Belə qurum heç kimə lazım deyil - Çingiz Qənizadə - Publika.az
Bizi izləyin

Siyasət

Belə qurum heç kimə lazım deyil - Çingiz Qənizadə

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla izlənilir. Çünki dövlətimizin başçısı müsahibəsində bütün sahələrdən – müharibənin başlanma səbəblərindən, Ermənistanın müharibə qaydalarını, eləcə də, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq dinc əhaliyə ağır artilleriya silahlarından atəş açması, bunun da nəticəsində çoxlu sayda uşaq, kişi və qadınların qətlə yetirilməsindən, nüfuzlu beynəlxalq təşkilatların bu ədalətsizliyə laqeyd yanaşmasından söhbət açıb. Dövlətimizin başçısı, həmçinin postmüharibə zamanı görülən işləri, perspektivləri də diqqətə çatdırıb.

Bu fikirləri Publika.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

O bildirib ki, müsahibə zamanı diqqət çəkən əsas məqamlardan biri də, dövlətimizin başçısı ATƏT-in Minsk qrupunun fəaliyyət göstərdiyi illər ərzində ikili standartlardan, işğalçının öz adı ilə çağırılmamasından, ümumiyyətlə, qurumun fəaliyyətsizliyindən söhbət açıb. Əslində, münaqişənin nizmlanmasını öz üzərinə götürmüş, yəni əsas vəzifəsinin münaqişəni danışıqlar yolu ilə tənzimləməsindən ibarət olan Minsk qrupu, bu dövr ərzində, həm də müharibə başlayanda, özünü işğalçı Ermənistanın vəkili kimi göstərimişdi. Bu qurum bir dəfə də olsun işğalçı ölkəyə qarşı sanksiyalar tətbiq olunması barədə məsələ qaldırmayıb. Ermənistanın törətdiyi saysız-hesabsız təxribatları susqunluqla müşahidə edən ATƏT-in Minsk qrupunun ədalətsizliklərə laqeyd münasibəti bu quruma olan inamı heçə endirdi.

Hüquq müdafiəçisi qeyd edib ki, məhz buna görə də bu gün Minsk qrupunun fəaliyyətsizliyi dünya birliyində də etiraf olunur. Tanınmış ekspertlər dəfələrlə bildiriblər ki, belə ikili standartlar nümayiş etdirən, işğalçını öz adı ilə çağırmağa cürət etməyən qurum heç kimə lazım deyil. Məhz bütün bunlara görə müsahibə zamanı televiziya əməkdaşlarından birinin “Cənab Prezident, münaqişə dövründə ATƏT-in Minsk qrupu deyilən bir qrup da var idi, bayaq Siz də onu qeyd etdiniz. ATƏT-in bu Minsk qrupu faktiki olaraq 30 il müddətində heç bir irəliləyişə nail olmadı və Azərbaycan öz gücünə istər beynəlxalq hüququ, istərsə də BMT-nin məlum qətnamələrini özü təmin etdi. Münaqişə həll olunandan sonra isə Minsk qrupu bir neçə bəyanat verdi və ondan sonra yoxa çıxdı. Onlardan heç xəbər də yoxdur. Sizdə hər hansı məlumat varmı? Onlar nə işlə məşğuldurlar?” – sualına dövlətimizin başçısı gülə-gülə, zarafatyana cavab verdi. Dedi ki, məndə də məlumat yoxdur: “Hesab edirəm ki, onlar indi yubiley tədbirlərinə hazırlaşırlar. Çünki bildiyiniz kimi, Minsk qrupu 1992-ci ildə yaradılmışdır və bu il 30 illiyidir. Yəqin ki, bu tədbirlərin hazırlanması onları məşğul edir. Amma, əgər bu zarafatları kənara qoysaq, hesab edirəm ki, onlar özləri üçün bir gündəlik formalaşdırmalıdırlar. Bu, bizim işimiz deyil. Halbuki, mənim təsəvvürüm var ki, onlar nə ilə məşğul olmalıdırlar və nə ilə məşğul olmamalıdırlar. Nə ilə məşğul olmamalıdırlar, mən deyə bilərəm. Onlar Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə həll olunub”.

Çingiz Qənizadə bildirib ki, 30 il ərzində dünyanın qüdrətli dövlətlərinin, o cümlədən nüfuzlu beynəlxalq təşkilatların, həmçinin ATƏT-in Minsk qrupunun münaqişənin tənzimlənməsi, işğalçıya sanksiyalar tətbiq edilməsi barədə heç bir təşəbbüsü olmadı. Onların yerinə bu məsələni Azərbaycan öz qüvvəsi ilə həll etdi. Bu gün də ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olan Fransa beynəlxalq hüquq normalarına riayət etmir. Fransanın nəinki parlament nümayəndələri, hətta prezidentliyə bir neçə namizədləri də Ermənistana və qeyri-qanuni olaraq Qarabağa səfər etdilər və orada bir az qızışdırıcı bəyanatlar verdilər. Təbii ki, bu bəyanatlar heç nəyi dəyişə bilməyəcək. Dövlətimizin başçısı müsahibəsində də bu məsələyə toxundu. Dedi ki, bu bəyanatları verənlər də başa düşürlər ki, bu, heç nəyi dəyişməyəcək. Bu bəyanatların səbəbi də aydındır, növbəti prezident seçkilərində erməni təşkilatlarının səsini qazanmaqdır. Prezidentliyə namizəd xanım Pekresin Azərbaycan ərazisinə bu təxribat xarakterli səfəri, ilk növbədə, Prezident Makrona qarşı edilib: “Mən, sadəcə olaraq, təəccüb edirəm ki, Prezident Makron müharibə zamanı Ermənistana dəstək verən ən qabaqcıl siyasətçi idi və hətta məsələ o yerə çatmışdı ki, Fransa-Azərbaycan əlaqələri də artıq sual altına düşmüşdü. Buna baxmayaraq, bütün müharibə dövründə o, birmənalı şəkildə Ermənistanın tərəfini tuturdu. Mən təəccüb edirəm ki, Paşinyan tərəfindən indi nə dərəcədə nankorluq göstərilir, ona əsas rəqib olan xanım Pekres Qarabağa göndərilir və beləliklə, erməni səslərinin qazanılmasında onun daha böyük imkanları yaranır. Yəni məni təəccübləndirən budur. İkincisi, bir daha demək istəyirəm ki, bu, heç nəyi dəyişməyəcək”.

Dövlətimizin başçısının müharibədən sonrakı məsələlərlə bağlı da fikirlərinə toxunan hüquq müdafiəçisi deyib: “Azərbaycan Prezidenti ötənilki işlərin davamı olaraq, işğaldan azad olunan ərazilərdə bu il hansı işlərin görüləcəyi barədə məlumat verdi. Keçən il çox böyük proqram icra edilməyə başlanıldığını diqqətə çatdırdı. Azərbaycan vətəndaşları, eləcə də, beynəlxalq ictimaiyyət də şahiddir ki, müharibədən çıxmış ölkələrin təcrübəsinə nəzər saldıqda bu, doğrudan da, miqyas baxımından tarix boyu ən genişmiqyaslı proqramdır. Bu proqramın özəlliyi ondadır ki, biz heç kimdən yardım istəmədən və almadan öz vəsaitimiz hesabına bunu həyata keçiririk”.

Prezident İlham Əliyevin Ermənistanda revanşizm meyillərinə mesajını da xatırladan Çingiz Qənizadə əlavə edib: “Erməni mətbuatında daim revanşist meyillər hiss olunur. Sanki kimlərsə onilliklər boyu, xüsusən Robert Koçaryanın, Serjik Sarkisyanın vaxtında olan mifləri - Ermənistan ordusu, “böyük Ermənistan” miflərini bərpa etməyə çalışır. Azərbaycan Prezidenti revanşizm tərəfdarlarına və onların havadarlarına sərt mesaj göndərdi: “İkinci Qarabağ müharibəsindəki kimi, kimin onlara yardım edəcəyindən asılı olmayaraq, biz istədiyimizə nail olacağıq və heç kim bizi dayandıra bilməz, heç nə bizi dayandıra bilməz. Bizi dayandıran sadəcə odur ki, üçüncü müharibə istəmirik, bu, bizim planlarımızda yoxdur. Biz istəyirik ki, müharibə dövrü başa çatsın, istəyirik ki, normal əlaqələr yaradılsın, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, nəhayət, tanısın. Biz bunu istəyirik. Amma, əgər biz görsək ki, dediyim kimi, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv ediləcək”.

 

Rəylər
Oxumağa davam et
Reklam

Siyasət

Ərdoğan sabah Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Qeyd edilir ki, Ərdoğan Türkiyə xaricində ilk dəfə paytaxt Bakıda təşkil edilən “TEKNOFEST Azərbaycan” festivalına qatılacaq.

Səfər bir gün davam edəcək.

Oxumağa davam et

Siyasət

Azərbaycan Ordusunun əsgəri VƏFAT ETDİ

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Mehralı Novruz oğlu mayın 27-də qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən vəfat edib.

Müdafiə Nazirliyindən Publika.az-a bildirilib ki, hadisə ilə əlaqədar araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.

Oxumağa davam et

Siyasət

Şahbaz Şərif: "Azərbaycanı dəstəkləməkdən qürur duyuruq"

"Pakistan Qarabağ müharibəsində Azərbaycanın haqq işini dəstəkləməkdən qürur duyur".

Publika.az xəbər verir ki, bu fikir Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərifin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda öz əksini tapıb.

"Zati-alinizin Cənubi Qafqazda sülh və sabitliyin təşviqindəki şəxsi səylərini yüksək dəyərləndirirəm. Həmçinin hökumətinizə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasında və bərpasında uğurlar arzulayıram. Pakistan bu sahədə öz köməyini göstərməyə və təcrübəsini bölüşməyə hazırdır", - məktubda qeyd olunub.

Oxumağa davam et
Reklam

Gündəm