Siyasət
İrəvan ərazi bütövlüyümüzü tanımasa, Bakı Göyçə və Zəngəzuru... - DETALLAR

“İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın suverenliyi və ərazi bütövlüyü hüququ bərpa olunub. Buna baxmayaraq, Ermənistan hələ də Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən elan etməyib. Ərazilərin qarşılıqlı olaraq tanınması konkret və xüsusi sənədlərlə təmin olunmayıb. Bu da istər-istəməz post-münaqişə dövrünə təsirsiz ötüşmür”.
Bunu Publika.az-a açıqlamasında keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
O bildirib ki, İrəvanda mütəmadi olaraq “öz müqəddəratını təyinetmə” hüququndan danışırlar:
“Ermənistan bu gün sülhməramlı qüvvələrin müvəqqəti nəzarətində olan “strukturları” maliyyələşdirir, onların müvafiq təbliğatını qanunsuz əməllərlə həyata keçirir. Əslində, ermənilər Qarabağ ərazisindən imtina etmək istəmirlər. Müxtəlif yollarla “ilhaq cəhdləri” edirlər. Bu cür təxribatçı hərəkətlərin qarşısının alınması üçün Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası prosesindən əvvəl tərəflər bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqlarını bəyan etməlidir. Burada əsas problem və məsuliyyət yenə də Ermənistanın üzərinə düşür”.
Tofiq Zülfüqarov qeyd edib ki, erməni siyasətçilərinin müxtəlif açıqlamalarında, rəsmi sənədlərdə, o cümlədən Ermənistanın müstəqillik bəyannaməsində, konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü tanınmır:
“Bu o deməkdir ki, Ermənistanın sərhədləri İrəvanın fantaziyalarına uyğun olaraq 27 sentyabr 2020-ci ilə qədər olan təmas xəttindədir. Buna əsaslanaraq faktiki olaraq Azərbaycan sərhədlərini tanımamaqla Azərbaycanın da onların sərhədlərini tanımamasına şərait yaradırlar. İndiyədək Qazaxda bir sıra ərazilər - eksklavlar, Kərki kəndi və sair ərazilər hələ də geri qaytarılmayıb. Belə olan halda ermənilərin ərazi bütövlüyünə hörmət tələb etməsi absurddur. Hətta Azərbaycanın tarixi ədalətin bərpasını və təxminən 100 il əvvəl sovet hakimiyyəti tərəfindən Ermənistana verilmiş torpaqların qaytarılmasını tələb etmək hüququ var. Söhbət Zəngəzurdan, Göyçədən gedir. Azərbaycan da öz ərazilərinin tam əsaslarla qaytarılmasını tələb edə bilər”.
Tural Turan
Siyasət
Mehriban Əliyeva Zəngilanda çörək kəsdi - VİDEO

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər.
Publika.az xəbər verir ki, dövlət başçısı və xanımı kəndin ictimaiyyət nümayəndələri ilə görüşüblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağalı kəndindəki "Rahat" marketə də baş çəkiblər. Birinci xanım mağazada satılan isti təndir çörəyinin dadına baxıb. Daha sonra dövlət başçısı ilə birlikdə marketdə yaradılan şəraitlə tanış olublar.
Siyasət
Ərdoğan sabah Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Qeyd edilir ki, Ərdoğan Türkiyə xaricində ilk dəfə paytaxt Bakıda təşkil edilən “TEKNOFEST Azərbaycan” festivalına qatılacaq.
Səfər bir gün davam edəcək.
Siyasət
Azərbaycan Ordusunun əsgəri VƏFAT ETDİ

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Mehralı Novruz oğlu mayın 27-də qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən vəfat edib.
Müdafiə Nazirliyindən Publika.az-a bildirilib ki, hadisə ilə əlaqədar araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.
- Hadisə27 May 2022 23:49
Ömürlük həbsdən azad edilən Şəmsi Səmədzadə kimdir: "Anam məndən tələb etdi ki..." - VİDEO
- Dünya27 May 2022 23:24
Rusların komanda məntəqəsi VURULDU: 20-dən çox yüksək rütbəli zabit...
- Sosial27 May 2022 23:10
Bu gün vəfat edən əsgərimiz evin tək oğlu imiş
- İdman27 May 2022 22:21
Azərbaycan Kubokunun qalibi məlum oldu - VİDEO - YENİLƏNDİ
- Siyasət27 May 2022 22:11
Ərdoğan sabah Azərbaycana səfər edəcək
- Dünya27 May 2022 21:37
Fars körfəzidə GƏRGİNLİK: SEPAH iki yunan tankerini ƏLƏ KEÇİRDİ
- Siyasət27 May 2022 21:15
Şahbaz Şərif: "Azərbaycanı dəstəkləməkdən qürur duyuruq"
- Hadisə27 May 2022 21:00
Bərdədə DƏHŞƏT: qızının toyu günü evi yanıb KÜLƏ DÖNDÜ