Bu nazirliyə yeni səlahiyyət verildi - Publika.az
Bizi izləyin

Siyasət

Bu nazirliyə yeni səlahiyyət verildi

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib.

Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyət verilib. Belə ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar ilk dəfə işə düzələn zaman dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait hesabına nəzərdə tutulmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunacaq. Əvvəl bu vəsait Təhsil Nazirliyinə ayrılan vəsait hesabına ödənilirdi.

Rəylər
Oxumağa davam et
Reklam

Siyasət

Ceyhun Bayramov Çavuşoğlu ilə bölgədəki vəziyyəti MÜZAKİRƏ ETDİ

Xarici İşlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı ikitərəfli münasibətlər başda olmaqla, Azərbaycan və Türkiyə birgə daxil olduğu üçtərəfli mexanizmlər, həmçinin Cənubi Qafqaz regionunda və Ukraynadakı son yeniliklər müzakirə edilib.

Oxumağa davam et

Siyasət

Şuşanın əsas küçələrindən birinə Atatürkün adı verildi - FOTO

Şuşanın əsas küçələrindən birinə Türkiyə dövlətinin qurucusu, görkəmli ictimai-siyasi xadim Mustafa Kamal Atatürkün adı verilib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı tviter hesabında yazıb.

“Şuşanın mərkəzi küçələrindən birinə Atatürkün adı verilib. Təşəkkürlər”, - diplomat qeyd edib.

Oxumağa davam et

Siyasət

Şuşada Azərbaycan Türkiyə və Gürcüstan parlamentarilərinin iclası keçirilir

Şuşa şəhərində Azərbaycan,Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilir.

Publika.az xəbər verir ki, toplantıda hər üç ölkənin parlamentləri arasında münasibətlərin daha da dərinləşdirilməsi və digər məsələlər müzakirə olunur.

Azərbaycan nümayəndə heyətinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinə parlamentin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç, Gürcüstan nümayəndə heyətinə isə ölkə parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze başçılıq edirlər.

Oxumağa davam et
Reklam

Gündəm