Xəbərlər - Publika.az
Bizi izləyin

Siyasət

Ermənistan buna qarşılıq Zəngəzuru qaytarırır? - DETALLAR

Son günlər işğalçı Ermənistanın 30 illik işğal dövründə vurduğu amansız zərərlərə görə, Azərbaycana ödəyəcəyi təzminat məsələsi yenidən gündəmə gəlib. Bir çoxları hesab edir ki, Ermənistanın hazırkı iqtisadi durumu məlum təzminat təzminatı ödəməyə imkan vermir. Bu isə o deməkdir ki, İrəvan Bakıya təzminat ödəməyəcək. Bəziləri isə düşünür ki, bədnam qonşularımız bunun əvəzində tarixi Azərbaycan torpağı Zəngəzuru ölkəmizə geri qaytara bilər.

Politoloq Qabil Hüseynli Publika.az-a müsahibəsində bildirib ki, işğal dövründə Ermənistanın Azərbaycana vurduğu maddi və mənəvi ziyanın həcmi 550 milyard dollara yaxındır və İrəvan onu ödəməlidir:

- Qabil bəy, sizcə, İrəvan 30 illik işğala görə Bakıya təzminat ödəyəcəkmi?

- Əvvəla onu deyim ki, təzminat məsələsi bir gün gündəmə gəlməli idi. Eyni zamanda, təzminat məsələsi 30 il Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistanı müəyyən çərçivəyə salmağa hesablanıb. Bu, Ermənistanın təcavüzü nəticəsində Azərbaycana nə qədər ziyan dəydiyini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün çox vacibdir. Ermənilər 30 il ərzində ölkəmizi talan ediblər. İşğal altındakı ərazilərimiz darmadağın olunub. Daşı daş üstündə qalmayıb. Ermənistan bunun müqabilində nələrsə ödəməlidir. Dəymiş ziyanı kompensasiya etməlidir. 

- 30 illik işğal dövründə Ermənistanın Azərbaycana vurduğu ziyanın həcmi nə qədərdir?

- Azərbaycan iqtisadçılarının hesablamalarına görə, 30 illik işğal dövründə ölkəmizə dəymiş maddi ziyanın həcmi 250 milyard dollardan çoxdur. Mənəvi ziyanın ümumi həcmi isə 300 milyard dollara yaxındır. Bu da təxminən 550 milyard dollar deməkdir. Ermənistanın işğalı dövründə həmin ərazilər başdan-başa yağmalanıb. Maddi və mədəni mədəniyyət abidələrimiz tamamilə məhv edilib. İnsanlarımızın, əcdadlarımızın onilliklər, yüzilliklər boyu qurub-yaratdığı bütün gözəlliklər, sənət əsərləri yer üzündən silinib. Heç ikinci dünya müharibəsi dövründə faşistlər Sovet İttifaqı və digər ölkələri belə barbarcasına, bu cür dağıdıcı təsirə məruz qoymayıblar. Ermənilərin Azərbaycan ərazilərində etdikləri misli görünməmiş vandalizm aktlarıdır. Bu, bəlkə də dünya tarixində mənfi mənada yeri ola biləcək bir dağıntı prosesidir. Buna görə də ermənilər dağıtdığı, daşını daş üstə qoymadığı ərazilərə görə mütləq təxminat ödəməlidirlər. 

- Dünyada bu cür təcrübələr mövcuddurmu?

- Bəli, dünyada bu cür təcrübələr mövcuddur. İkinci dünya müharibəsindən sonra faşist Almaniyası digər ölkələrə vurduqları zərərlərə görə təzminat ödəməyə məcbur ediliblər. Xüsusən də yəhudilərin soyqırımına, Holokost hadisəsinə görə faşist Almaniyası Nürmberq Məhkəməsində böyük məbləğdə təzminat ödəməyə məcbur olunub. İndi Azərbaycan da adıçəkilən məsələni Avropa Məhkəməsində qaldırıb. Ermənilərin təzminat məsələsi fikrimcə, çox ciddi faktları ortaya çıxaracaq. Üstəlik, bölgəyə vurulmuş zərərlə əlaqədar olaraq həm Azərbaycan xüsusi komissiyasının rəyi var, həm də dünyanın bu cür məsələlərlə məşğul olan təşkilatlarının rəyi mövcuddur. Bütün bunların hamısı məhkəmədə çox tutarlı arqument və fakt kimi müzakirəyə çıxarılacaq. Güman edirəm ki, Azərbaycana qarşı törədilmiş bu vəhşiliklərin, barbarlıqların heç olmasa bir qismini Ermənistana ödətdirmək mümkün olacaq. 

- Ermənilər təzminatın əvəzində Zəngəzuru və ya digər əraziləri Azərbaycana geri qaytara bilərmi?

- Bəli, fikrimcə, bu da mümkündür. Ermənistan bəhanə gətirə bilər ki, mənim pulum yoxdur. Çünki işğalçı ölkənin hazırkı durumu göz önündədir. Hətta İrəvan bununla bağlı məsələləri dəbbələməyə çalışar. Amma sənin pulun yoxdursa, əvəzində torpaq ödəyə bilərsən. Məsələn, dünya praktikasında da buna bənzər hadisələr çox olub. Yunanıstan öz borcu miqdarında Egey və Mərmərə dənizindəki adaların bəzilərini təzminat əvəzində ödəyib. Bundan başqa, dünyanın bir sıra ölkələrində, Atlantik okeanında da olan adamlar bir dövlətdən başqa dövlətə pul müqabilində satılıb. Ona görə də Ermənistan ya depozit kimi illərlə boynuna borc kimi götürdüyü təzminatı ödəməklə razılaşa bilər, yaxud da qədim və əzəli Azərbaycan torpağı olan, təxminən 100 il bundan əvvəl Kreml tərəfindən Azərbaycan xalqının razılığı olmadan, zorla və həyasızcasına, çox namərdcəsinə, heç bir əsas gətirilmədən alınaraq Ermənistana verilmiş Zəngəzur torpaqları da ölkəmizə geri qaytarıla bilər. Bu, ən ədalətli bir qərar olacaq. 

Tural Turan

Rəylər
Oxumağa davam et
Reklam

Siyasət

Sahibə Qafarova Mustafa Şentopla görüşdü - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Sahibə Qafarova qonağı səmimi salamlayaraq, Azərbaycanla Türkiyə əlaqələrinin çox yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Parlamentin sədri bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri çərçivəsində Rize-Artvin Hava Limanının açılış mərasimində iştirakını xatırlayaraq, iki qardaş ölkənin liderlərinin növbəti dəfə bir araya gəlməsini yüksək dəyərləndirib. Qeyd edib ki, iki ölkə arasındakı münasibətlər günbəgün inkişaf etməkdədir. Hər iki ölkənin əldə etdiyi uğurlar ölkələrimizin beynəlxalq miqyasda nüfuzunun daha da artmasına xidmət edir.

Spiker Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Türkiyə nümayəndə heyətinin iştirakını yüksək qiymətləndirib və konfransda müzakirə olunacaq məsələlərin əhəmiyyətindən danışıb.

Milli Məclisin sədri konfransa hazırlıq işləri barədə danışaraq, tədbirdə iştirak edəcək nümayəndə heyətləri ilə keçirdiyi görüşlərdən bəhs edib. Qeyd edib ki, konfransda təşkilata sədrlik Pakistandan Azərbaycana keçəcəkdir. Azərbaycan təşkilatın sədri kimi qurumun nüfuzunun daha da artması, təşkilata üzv ölkələr arasında əlaqələrin daha da dərinləşməsi üçün üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün bütün səylərini əsirgəməyəcək.

Sahibə Qafarova işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən böyük bərpa və quruculuq işləri haqqında məlumat verərək, qeyd edib ki, çox qısa müddətdə həmin ərazilərdə nəhəng infrastruktur layihələri reallaşdırılıb, yeni yollar salınıb, yüksək standartlara cavab verən Füzuli Hava Limanı istifadəyə verilib. Həyata keçirilən quruculuq işlərində qardaş Türkiyə şirkətləri yaxından iştirak edirlər. Spiker Türkiyənin Azərbaycana hər zaman göstərdiyi dəstəyə görə öz minnətdarlığını bildirib.

Səmimi görüş üçün təşəkkür edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ölkəmizə növbəti dəfə səfərindən məmnunluğunu ifadə edib. Qeyd edib ki, səfərdən məqsəd İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək və burada müzakirə olunacaq məsələlərə fəal şəkildə qatılmaqdır.

Bununla yanaşı, konfransda müzakirə olunacaq məsələlərin quruma üzv dövlətlər üçün əhəmiyyətindən bəhs edən Mustafa Şentop burada keçiriləcək görüşlərin də əlaqələrin dərinləşməsi baxımından əhəmiyyətli olacağını bildirib. Qeyd edib ki, parlamentlər səviyyəsində əlaqələrin daha da dərinləşməsi, deputatların mütəmadi görüşləri qurum qarşısında duran vəzifələrin həlli, o cümlədən qanunverici orqanlar arasında ikitərəfli əlaqələrin inkişafı baxımından önəmlidir.

Mustafa Şentop Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfərini xatırladaraq, deyib ki, Türkiyə-Azərbaycan münasibətləri dünyada bənzəri olmayan münasibətlərdir və bu münasibətlər həqiqətən “bir millət iki dövlət” xarakteri daşıyır.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et

Siyasət

Xarkovdakı Fəxri Konsulluğumuz fəaliyyətini bərpa etdi

Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki Fəxri konsulluğu fəaliyyətini bərpa edib.

Publika.az xəbər verir ki, bu barədə konsulluğun saytında məlumat verilib. Bildirilir ki, artıq bir neçə gündür ki, şəhərdə vəziyyət sakitdir və ictimai nəqliyyatın fəaliyyəti bərpa olunub. Sakinlər də Xarkova qayıdırlar. 

“Raket zərbəsi nəticəsində Fəxri konsulluğun Yaroslav Mudrova küçəsi, 7 ünvanında yerləşən binasına ziyan dəyib və kommunikasiyanın bərpasına ehtiyac yaranıb. Bu səbəbdən bu gündən etibarən Fəxri konsulluq Lyudmila Qurçenko küçəsi, 3-D ünvanında yerləşir”, - deyə məlumatda bildirilir. 

Azərbaycan vətəndaşları fəxri konsulluğa aşağıdakı telefonlar vasitəsilə müraciət edə bilərlər:

+380503035727 Əfqan Salmanov
+38 0997887071 Oleq Velikih
+380688557004 Viktoriya Yanul

Oxumağa davam et

Siyasət

Sahibə Qafarova Xusrav Noziri ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova mayın 16-da İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri ilə görüşüb.

Bu barədə Publika.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Spiker bu il Azərbaycanın təşkilata üzvlüyünün 30-cu ildönümünün tamam olduğunu, bu illər ərzində tərəflər arasında uğurlu əməkdaşlıq həyata keçirildiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, Azərbaycan regionun iqtisadi potensialından səmərəli istifadə etmək üçün qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Ölkəmiz həmişə beynəlxalq iqtisadi əməkdaşlıq və inteqrasiya səylərinə öz dəstəyini göstərir. Bu kontekstdə Azərbaycanın İƏT çərçivəsində əməkdaşlığa verdiyi töfhələr vurğulanıb.

Görüşdə Milli Məclisin sədri Azərbaycanla İƏT arasında münasibətlərin möhkəmləndirilməsi, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbə və münaqişənin həllindən sonra regionda yeni yaranmış şərait, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, kommunikasiyaların bərpasının və yeni dəhlizlərin yaradılmasının əhəmiyyəti, İƏT Parlament Assambleyasının Bakıda keçiriləcək Üçüncü Ümumi Konfransına hazırlıq məqsədilə görülən işlər və digər məsələlər barədə danışıb.

Xusrav Noziri görüşə və göstərilən yüksək qonaqpərvərliyə görə, minnətdarlığını ifadə edib. O, Azərbaycana ikinci dəfə səfər etdiyini və ölkəmizin yüksək səviyyədə inkişafa nail olduğunu vurğulayıb.

Xusrav Noziri Azərbaycanın İƏT-də fəal rol oynayan üzv dövlətlərdən biri olduğunu qeyd edib. O, Azərbaycanın təşkilatda fəal təmsilçiliyini, həmçinin Milli Məclisin İƏT Parlament Assambleyasının Üçüncü Ümumi Konfransının keçirilməsi ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib.

Oxumağa davam et
Reklam

Gündəm