Siyasət
İtkin düşmüş və şəxsiyyətləri müəyyənləşmiş hərbi qulluqçuların sayı AÇIQLANDI

Döyüş əməliyyatlarında həlak olmuş şəxslərin şəxsiyyətinin müvafiq dövlət qurumlarının köməyindən istifadə edilməklə müəyyənləşdirilərək aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlər görülüb.
Publika.az xəbər verir ki, bunu Respublika Hərbi prokuroru Xanlar Vəliyev ötən ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında bildirib.
O deyib ki, Hərbi Prokurorluğun əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin işçiləri ilə birgə intensiv əməliyyat-istintaq tədbirləri, təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar keçirilib: “Müdafiə və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən bu istiqamətdə müntəzəm iş aparılıb. İndiyədək 2908 nəfərin, o cümlədən itkin düşmüş hərbi qulluqçularımızın şəxsiyyətləri müəyyənləşdirilərək meyitləri ailələrinə təhvil verilib. İtkin düşmüş 6 hərbi qulluqçunun olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, axtarış qrupları tərəfindən müntəzəm iş aparılır.
Siyasət
Anjey Duda Ukraynada

Polşa Prezidenti Anjey Duda Ukraynaya səfər edib.
Publika.az xəbər verir ki, bu haqda prezidentinin rəsmi səhifəsində məlumat verilib.
Duda bu gün 22-də Ali Radada çıxış edəcək.
Polşa Prezidentinin mətbuat xidməti əlavə edib ki, Duda müharibə başlayandan bu günə kimi Ukrayna parlamentində çıxış edən ilk xarici ölkə başçısı olacaq.
Siyasət
Zelenski Draqiyə təşəkkür etdi

Ukrayna Prezidenti Volodimr Zelenski və İtaliyanın baş naziri Mario Draqi arasında telefon danışığı olub.
Publika.az xəbər verir ki, bu barədə V.Zelenski Tviter hesabında paylaşım edib.
"Mario Draqinin təşəbbüsü ilə telefon danışığımız oldu. Biz müdafiə sahəsində əməkdaşlıqdan, 6-cı sanksiyalar paketinin tətbiqinin sürətləndirilməsinin və Ukrayna limanlarının açılmasının zəruriliyindən danışdıq", - V.Zelenski bildirib.
O əlavə edib ki, İtaliyaya Avropa İttifaqına gedən yolda Ukraynaya qeyd-şərtsiz dəstəyə görə təşəkkür edib.
Siyasət
Ərdoğan ŞƏRTLƏRİNİ AÇIQLADI: Yalnız bu halda...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
Publika.az xəbər verir ki, telefon danışığı zamanı tərəflər İsveç və Finlandiyanın NATO-ya üzvlük üçün müraciətlərini müzakirə ediblər.
R.T.Ərdoğan vurğulayıb ki, Türkiyə NATO-nun “açıq qapı” siyasətini səmimi şəkildə dəstəkləyir və Ankaranın iki Skandinaviya ölkəsinin namizədliyinə münasibəti sırf bu dövlətlərin Türkiyə üçün mühüm milli təhlükəsizlik məsələlərində tutduğu mövqe ilə bağlıdır.
Türkiyə lideri bildirib ki, bu ölkələr fundamental məsələlərdə, xüsusilə də terrorla mübarizədə Türkiyə ilə açıq həmrəylik nümayiş etdirməyincə, Ankara İsveç və Finlandiyanın NATO-ya müraciətlərini müsbət qarşılamayacaq.
NATO-nun baş katibi Türkiyə lideri ilə söhbətində Türkiyənin təhlükəsizliklə bağlı narahatlığının aradan qaldırılmasının vacib olduğunu qeyd edib.
- Siyasət22 May 2022 02:42
Ərdoğan ŞƏRTLƏRİNİ AÇIQLADI: Yalnız bu halda...
- Qoroskop22 May 2022 00:15
Günün ULDUZ FALI: aktual məsələlərin həllini sabaha saxlayın
- Dünya21 May 2022 22:25
Rusiyada gizli səfərbərlik ELAN EDİLDİ - Baş Qərargahdan AÇIQLAMA
- Sosial21 May 2022 19:32
Kəlbəcər istiqamətində ordumuzun mövqeləri atəşə tutuldu
- Sosial21 May 2022 17:07
Vətəndaşların NƏZƏRİNƏ: sabah pulsuz olacaq
- Maqazin21 May 2022 15:00
Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” - VİDEO
- Hadisə21 May 2022 14:24
Polis hamilə qadını xəstəxanaya belə çatdırdı - VİDEO
- Maqazin21 May 2022 14:15
Cabbarov “Parni iz Baku”nun hədəfində: 2027-ci il... - VİDEO