Ukrayna-Rusiya böhranı: İlk gülləni kim atacaq? - ŞƏRH - Publika.az
Bizi izləyin

Siyasət

Ukrayna-Rusiya böhranı: İlk gülləni kim atacaq? - ŞƏRH

Son günlərin ən çox müzakirə edilən mövzusu heç şübhəsiz ki, Ukrayna ətrafında baş verən gərginlikdir. Rusiyanın Ukrayna sərhədində hərbi texnika və canlı qüvvə sayını artırması, Qərbin və ABŞ-ın rəsmi Kiyevə silah-sursat  və iqtisadi yardım etməsi tərəflər arasında gərginliyin hələ davam edəcəyini göstərir. 

Son günlər Qərb ölkələrinin Ukraynadakı diplaomatlarını geri çağırması isə müharibə ehtimallarını gücləndirir. Hərkəsi maraqlandıran konkret sual isə birdir:Ukraynada müharibə olacaqmı? 

Politoloq Turan Rzayev Publika.az-a açıqlamasında deyib ki, Rusiya- Kremlin indiki halda Ukrayna ilə, dolayı yolla da ona dəstək verən Qərb və ABŞ-la müharibə edəcəyini düşünmür:

"Düzdür, Rusiya dünyanın həm say tərkibinə, həm də hərbi texniki imkanlarına görə ən güclü ordularından birinə sahibdir. Digər tərəfdən, rəsmi Kremlin 10 mindən artıq nüvə başlığının olduğunu da unutmamaq lazımdır. Lakin bütün bunlara baxmayaraq danılmaz bir reallıq var ki, Rusiya iqtisadiyyatı indiki məqamda nəinki uzunmüddətli bir müharibəyə heç qısa müddətli müharibəyə də hazır deyil. Pandemiya və Qərbin iqtisadi sanksiyaları ilə iqtisadiyyatı zəifləyən rəsmi Kreml anlayır ki, Ukrayna ilə və ya onu dəstəkləyən Qərb və ABŞ ilə ehtimal müharibə Rusiya üçün ikinci SSRİ parçalanmasına səbəb ola bilər. Məntiqlə yanaşsaq, SSRİ də bənzər formada parçalanmışdı. ABŞ və Qərbin sanksiyaları, ifrat dərəcə silahlanma SSRİ iqtisadiyyatını sonda çökdürdü. Əfqanıstana müdaxilə isə bu çöküşü süqutla nəticələndirdi. Kreml anlayır ki, Vaşinqton Rusiyanı da bənzər formada öncə çökdürmək, daha sonra isə parçalamaq niyyətindədir".

Bəs Kreml nə istəyir? Rusiya indiki halda nə edə bilər?

Politoloqun fikrincə, Rusiya indiki məqamda NATO-nun sərhədlərinə bu qədər yaxınlaşmasını istəmir:

"Rəsmi Moskva vaxilə SSRİ ilə ABŞ arasında mövcud olan nüfuz bölgüsünün yenidən təsis olmasını istəyir. Yəni sən mənim ərazilərimə müdaxilə etmə, mən də sənin! Lakin reallıq ondan ibarətdir ki, Rusiya hər nə qədər mən SSRİ-nin varisiyəm desə də bu belə deyil. O nə SSRİ-dir, nə də ABŞ-la nüfuz bölgüsü aparacaq potensiala malik ölkə deyil. Hesab edirəm indiki məqamda Rusiya Ukrayna sərhədində hərbi mövcudluğunu artıracaq. Bununla da Qərbə və ABŞ-a öz qərarlı mövqeyini gəstərəcək. Rusiyanın Ukraynaya müdaxilə edəcəyini və ya lokal müharibəyə başlayacağını düşünmürəm. Lakin mövcud vəziyyətlə də barışmayacaq. Ehtimal ki, Kreml yenidən “Novaya Rasiya” planını işə salacaq və Ukrayna daxilində yeni separatçı hərəkat başladacaq. Bu yolla o,  Qərblə arasında yeni tanpon ölkə təsis edə bilər. Nəticə etibarilə düşünmürəm ki, indiki halda Kremlin istəyi Ukraynanı işğal etməkdir. ABŞ və Qərb – Ukrayna gərginliyində rəsmi Vaşinqton hələlik Kiyevə iqtisadi, silah-sursat və hərbi dəstək nümayiş etdirir. Lakin ABŞ-ın Rusiya ilə Ukraynaya görə müharibə etməsi real deyil. Rəsmi Vaşinqton tarix boyu heç bir regional və ya qlobal müharibəyə tək və ilk andan qatılmayıb. ABŞ-ı ABŞ edən başlıca cəhət qələbəyə yaxın bir zamanda müharibəyə qoşulması və “qəhrəman” olmasıdır.  Rəsmi Vaşinqton anlayır ki, Rusiya ilə başa-baş müharibə ən az Rusiya qədər onun üçün də risklidir. Müqayisə üçün deyə bilərəm ki, ABŞ və Qərblə birbaşa müharibə Rusiyanın SSRİ kimi parçalanmasına gətirib çıxara bilər. Rusiya ilə müharibə isə ABŞ-ı parçalamayacaq. Lakin kifayət qədər zəiflədəcək və rəsmi Vaşinqtonun əsas rəqibi olan Çinin güclənməsinə gətirib çıxaracaq. Rəsmi Vaşinqton üçün Çinin günü-gündən güclənməsi Kremlin Ukraynaya müdaxiləsindən daha vacibdir. Nəticə etibarilə Çin ilə rəqabət fonunda ABŞ-ın Ukraynada bu və ya başqa formada boş bir macəraya atılacağını düşünmürəm". 

Turan Rzayevin fikrincə, heç şübhəsiz ki, mövcud gərginliyin ən haqlı tərəfidir Ukraynadır:

"Rəsmi Kiyev ərazi bütövlüyünü bərpa etmək istəyir. Buna görə də hazırda Ukraynanın mövqeyini anlamaq olar. Lakin Ukrayna da son günlər ciddi səhvlər edir. Rəsmi Kiyev açıq-aşkar Qərbin verdiyi vədlərin eyforiyasına qapılıb. Misal üçün yaxın vaxtlarda ABŞ Ukraynaya “Javelin” tank əleyhinə raket komplekslərinin daha bir partiyasını təhvil verdi. NATO müttəfiqlərinin Şərqi Avropadakı NATO obyektlərinə əlavə gəmilər və döyüş təyyarələri göndərməsi ABŞ-ın Yunanıstan, Bolqarıstan, Rumıniya, hətta Maldovada hərbi kontingetinin sayını artırması da və s. faktlar görünür Kiyevi həvəsləndirib. Düzdür, Qərbin və Avropanın hərbi dəstəyi və yardımı Ukraynanı Rusiya qarşısında gücləndirir, lakin bu kifayət deyil. Rusiya ilə ehtimal müharibədə Qərb və ABŞ Ukraynaya birbaşa hərbi yardım etməyəcək. Ukrayna isə Kremllə təkbaşına mübarizə apara bilməz. Rəsmi Kiyevin Kreml qarşısında qələbə qazanması mümkün deyil. Ukrayna qələbə qazansa da bu “pir” qələbəsindən başqa birşey olmayacaq. Məsələ ondadır ki, Birinci və İkinci Dünya müharibəsi zamanı Ukrayna xalqı demoqrafik olaraq ən çox zərər çəkən xalq olub. Bu gün belə bu ölkədə qadın-kişi nisbəti qeyri-bərabrədir. Yəni İkinci Dünya müharibəsindən bu günə qədər bərpa oluna bilməyən qadın-kişi nisbəti yeni bir müharibə ilə tamamilə alt-üst olacaq. Digər tərəfdən, lap Qərb Ukraynaya dəstək olsa belə bu zamanda Ukraynanın ərazisi böyük güclərin müharibə meydanına çevriləcək. Nəticə etibarilə indiki məqamda Ukraynada bu və ya başqa formada qlobal bir müharibənin olacağını düşünmürəm lakin bu baş versə də  məğlub tərəf ilk addımı atan olacaq!".

Tural Turan

Rəylər
Oxumağa davam et
Reklam

Siyasət

Bunu Valeh Ələsgərova yaraşdırmadım - Qüdrət Həsənquliyev

Publika.az BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsini oxuculara təqdim edir:

- Qüdrət bəy, bu gün “Ələt Azad İqtisadi Zonası” haqqında Qanuna əlavə və düzəlişlər müzakirə olunarkən Sizin çıxışınızdan sonra Valeh Ələsgərov deputatlara səbr arzuladı və xüsusi vurğuladı ki, layihə Prezident Administrasiyası daxil olmaqla bir çox dövlət qurumlarında müzakirə olunub, heç kim Konstitusiyaya zidd heç nə aşkar etməyib və layihə Prezidentin imzası ilə Milli Məclisə daxil olub. Sizcə çıxışınızın hansı hissəsi onu belə qıcıqlandırdı?

- O, indiki təyinatına qədər uzun illər vitse-spiker olmasaydı emosional bir təsərrüfat işçisi kimi dediklərinə əhəmiyyət verməmək də olardı. Vitse-spiker kimi ona hər zaman hörmətlə yanaşmışam. Əvvəla, nəzərə almır ki, Prezident qanun layihələrini Milli Məclisə müzakirə üçün göndərir. Milli Məclis nə toy məclisi deyil ki, ancaq tərif deyilsin, nə də notarial orqan deyil ki, layihələri müzakirələrsiz təsdiq edib geri qaytarsın. İkincisi, Prezidentə dövlət başçısı kimi hamımızın hörməti var və Milli Məclisin müzakirəyə çıxardığı layihələrin təqribən 99.99 % -i Prezidentin imzası ilə gəlir. Bundan başqa, Prezident Milli Məclisin açılış iclasında da söylədi ki, o Milli Məclisdən keyfiyyətli qanunlar gözləyir. Mənim fikirlərimlə Valeh Ələsgərov razı olmaya da bilər, necə ki,Tahir Mirkişili də razılaşmadı, amma fərqli mövqeyini ədəb çərçivəsində ifadə etdi. Sözün doğrusu, o cür manipulyativ və dözümsüz davranışı ona yaraşdırmadım. Arqumentlər zəif olanda gərək şəxsiyyətə hücum etməyəsən. Sualınızın ikinci hissəsi ilə əlaqədar isə düşünürəm ki, onu qıcıqlandıran bəzi dəyişikliklərin Konstitusiyaya zidd olmasını əsaslandırmağım, dəyişikliklərin sahibkarlar arasında ayrıseçkiliyə yol aça biləcəyi ilə bağlı narahatlığımı ifadə etməyim oldu.

- Konkretləşdirə bilərsinizmi?

- Ələt azad iqtisadi zonası gömrük rüsumlarından və vergilərdən azad ərazi kimi ölkəyə xarici investisiya cəlb etmək məqsədilə yaradılmışdı. İndi yerli şirkətlərə də ixracı stimullaşdırmaq adı ilə həmin ərazidə fəaliyyət imkanı yaradılır və Qanunun 24.2-ci maddəsinə görə, onlar Azad Zonadakı fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini məhdudiyyətsiz xaricə köçürə biləcəklər (yəni ofşorlara).

İxracı stimullaşdırmaq lazımdırsa, qəbul edilən qərarlar bütün sahibkarlara şamil olunmalıdı. Prezident qeyri-neft sektorunda ixracı stimullaşdırmaq üçün “İxracın və investisiyaların təşviqi” Fondu yaradıb və ixrac olunan malın gömrük dəyərinin 3%-i dövlət büdcəsi hesabına sahibkara qaytarılır. Bu yetərli deyilsə, əlavə qərarlar qəbul oluna bilər, amma hamı üçün. Konstitusiyanın 149-cu maddəsi tələb edir ki, normativ hüquqi aktlar “bərabər mənafelərə bərabər münasibətə” əsaslanmalıdır.

Bundan başqa, əlavə olunan 16.1-1-ci maddəyə əsasən, Azad Zonanın səlahiyyətli qurumu müəyyən kateqoriyadan olan işçilərin gəlirlərinə vergi tətbiq edə bilər. Bu da Konstitusiyanın 94-cü maddəsinə ziddir. Həmin maddənin 15-ci bəndinə görə, maliyyə fəaliyyətinin əsasları, vergilər, rüsumlar və ödənişlər barədə Milli Məclis 63 səs çoxluğu ilə qanun qəbul etməlidir. Bu səlahiyyət heç bir dövlət orqanına verilə bilməz. Tahir Mirkişilinin “Milli Məclis vergilərin növlərini müəyyənləşdirir,vergi dərəcələrini qanunvericiklə digər dövlət orqanları da müəyyənləşdirə bilər və qanunvericilikdə bu barədə nümunələr var” yanaşması təcrübədə olsa da, Konstitutsiyaya ziddir. Bənzər fikri Komitə iclasında Dövlət Vergi Xidmətinin əməkdaşı Samirə xanım da bəzi mallara aksiz dərəcələrinin Nazirlər Kabineti tərəfindən təyin olunmasını nümunə kimi göstərməklə səsləndirmişdi. Vergilər Məcəlləsinin 190-2-ci maddəsi də bu mənada Konstitusiyanın kobud şəkildə pozulmasıdır. 1991-ci ildə qəbul olunmuş “Aksizlər haqqında” Qanunda da qeyd olunurdu ki, hər il büdcə qanunu ilə yanaşı, aksiz vergilərinə cəlb olunan malların siyahısı və dərəcələri də Milli Məclis tərəfindən təsdiq olunur. Ali nümayəndəli orqanın (parlamentin) iştirakı olmadan heç bir dövlət idarəetməsi hakimiyyət bölgüsünə əsaslanan hüquqi dövlətdə vergi dərəcələrini, rüsumları müvafiq icra hakimiyyəti orqanı təkbaşına müəyyən edə bilmir. Bizim Konstitusiya da buna yol vermir.

Layihəni müdafiə edən bəzi şəxslər Normativ Hüquqi Aktlar haqqında Konstitusiya Qanununun 5.4-cü maddəsinə istinad edərək bildirirlər ki, Ələt Azad İqtisadi Zonasında fərqli hüquqi tənzimləmə ola bilər. Bəli, amma fərqli hüquqi tənzimləmə o demək deyil ki, onu fərqli orqan həyata keçirə bilər.Vergi və rüsumlarla bağlı məsələ Milli Məclisin müstəsna səlahiyyətinə aiddir. Normativ Hüquqi Aktlar Konstitusiya Qanununun 2-ci maddəsində deyilir ki, referendumla qəbul edilmiş aktlar, qanunlar, Prezident Fərmanları Konstitusiya ilə ziddiyyət təşkil etdikdə Konstitusiya tətbiq olunur.

Bundan başqa, “Ələt Azad İqtisadi Zonası haqqında” Qanunun 26-cı maddəsinə də dəyişiklik edilir. Həmin normaya görə, insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı mübahisələr də Azad Zonanın müstəsna yurisdiksiyasına aiddir. Bu isə Konstitusiyanın 71-ci maddəsinin kobud pozulmasıdır. Həmin maddənin 7-ci bəndində deyilir ki, insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı mübahisələri məhkəmələr həll edir. Bu hüquq məhdudlaşdırıla bilməz. Əmək hüquqları insanların fundamental Konstitusion hüququdur. Konstitusiyanın 94-cü maddəsinin 1-ci hissəsində deyilir ki, bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azdlıqların dövlət təminatı Qanunlar qəbul edilməklə qorunur. O cümlədən 94-cü maddənin 16-cı bəndinə görə, Milli Məclis əmək hüquqlarının qorunması və tənzimlənməsi ilə əlaqədar Əmək Məcəlləsini qəbul edib. Ona görə Azad Zonanın Səlahiyyətli qurumu əmək münasibətlərinin tənzimlənməsi ilə əlaqədar Əmək Məcəlləsindən fərqli Qaydalar nəzərdə tuta bilməz. Bunu yalnız Konstitusiyanın “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlanan 3-cü fəslinin normaları nəzərə alınmaqla Milli Məclis qanun qəbul etməklə edə bilər.

Oxumağa davam et

Siyasət

Ərdoğan Azərbaycana gəlir

"Bu gün biz Müstəqillik Günü ərəfəsində görüşürük. Onu da deməliyəm ki, keçən il Müstəqillik Günündə mən Ağdam şəhərində idim, Ağdam sakinləri ilə görüşmüşdüm və Ağdam şəhərinin Baş planını təsdiqləmişdim. Bu il də planlaşdırırdım ki, Müstəqillik Günündə burada olum. Ancaq bildiyiniz kimi, sabah qardaş ölkənin - Türkiyənin Prezidenti Azərbaycana gələcək və biz Müstəqillik Gününü bərabər qeyd edəcəyik".

Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bildirib.

"Ona görə mən bir gün əvvəl gəldim, amma yenə də Müstəqillik Günü ərəfəsində. Çünki bunun böyük rəmzi mənası var, budur müstəqillik, budur azadlıq. Xalqımız artıq 30 ildir ki, azad xalq kimi yaşayır və bütün əldə edilmiş nəticələr, o cümlədən Şanlı Qələbəmiz bax bunun təməlindədir, bu müstəqilliyin təməlindədir. Ona görə müstəqillik ən böyük dəyərimizdir, sərvətimizdir, qoruyuruq və əbədi qoruyacağıq. Bu gün “Böyük qayıdış” dediyimiz prosesə start verildi. “Böyük qayıdış”ın birinci kiçik addımı, bax, bu gün atılır. Sizi təbrik edirəm", - dövlət başçısı bildirib.

Oxumağa davam et

Siyasət

Bu şəxslərə orden verilsin - Siyavuş Novruzovdan TƏKLİF

Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov maraqlı təkliflə çıxış edib: 

“Mən təklif edirəm ki, Azərbaycanda parlamentin, dövlətin əleyhinə etikadan kənar ifadələr işlədən blogerlərlə mübarizə aparan şəxslərə orden və medallar verilsin”. 

Publika.az xəbər verir ki, deputat bildirib ki, bu gün həm də ictimai-siyasi münasibətləri pozan, ətrafı mühiti korlayan insanlar, ictimai təşkilatlar, dərnəklər var: 

“Onlar Azərbaycanın uğurlarına, ölkəmizin apardığı siyasətə qarşı çıxırlar. Bu gün ətraf mühiti pozan, xalqın milli-mənəvi dəyərlərinə ziyan gətirən blogerlər var. Onlar əxlaqdan, etikadan kənar həm Milli Məclisin deputatlarının, həm də dövlət və dövlət başçısının ünvanına fikirlər səsləndirirlər. Hesab edirəm ki, bunlara qarşı mübarizə aparan şəxsləri də ordenlər və medallarla təltif etmək lazımdır".

Oxumağa davam et
Reklam

Gündəm