Məğlubiyyətimiz qalibiyyətlə əvəzləndi - Publika.az
Bizi izləyin

Siyasət

Məğlubiyyətimiz qalibiyyətlə əvəzləndi

“Hər bir hadisəyə qiymət verməzdən öncə hadisənin yaşandığı dövrü xarakterizə etmək lazımdır. 1992-ci il yanvarın 25-də Daşaltı kəndinin azad olunması üçün keçirilən əməliyyatda qarşıya qoyulan məqsəd Şuşanı mühasirədən azad etmək idi. 1991-ci ilin oktyabr ayından ordunun yaradılması prosesinə başlanıldı və o zaman cəbhə bölgəsi üzrə istiqamətlərdə müdafiə batalyonları fəaliyyət göstərirdi. Bu isə Azərbaycan Silahlı Qüvvələrinin birinci hərbi hissəsinin birinci taborunun hərbi əməliyyatı idi”. 

Bu fikirləri Publika.az-a açıqlamasında hərbi ekspert Ramin Məmmədli deyib. 


Ekspertin sözlərinə görə, əlbəttə, taborda peşəkar zabitlər var idi, lakin qısa zamanda döyüş əməliyyatının yüksək səviyyədə hazırlanması və keçirilməsi olduqca çətin idi: “Nəzərə alsaq ki, Daşaltı kəndinin müdafiə relyefi kifayət qədərdir və bu əməliyyata başçılıq edən şəxslərin ən böyük səhvi Ermənistan hərbi birləşmələrinin imkanlarını düzgün dəyərləndirməmələri idi. Həmçinin düşmənin döyüş hazırlığı barədə dolğun kəşfiyyat məlumatlarının olmaması idi. Bu gün Daşaltı əməliyyatındakı məğlubiyyəti satqınlığın nəticəsi olaraq xarakterizə edənlər var. Mən onları anlayıram, amma o satqınlığın baş verməsinin səbəbi də təcrübəsizlik və həm döyüş bacarığına malik olmamaqdan irəli gəlirdi. Bu gün həmin dövrü biz bu cür xarakterizə edirik. Lakin nəzərə almalıyıq ki, həmin vaxt Azərbaycan ordusunun imkanları bu qədər idi”. 

R.Məmmədli vurğulayıb ki, məhz, 1993-cü ildə bir-birinin ardınca Qarabağ bölgəsində olduqca strateji əhəmiyyətli mövqelərimizi itirməyin səbəbi də səriştəsizlik idi: “Ümumilikdə həmin dövrdə Azərbaycan Silahlı Qüvvələrinin böyük hərbi əməliyyatlar keçirmək imkanı yox idi. Özünümüdafiə batalyonları isə bir-biri ilə rabitəsiz, qeyri-peşəkar formada fəaliyyət göstərirdi. Bu gün isə 2020-ci ilin Vətən müharibəsi zamanı noyabr ayının 8-i və 9-u tarixlərində Daşaltı istiqamətində keçirilən əməliyyatda bu kəndin azad olunması prosesi tamamilə fərqlidir. Ötən 10 illiklər ərzində yüksək peşəkarlıqla ordu formalaşmasını həyata keçirən Azərbaycan dövləti həmin istiqamətdə əməliyyatda iştirak edən hərbiçiləri xüsusi döyüş bacarığına hazırlamışdı və peşəkar, nizami Azərbaycan ordusu bu əməliyyata həyata keçirmişdi və məğlubiyyətimiz qalibiyyətlə əvəzlənmişdi”.

Rəylər
Oxumağa davam et
Reklam

Siyasət

Bu şəxslərə orden verilsin - Siyavuş Novruzovdan TƏKLİF

Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov maraqlı təkliflə çıxış edib: 

“Mən təklif edirəm ki, Azərbaycanda parlamentin, dövlətin əleyhinə etikadan kənar ifadələr işlədən blogerlərlə mübarizə aparan şəxslərə orden və medallar verilsin”. 

Publika.az xəbər verir ki, deputat bildirib ki, bu gün həm də ictimai-siyasi münasibətləri pozan, ətrafı mühiti korlayan insanlar, ictimai təşkilatlar, dərnəklər var: 

“Onlar Azərbaycanın uğurlarına, ölkəmizin apardığı siyasətə qarşı çıxırlar. Bu gün ətraf mühiti pozan, xalqın milli-mənəvi dəyərlərinə ziyan gətirən blogerlər var. Onlar əxlaqdan, etikadan kənar həm Milli Məclisin deputatlarının, həm də dövlət və dövlət başçısının ünvanına fikirlər səsləndirirlər. Hesab edirəm ki, bunlara qarşı mübarizə aparan şəxsləri də ordenlər və medallarla təltif etmək lazımdır".

Oxumağa davam et

Siyasət

Mehriban Əliyeva Zəngilandan foto paylaşdı - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər.

Publika.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında səfərdən görüntü paylaşıb.

Fotonu təqdim edirik:

Oxumağa davam et

Siyasət

Səfər Mehdiyev gömrük postunda - FOTO

Mayın 26-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Mazımqara” gömrük postunda mövcud vəziyyətlə və onun yaxınlığında inşa edilən Ticarətin Asanlaşdırılması Mərkəzinin tikintisilə tanış olub. 

Publika.az xəbər verir ki, ölkəmizin ixrac və tranzit potensialının genişləndirilməsi, Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması istiqamətində Prezident İlham Əliyev tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. 

Bu baxımdan gömrük orqanları qarşısında duran əsas vəzifələrdən biri də sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi, gömrük-keçid məntəqələrinin buraxılış potensialının artırılmasıdır. 

Görülən işlərin icra vəziyyəti ilə tanış olmaq məqsədilə Dövlət Gömrük  Komitəsinin sədri Səfər Mehdiyev  “Mazımqara” gömrük postunda olub,  idxal və ixrac nəzarət xətlərində prosedurların icrası, nəqliyyat vasitələrinin sərhədkeçmə prosesləri, son dövrlərdə yaranan sıxlıqların operativ şəkildə aradan qaldırılması ilə bağlı tapşırıqlar verib.

Daha sonra Səfər Mehdiyev “Mazımqara” gömrük postunun yaxınlığında inşa olunan Ticarətin Asanlaşdırılması Mərkəzinin tikinti işləri ilə yaxından tanış olub. 

Qeyd edək ki, Mərkəz Gürcüstanla sərhəddən nəqliyyat vasitələrinin keçidinin intensivliyinin artırılması, nəqliyyat axınlarının səmərəli şəkildə idarə olunması məqsədilə inşa olunur. Belə ki, nəqliyyat vasitələrinin sürətli keçidini təmin etmək məqsədilə gömrük-sərhəd keçid məntəqələrindəki əməliyyatların bir hissəsi artıq bu mərkəzdə icra olunur. Mərkəzin qismən fəaliyyətə başlaması son dövrlərdə Gürcüstanla sərhəddə yaranan sıxlıqların aradan qaldırılması, sərhədkeçmə proseslərinin səmərəli şəkildə təşkil olunmasında da əhəmiyyətli rol oynayıb. 

Komitə sədri Mərkəzin tikintisinin yüksək keyfiyyətlə aparılması, eləcə də “Mazımqara” gömrük postunda sərhədkeçmə prosedurlarının səmərəliliyinin artırılması, qarşıya çıxan problemlərin operativ şəkildə həll edilməsi istiqamətində tapşırıqlar verib. 

Oxumağa davam et
Reklam

Gündəm