Siyasət
DGK-nin bu il üçün İş Planı təsdiqləndi

Bu gün Dövlət Gömrük Komitəsində (DGK) videkonfrans formatında kollegiya iclası keçirilərək qurumun bu il üçün İş Planı təsdiq edilib.
Publika.az-a bu barədə Komitədən bildirilib.
Məlumata görə, iclasda bildirilib ki, ötən il DGK 3,9 milyard manat proqnoza qarşı 4,343 milyard manat olmaqla vergi və rüsum toplayaraq dövlət büdcəsinə köçürüb və illik büdcə öhdəliyinə 111,4% əməl edib.
2021-ci ildə Azərbaycan gömrük orqanlarının əməliyyat-axtarış və hüquq-mühafizə fəaliyyətinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi kompleks tədbirlər nəticəsində 17144 hüquqpozma, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 55 fakt aşkar olunub. Bu faktlar üzrə hesabat ilində ümumilikdə 3 ton 43 kiloqramdan çox narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən götürülüb.
"Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun əldə olunması ilə əlaqədar ötən il 206 xarici ticarət iştirakçısı müraciət edib. Daxil olan müraciətlərin təhlilinin nəticəsi olaraq 33 xarici ticarət iştirakçısına ixrac, 63 xarici ticarət iştirakçısına idxal əməliyyatları üzrə, ümumilikdə 96 xarici ticarət iştirakçısına "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ verilib.
Hesabat ilində elektron gömrük xidmətləri sahəsində DDG-nın internet səhifəsində yeni funksional bölmələr yaradılıb, məlumatlar mütəmadi yenilənib.
2021-ci ildə "Smart Customs" mobil tətbiqinin yeni versiyası hazırlanıb, www.e.customs.gov.az portalı üzərindən göstərilən xidmətlərin sayı 13-ə çatdırılıb. Eyni zamanda e.customs.gov.az portalında təqdim edilən elektron xidmətlərdən 5-i mobil tətbiqə inteqrasiya edilib.
Sonda iclasda 2022-ci il üçün İş Planı təsdiqlənib.
Siyasət
Şuşada Azərbaycan Türkiyə və Gürcüstan parlamentarilərinin iclası başa çatdı - YENİLƏNDİ

Azərbaycan,Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin Şuşa şəhərində keçirilən VII üçtərəfli iclası başa çatıb.
Publika.az xəbər verir ki, toplantıda hər üç ölkənin parlamentləri arasında münasibətlərin daha da dərinləşdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra parlamentarilər Şuşa şəhərindəki bir sıra tarixi-mədəni abidələri yerləri ziyarət edəcəklər, Cıdır düzündə olacaqlar.
XXX
13:16
Şuşa şəhərində Azərbaycan,Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilir.
Publika.az xəbər verir ki, toplantıda hər üç ölkənin parlamentləri arasında münasibətlərin daha da dərinləşdirilməsi və digər məsələlər müzakirə olunur.
Azərbaycan nümayəndə heyətinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinə parlamentin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç, Gürcüstan nümayəndə heyətinə isə ölkə parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze başçılıq edirlər.
Siyasət
Ceyhun Bayramov Çavuşoğlu ilə bölgədəki vəziyyəti MÜZAKİRƏ ETDİ

Xarici İşlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, danışıq zamanı ikitərəfli münasibətlər başda olmaqla, Azərbaycan və Türkiyə birgə daxil olduğu üçtərəfli mexanizmlər, həmçinin Cənubi Qafqaz regionunda və Ukraynadakı son yeniliklər müzakirə edilib.
Siyasət
Şuşanın əsas küçələrindən birinə Atatürkün adı verildi - FOTO

Şuşanın əsas küçələrindən birinə Türkiyə dövlətinin qurucusu, görkəmli ictimai-siyasi xadim Mustafa Kamal Atatürkün adı verilib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı tviter hesabında yazıb.
“Şuşanın mərkəzi küçələrindən birinə Atatürkün adı verilib. Təşəkkürlər”, - diplomat qeyd edib.
- Dünya22 May 2022 15:39
“Azovstal” zavodundan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
- Maraqlı22 May 2022 14:12
Bu ilin yay şortları: ən dəbli 5 model - FOTO
- Sosial22 May 2022 12:43
Bakıda yağış yağacaq, bölgələrdə şimşək çaxacaq - SABAHIN HAVASI
- Dünya22 May 2022 10:35
Rusiya “Terminator”larını döyüşə göndərir - Britaniya kəşfiyyatı
- Siyasət22 May 2022 02:42
Ərdoğan ŞƏRTLƏRİNİ AÇIQLADI: Yalnız bu halda...
- Qoroskop22 May 2022 00:15
Günün ULDUZ FALI: aktual məsələlərin həllini sabaha saxlayın
- Dünya21 May 2022 22:25
Rusiyada gizli səfərbərlik ELAN EDİLDİ - Baş Qərargahdan AÇIQLAMA
- Sosial21 May 2022 19:32
Kəlbəcər istiqamətində ordumuzun mövqeləri atəşə tutuldu