz yumulması, təbii ki, olduqca ciddi bir məsələdir.

Çingiz Qənizadə bu barədə fikirlərini belə izah edib: "Sanki Rusiya sülhməramlıları bölgədə olduğu müddətdə erməni icmasının yaşadığı ərazilərdə həyatın dirçəlməsində, əhalinin ora çox gəlməsində, müəyyən tədbirlərin keçirilməsində maraqlıdırlar. Onlar məsələyə bir don geyindirmək istəyirlər ki, Qarabağın ermənilər yaşayan ərazilərində həyat var, yaşayış var. Əksinə biz bilirik ki, Qarabağın ermənilər yaşayan ərazilərində hansı acınacaqlı vəziyyət var. Burada acınacaqlı siyasi, iqtisadi, sosial durum var. Su, qaz, işıq kimi tələbatların vaxtında verilməməsi ilə bağlı problemlər yaşanır. Orada yaşayanlar sanki qeyri-müəyyən formada qəbilə, icma halında yaşayırlar və nə baş verdiyini bilmirlər. Amma cənab Prezidentin məhz bu səfərlərlə bağlı açıqlaması bizi bir daha qane etdi və sakitləşdirdi. Çünki verdiyi cavab göstərir ki, dövlətimiz Qarabağda erməni icmasının yaşadığı ərazilərdə və ora gediş-gəlişdə nə baş verirsə, bunların hamısı ilə tam ciddi maraqlanır və hər şeyi nəzarətdə saxlayır. Bir maraqlı məsələni də qeyd edim ki, cənab Prezidentin də dediyi kimi, Ermənistandan Qarabağa gələn maşınların 90 faizi yoxlanılmır. Ancaq Qarabağdan Ermənistana Laçın dəhlizi vasitəsilə gedən nəqliyyat vasitələrinin yarıya qədəri yoxlanılır. Bu o deməkdir ki, Qarabağdan çıxıb-gedənləri əngəlləmək istəyirlər. İnsanları ləngidib onları bezdirirlər ki, Qarabağadan getmək istətəyənlər bir növ bu istəklərindən əl çəksinlər. Bununla da Qarabağda məskunlaşmanı saxlasınlar. Ancaq cənab Prezident başqa bir suala cavabında dedi ki, Qarabağda vaxtı ilə 38 min erməni məskunlaşıb. Müharibədən sonra onlardan 11 mini Qarabağı birdəfəlik tərk edib. İndi Qarabağda təqribi 27 min erməni məskunlaşır. Məhz rus sülhməramlıları da bu rəqəmin daha da azalmaması üçün, daha çox insanın köçüb-getməməsi üçün Qarabağdan Ermənistana gedən maşınları saxlayıb problem yaratmaqla onları əngəlləməyə çalışırlar. Bütün hallarda Rusiya sülhməramlılarının müsbət tərəflərinin olmasına baxmayaraq, onların fəaliyyətinin mənfi tərəfləri də var. Bu, cənab Prezidentin olduqca diplomatik ifadəsi ilə həm Rusiyaya, həm də cəmiyyətə çatdırıldı".

Rəylər

Siyasət

Bu gün Arzu Əliyevanın doğum günüdür - VİDEO

Bu gün Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın doğum günüdür.

Publika.az xəbər verir ki, bu münasibətlə Bakı Media Mərkəzi videoçarx hazırlayıb.

Videoçarxda Arzu Əliyevanın keçdiyi həyat yolunu özündə əks etdirən görüntülər yer alıb.

Paylaşıma “Əgər bir qadın ağıllı, qərarlı və bacarıqlıdırsa, o bütün arzularını özü reallaşdıra bilər. Arzu xanımı gördükdə və tanıdıqda bir daha bu aforizmin doğruluğuna əmin olursan. Məqsədyönlü, cəsarətli və səmimi olan Arzu xanım Bakı Media Mərkəzinin hər bir əməkdaşının ilham mənbəyidir.

Layihələrimizin uğurlu həyata keçirilməsində, yeni nailiyyətlər əldə olunmasında daima onun dəstəyini hiss etmişik. Bu gün Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyevanın ad günüdür. Fürsətdən istifadə edərək, dəyərli Arzu xanıma Mərkəzimizin bütün kollektivi adından möhkəm cansağlığı, əmin-amanlıq və yeni uğurlar diləyirik!!” - şərhi yazılıb.


Oxumağa davam et

Siyasət

Bu gün XİN-də xidmətə qəbul üçün test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı və Naxçıvan şəhərlərində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üçün test imtahanı keçiriləcək.

Publika.az-ın məlumatına görə, COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi məsafədə əyləşdirilməsi təmin olunacaq. Bundan əlavə, imtahanın idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində yalnız COVID-19 peyvənd sertifikatı (və ya immunitet sertifikatı) olan şəxslər cəlb olunacaqlar.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

  • şəxsiyyəti təsdiq edən sənədin əsli;
  • “İmtahana buraxılış vərəqəsi";
  • “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” (bəyannamə DİM-in saytından “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və namizəd tərəfindən imzalanır. Bəyannaməni imtahan nəzarətçisinə təhvil vermək lazımdır).

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində, ümumilikdə 3 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün 478 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 3 ümumi imtahan rəhbəri, 5 imtahan rəhbəri, 45 nəzarətçi‑müəllim, 6 buraxılış rejimi əməkdaşı ayrılıb.

Oxumağa davam et

Siyasət

SON DƏQİQƏ: Hərbi qulluqçumuz HƏLAK OLDU

Yanvarın 22-də Bakı qarnizonundakı N nömrəli hərbi hissədə xidmət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məhərrəmzadə Asif Səfail oğlu qeyri-döyüş şəraitində həlak olub.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Oxumağa davam et
Reklam

Gündəm