Azərbaycan Silahlı Qüvvələri ilə bağlı qanunvericilik dəyişdirilir - Publika.az
Bizi izləyin

Siyasət

Azərbaycan Silahlı Qüvvələri ilə bağlı qanunvericilik dəyişdirilir

Azərbaycan Silahlı Qüvvələrinin əmlakı və maddi-texniki təminatı ilə qanunvericiliyə dəyişiklik edilir.

Publika.az xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanunun 9-cu maddəsinə dəyişiklik təklif olunur.

Dəyişikliklə Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda dinc və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydası və təminat norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Qanunun hazırkı bəndi isə belədir: "Silahlı Qüvvələrin dinc, real təhdid, səfərbərlik və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydası və tələbat norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir".

Rəylər
Oxumağa davam et
Reklam

Siyasət

Bu şəxslərə orden verilsin - Siyavuş Novruzovdan TƏKLİF

Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov maraqlı təkliflə çıxış edib: 

“Mən təklif edirəm ki, Azərbaycanda parlamentin, dövlətin əleyhinə etikadan kənar ifadələr işlədən blogerlərlə mübarizə aparan şəxslərə orden və medallar verilsin”. 

Publika.az xəbər verir ki, deputat bildirib ki, bu gün həm də ictimai-siyasi münasibətləri pozan, ətrafı mühiti korlayan insanlar, ictimai təşkilatlar, dərnəklər var: 

“Onlar Azərbaycanın uğurlarına, ölkəmizin apardığı siyasətə qarşı çıxırlar. Bu gün ətraf mühiti pozan, xalqın milli-mənəvi dəyərlərinə ziyan gətirən blogerlər var. Onlar əxlaqdan, etikadan kənar həm Milli Məclisin deputatlarının, həm də dövlət və dövlət başçısının ünvanına fikirlər səsləndirirlər. Hesab edirəm ki, bunlara qarşı mübarizə aparan şəxsləri də ordenlər və medallarla təltif etmək lazımdır".

Oxumağa davam et

Siyasət

Mehriban Əliyeva Zəngilandan foto paylaşdı - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər.

Publika.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında səfərdən görüntü paylaşıb.

Fotonu təqdim edirik:

Oxumağa davam et

Siyasət

Səfər Mehdiyev gömrük postunda - FOTO

Mayın 26-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Mazımqara” gömrük postunda mövcud vəziyyətlə və onun yaxınlığında inşa edilən Ticarətin Asanlaşdırılması Mərkəzinin tikintisilə tanış olub. 

Publika.az xəbər verir ki, ölkəmizin ixrac və tranzit potensialının genişləndirilməsi, Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması istiqamətində Prezident İlham Əliyev tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. 

Bu baxımdan gömrük orqanları qarşısında duran əsas vəzifələrdən biri də sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi, gömrük-keçid məntəqələrinin buraxılış potensialının artırılmasıdır. 

Görülən işlərin icra vəziyyəti ilə tanış olmaq məqsədilə Dövlət Gömrük  Komitəsinin sədri Səfər Mehdiyev  “Mazımqara” gömrük postunda olub,  idxal və ixrac nəzarət xətlərində prosedurların icrası, nəqliyyat vasitələrinin sərhədkeçmə prosesləri, son dövrlərdə yaranan sıxlıqların operativ şəkildə aradan qaldırılması ilə bağlı tapşırıqlar verib.

Daha sonra Səfər Mehdiyev “Mazımqara” gömrük postunun yaxınlığında inşa olunan Ticarətin Asanlaşdırılması Mərkəzinin tikinti işləri ilə yaxından tanış olub. 

Qeyd edək ki, Mərkəz Gürcüstanla sərhəddən nəqliyyat vasitələrinin keçidinin intensivliyinin artırılması, nəqliyyat axınlarının səmərəli şəkildə idarə olunması məqsədilə inşa olunur. Belə ki, nəqliyyat vasitələrinin sürətli keçidini təmin etmək məqsədilə gömrük-sərhəd keçid məntəqələrindəki əməliyyatların bir hissəsi artıq bu mərkəzdə icra olunur. Mərkəzin qismən fəaliyyətə başlaması son dövrlərdə Gürcüstanla sərhəddə yaranan sıxlıqların aradan qaldırılması, sərhədkeçmə proseslərinin səmərəli şəkildə təşkil olunmasında da əhəmiyyətli rol oynayıb. 

Komitə sədri Mərkəzin tikintisinin yüksək keyfiyyətlə aparılması, eləcə də “Mazımqara” gömrük postunda sərhədkeçmə prosedurlarının səmərəliliyinin artırılması, qarşıya çıxan problemlərin operativ şəkildə həll edilməsi istiqamətində tapşırıqlar verib. 

Oxumağa davam et
Reklam

Gündəm