Mustafayev: Bu, onların Azərbaycana investisiya qoyması üçün bu önəmli faktordur - Publika.az
Bizi izləyin

Siyasət

Mustafayev: Bu, onların Azərbaycana investisiya qoyması üçün bu önəmli faktordur

“Mən artıq bir neçə ildir ki, investorların Azərbaycana yönəldilməsi istiqamətində fəaliyyət göstərirəm. Məlum məsələdir ki, Avropa ölkələrinin güclü şirkətlərini və ya investorlarını Azərbaycana yönəltmək elə də asan iş deyil. Çünki, investorların, həmçinin böyük maliyyə dövriyyəsi olan şirkətlərin öz maraqları var. Üstəlik ölkə müharibədən yeni çıxıb. İstənilən ölkə ilə bağlı belə vəziyyət əksər hallarda onlarda tərəddüd yaradır”. 

Publika.az-a bu fikirləri İspaniya Azərbaycan Mədəniyyət və Ticarət Assosiasiyasının (ACAE) prezidenti Fərid Mustafayev deyib. F.Mustafayev “biz, istər müharibədən öncə, istər müharibə dönəmində, istərsə də post müharibə dövründə daima Azərbaycanın haqlı mövqedə olduğunu bildirmişik. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün bərpasının beynəlxalq hüququn tələbi olduğunu vacib qurumlara çatdırmışıq”-deyə əlavə edib: “Azərbaycanın şanlı qələbəsindən sonra bu həqiqətlər öz yerini tapıb. Ali Baş Komandanın başçılığı altında 44 günlük müharibədən dərhal sonra işğaldan azad edilmış ərazilərin yenidən qurulması işləri başlanılıb. Ən əsası isə cənab Prezidentin qətiyyətli çıxışları və uğurlu diplomatik addımları xarici investorlarda inam yaradır. Onların Azərbaycana investisiya qoyması üçün bu önəmli faktordur. Eyni zamanda dövlət başçısının göstərişi ilə tez bir zamanda layihələrin sürətlə tətbiq edilməsi xarici iş adamlarının nəzərindən yayınmayıb. Onlarda oyanan bu maraq bir çox şirkət və investorların məhz Qarabağ ərazisinə yatırım qoymasına təkan verdi. Mən, dəfələrlə investorlarla söhbətimdə onların məhz Qarabağ ərazisinə yatırım qoymaq istəmələrinin səbəbini soruşurdum. Böyük bir investisiya fondunun rəhbər şəxslərindən birinin mənə verdiyi cavabı eyni ilə təkrar edirəm: “Azərbaycan çox əlverişli coğrafiyaya malikdir. Eyni zamanda çox sürətlə inkşaf edən ölkələr sırasındadır. İşğalda olan ərazilərin qaytarılması və həmin ərazidə infrastrukturun bərpası çox yaxın gələcəkdə Azərbaycanın daha böyük iqdisadi gücə çevrilməsi ilə nəticələnəcək. Bir çox ticarət əlaqələrinin həmin ərazidən keçməsi o ərazilərin nə qədər zəngin və dəyərli olduğunu göstərir. Bu gün işğaldan azad olunmuş ərazilərə qoyulan yatırım yaxın gələcəkdə üçqat gəlir gətirəcək”. Bu sözləri deyən adam çox peşəkar və böyük təcrübəyə malik olan bir insandır. Buna görə də investorların həmin ərazilərə yatırım qoymaq arzusu təsadüfi deyil”.

F.Mustafayev əlavə edib ki, biz investorları yalnız Qarabağ ərazisinə deyil, eyni zamanda Azərbaycanın müxtəlif bölgələrinə yatırım etməyə çağırırıq: “Misal üçün Ələt Azad İqdisadi Zonası bizim investorlar tərəfindən çox böyük maraqla qarşılanıb. Artıq iki böyük şirkət Ələt Azad İqdisadi Zonasındakı layihələrə yatırım qoymağa hazır olduqlarını bildiriblər. Biz, həmçinin kənd təsərrufatı sahəsində də böyük layihələrin başlanmasına start vermişik. Bu tək heyvandarlığın inkişaf etdirilməsi ilə məhdudlaşmır. Həmçinin bu sahədə fəaliyyət göstərəcək mütəxəssislərin hazırlanması, onların peşəkarlığının artırılması da nəzərdə tutulub. Kənd təsərrufatı mütəxəssislərinin məhz Avropada hazırlanması və təcrübə keçməsi yaxın gələcəkdə Azərbaycanda da bu sektorun muasir formada inkşafına təkan verəcək. Bir daha nəzərinizə çatdırım ki, investisiya layihələrimizin uğurla başa çatacağına əminik. Azərbaycanda olan siyasi və iqtisadi stabillik buna şərait yaradır. Biz, dəmir yumruğu tək döyüş meydanında yox, bütün sahələrdə göstəririk”.

Rəylər
Oxumağa davam et
Reklam

Siyasət

Mehriban Əliyeva Zəngilandan foto paylaşdı - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər.

Publika.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında səfərdən görüntü paylaşıb.

Fotonu təqdim edirik:

Oxumağa davam et

Siyasət

Səfər Mehdiyev gömrük postunda - FOTO

Mayın 26-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Mazımqara” gömrük postunda mövcud vəziyyətlə və onun yaxınlığında inşa edilən Ticarətin Asanlaşdırılması Mərkəzinin tikintisilə tanış olub. 

Publika.az xəbər verir ki, ölkəmizin ixrac və tranzit potensialının genişləndirilməsi, Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması istiqamətində Prezident İlham Əliyev tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. 

Bu baxımdan gömrük orqanları qarşısında duran əsas vəzifələrdən biri də sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi, gömrük-keçid məntəqələrinin buraxılış potensialının artırılmasıdır. 

Görülən işlərin icra vəziyyəti ilə tanış olmaq məqsədilə Dövlət Gömrük  Komitəsinin sədri Səfər Mehdiyev  “Mazımqara” gömrük postunda olub,  idxal və ixrac nəzarət xətlərində prosedurların icrası, nəqliyyat vasitələrinin sərhədkeçmə prosesləri, son dövrlərdə yaranan sıxlıqların operativ şəkildə aradan qaldırılması ilə bağlı tapşırıqlar verib.

Daha sonra Səfər Mehdiyev “Mazımqara” gömrük postunun yaxınlığında inşa olunan Ticarətin Asanlaşdırılması Mərkəzinin tikinti işləri ilə yaxından tanış olub. 

Qeyd edək ki, Mərkəz Gürcüstanla sərhəddən nəqliyyat vasitələrinin keçidinin intensivliyinin artırılması, nəqliyyat axınlarının səmərəli şəkildə idarə olunması məqsədilə inşa olunur. Belə ki, nəqliyyat vasitələrinin sürətli keçidini təmin etmək məqsədilə gömrük-sərhəd keçid məntəqələrindəki əməliyyatların bir hissəsi artıq bu mərkəzdə icra olunur. Mərkəzin qismən fəaliyyətə başlaması son dövrlərdə Gürcüstanla sərhəddə yaranan sıxlıqların aradan qaldırılması, sərhədkeçmə proseslərinin səmərəli şəkildə təşkil olunmasında da əhəmiyyətli rol oynayıb. 

Komitə sədri Mərkəzin tikintisinin yüksək keyfiyyətlə aparılması, eləcə də “Mazımqara” gömrük postunda sərhədkeçmə prosedurlarının səmərəliliyinin artırılması, qarşıya çıxan problemlərin operativ şəkildə həll edilməsi istiqamətində tapşırıqlar verib. 

Oxumağa davam et

Siyasət

Azərbaycanda referendum keçiriləcək?

Son günlər bəzi kütləvi informasiya vasitələrinin Azərbaycanda referendumun keçiriləcəyi ilə bağlı yaydığı məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Publika.az-a hökumətdəki mənbələrdən məlumat verilib.

"Ölkə Konstitusiyasına heç bir dəyişiklik nəzərdə tutulmur. Hazırda hökumətdə belə bir plan yoxdur və bununla bağlı heç bir müzakirə aparılmır. Bu cür məlumatların yayılması əsassızdır və həqiqəti əks etdirmir. Ona görə də belə bir həssas dönəmdə kütləvi informasiya vasitələrini ictimai rəyi çaşdırmamağa və yoxlanılmamış məlumatların tirajlanmasına yol verməməyə çağırırıq", - mənbə qeyd edib.

Bildirilib ki, belə bir şayiənin yayılmasına əsas kimi götürülən ölkədə seçici siyahılarının dəqiqləşdirilməsi qanunvericiliklə nəzərdə tutulmuş və mütəmadi aparılan prosesdir.

Bu il seçici siyahılarının dəqiqləşdirilməsi həmçinin koronavirus pandemiyası şəraitində, habelə Rusiya-Ukrayna müharibəsi fonunda miqrasiya hallarının baş verməsi, Vətən müharibəsi dövründə və ondan sonra daxili miqrasiya proseslərinin təsirini öyrənməyə imkan yaradacaq.

Oxumağa davam et
Reklam

Gündəm