Dünyanın ən güclü ordularının yeni reytinqi: Azərbaycan 34 pillə... - Publika.az
Bizi izləyin

Siyasət

Dünyanın ən güclü ordularının yeni reytinqi: Azərbaycan 34 pillə...

Azərbaycan dünyanın ən güclü orduları siyahısında Ermənistanı 34 pillə geridə qoyub. 

Publika.az xəbər verir ki, bu, “Global Fire Power”in 2022-ci ilin ən güclü ordularının reytinqini təqdim etdiyi siyahıda əksini tapıb.

ABŞ siyahıda yer alan 140 ölkə arasında 1-ci yerdə qərarlaşıb. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Rusiya və Çin tutub. 

Azərbaycan dünyanın ən güclü orduları arasında 63-cü yeri tutub. Ermənistan 97-ci, Gürcüstan isə 88-ci yerdə qərarlaşıb.

Siyahıda 13-cü pillədə qərarlaşan Türkiyə ordusu dünyanın ən güclü orduları arasında yer alıb. 

Pakistan 9-cu, İran isə 14-cü olub. Fransa 7-ci, Böyük Britaniya 8-ci, Almaniya isə 16-cı yerdə qərarlaşıb.

Rəylər
Oxumağa davam et
Reklam

Siyasət

ABŞ-da Azərbaycanın Müstəqillik Günü qeyd olundu - FOTO

Vaşinqtonda Azərbaycan Respublikasının Müstəqillik Günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü və Azərbaycan-ABŞ diplomatik münasibətlərinin yaranmasının 30-cu ildönümünə həsr edilmiş rəsmi qəbul və ziyafət təşkil olunub.

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən Publika.az-a verilən məlumata görə, Birləşmiş Ştatlar tərəfi tədbirdə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən səfir Derek Hoqan, müdafiə katibinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uolender və Oklahoma Milli Qvardiyasının ordu qərargah rəisi briqadir general Con Harrison tərəfindən təmsil olunmuşdur. Bununla yanaşı, Müdafiə Departamentinin Milli Qvardiya Bürosunun rəisinin müavini general leytenant Mark Sassevil, ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupunun həmsədri konqres üzvü Stiv Şabot və konqres üzvü Daq LaMalfa habelə Konqres üzvlərinin çoxsaylı köməkçiləri də tədbirə qatılıb. Bununla yanaşı, mərasimdə 20-ə yaxın ölkənin səfirləri, çoxsaylı hərbi attaşelər, Əfqanıstan üzrə keçmiş xüsusi nümayəndə Zalmay Xəlilzad, yəhudi təşkilatlarının rəhbərləri və 600-dən çox qonaq iştirak edib.

Tədbirdə ilk öncə çıxış edən səfir Xəzər İbrahim ölkələrimiz arasında strateji tərəfdaşlığın və əməkdaşlığın müxtəlif istiqamətlərindən bəhs edib. Cari ilin mart ayında Prezident Baydenin President İlham Əliyevə məktubunda Azərbaycan-ABŞ əməkdaşlığının daha da inkişaf etdirilməsi niyyətinin bir daha ifadə edildiyini diqqətə çatdırdı. Tədbirimiz keçirildiyi zaman ABŞ-ın Avropa Komandanlığından nümayəndə heyətinin Azərbaycanda, ADA Universitetinin dəstəyi ilə Azərbaycandan müəllim heyətinin ABŞ-da səfərdə olduğu və səylərin daha da artırılacağını bildirdi. Növbəti 30 il ərzində Azərbaycan-ABŞ əməkdaşlığının daha da inkişaf edəcəyinə ümidvar olduğu qeyd edildi. Səfir eyni zamanda, Oklahoma ilə tərəfdaşlığın qurulmasının 20 illiyindən və bu tərəfdaşlığın əhəmiyyətindən bəhs edib.

Tədbirdə iştirak edən yüksək vəzifəli ABŞ rəsmiləri hər üç əlamətdar hadisə münasibətilə Azərbaycanı təbrik edib, hazırda ölkəmizlə ABŞ arasında həyata keçirilən müdafiə və təhlükəsizlik, transmilli təhdidlərə qarşı mübarizə, sərhəd təhlükəsizliyi, enerji təhlükəsizliyi, terrorçuluqla mübarizə və s. mühüm istiqamətlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulamışlar. ABŞ tərəfi post münaqişə dövründə Azərbaycanın həyata keçirdiyi yenidən qurma işlərinə, minaların təmizlənməsi və humanitar yardım sahələrində dəstəyi artıqmaqda maraqlı olduğunu vurğulamışdır. Bölgəmizdə sülh və əminamanlığın təmin edilməsində ölkələrimiz arasında strateji tərəfdaşlığın mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

Ziyafət zamanı Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 30 illiyinə həsr edilmiş və silahlı qüvvələr gününə aid video-çarxlar nümayiş etdirilib.

Tədbirin musiqili hissəsində Vaşinqtonda fəaliyyət göstərən Azərbaycan məktəbinin şagirdlərinin ifasında “Nəlbəki” milli rəqsini və ABŞ-da yaşayan həmvətənimiz Məryəm Nəcəfzadə “Sarı Gəlin” və “Koroğlu” operasından musiqi əsasında milli rəqslərimizi ifa edib.

Tədbir zamanı qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim edilib. Azərbaycan Milli Kulinariya Mərkəzinin Baş Direktorunun müavini Ceyran Əsgərova və Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvü Mirmövsüm Dadaşov tərəfindən Azərbaycan mətbəxinə aid ləziz yeməklər, şirniyyatlar və şərbətlər hazırlanmış, Azərbaycan mətbəxinin şah əsərlərindən olan “Şah Plov” xüsusi təqdimatla qonaqlara təqdim edilib.

Tədbir zamanı Şur Trio İnstrumental Qrupunun üzvləri Vüsal İsgəndərzadə, Əbdülsəməd Mövləvi və Xalid Babayev milli və dünya musiqisindən parçalar ifa etmişdirlər. Həmçinin ABŞ-da yaşayan soydaşımız Emil Əfrasiyab piano ifası və Leyla Əfrasiyab vokal ifası ilə tədbirə rəng qatıblar.

Mərasimdə Azərbaycan xalçaçılıq sənətinin nümunələri sərgilənib. Qarabağ xalçası, Azərbaycan xəritəsini əks etdirən ipək xalça və müasir incəsənət rəssamı Faiq Əhmədin “Arxiv 2” adlı xalçası qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Həmçinin tədbirdə Azərbaycan rəngkarlıq sənətinin nümunələri, o cümlədən ABŞ-da yaşayan həmvətinimiz Əbülfəz Bahadorinin rəsm əsərləri sərgilənmiş, Azərbaycanın tarixi və mədəniyyətinə, işğaldan azad olunmuş ərazilərimizə aid kitablar və nəşrlər ilə tanış olublar.

Oxumağa davam et

Siyasət

"Ermənistan Qarabağla vidalaşır" - VİDEO

Gözlənildiyi kimi, erməni ekspertlər Azərbaycan, Avropa İttifaqı Şurası və Ermənistan liderlərinin mayın 22-də Brüsseldə keçirilmiş İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasındakı görüşə neqativ münasibət göstəriblər.

Eyni zamanda, onların danışıqlar prosesindən Rusiyanın “kənarlaşması” qorxuları diqqət çəkir.

Publika.az xəbər verir ki, bu barədə “Caliber”in “Youtube” kanalının növbəti buraxılışında deyilir.

“Məsələn, Ermənistan parlamentinin keçmiş deputatı Naira Karapetyan Brüsseldəki görüşü “5 fəlakətli saat”, onun nəticəsini isə Ermənistan üçün “daha bir məğlubiyyət” adlandırıb. O, bildirib ki, Qarabağın statusu məsələsi qətiyyən qaldırılmır, öz müqəddəratını təyinetmə hüququ qeyd olunmur, əvəzində Qarabağdakı etnik erməni əhalinin hüquq və təhlükəsizliyi vurğulanıb”, - deyə videomaterialda bildirlir.

Süjet müəllifləri vurğulayırlar ki, ermənilər yaxın günlərdə Ermənistan və Azərbaycanın sərhəd zonasında keçirilməsi planlaşdırılan iki ölkə sərhədlərinin demarkasiyası üzrə komissiyaların iclasında Rusiyanın iştirak etməməsindən də narahatdırlar.

Daha ətraflı videoda:

Oxumağa davam et

Siyasət

Sahibə Qafarova üç ölkənin parlament nümayəndələri ilə görüşüb - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova mayın 23-də Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin Şuşada keçirilmiş VII üçtərəfli iclasının iştirakçıları ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a  bildirilib ki, Sahibə Qafarova üç dost və qardaş ölkə parlamentlərinin Xarici əlaqələr komitələrinin növbəti iclasının Azərbaycanda keçirilməsini yüksək qiymətləndirərək bu görüşlərin ölkələrimiz arasında parlamentlərarası münasibətlərin inkişafına yeni töhfə verəcəyini deyib.

Bildirilib ki, üç ölkə arasında müxtəlif sahələri əhatə edən çox səmərəli ikitərəfli və üçtərəfli əməkdaşlıq formatı yaranıb. Bu münasibətlər regionda sülhə, sabitliyə, əməkdaşlığa və iqtisadi inkişafa kömək edir.

Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan, Türkiyə və Gürcüstan xalqları arasında möhkəm tarixi bağlılıq, dostluq və qardaşlıq münasibətləri mövcuddur. Azərbaycanın həm Türkiyə, həm də Gürcüstan ilə çox möhkəm təməllər üzərində qurulmuş münasibətləri var. Ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi dialoq dövlət başçılarımız, parlamentlər və digər səviyyələrdə ardıcıllıqla dəstəklənməkdədir. Nüfuzlu beynəlxalq qurumlarda biz həmişə həmrəylik nümayiş etdirir və bir-birimizin mövqeyini müdafiə edirik. Sahibə Qafarova deyib ki, Azərbaycan, Türkiyə və Gürcüstan qlobal əhəmiyyətə malik, irimiqyaslı enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində də uğurlu əməkdaşlıq edirlər.

Milli Məclisin sədri parlamentlər səviyyəsində əməkdaşlıqdan danışarkən, bir neçə gün əvvəl Türkiyə Böyük Millət Məclisin sədri Mustafa Şentopun İƏT PA-nın Üçüncü Ümumi Konfransında iştirakını və tədbirdə iştirak edən parlament sədrlərinin, nümayəndə heyəti başçılarının Şuşaya səfərlərini xatırladıb. O, bu ilin aprel ayında Gürcüstana rəsmi səfəri zamanı burada keçirdiyi görüşləri, aparılan danışıqları yüksək dəyərləndirib. Üç ölkə parlamentlərinin Xarici əlaqələr komitələrinin Şuşada keçirilmiş VII üçtərəfli iclasının əhəmiyyətini bir daha vurğulayan S.Qafarova belə bir tədbirin işğaldan azad olunmuş torpaqlarda, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsini müsbət dəyərləndirib.

Bildirilib ki, uzun müddət işğal altında qalmış ərazilərimizdə Ermənistan tərəfindən bütün şəhər və kəndlər dağıdılıb, tarixi, mədəni və dini obyektlər vandalizmə məruz qalıb.

Milli Məclisin sədri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüşlərdən də danışıb. Bildirilib ki, Ermənistan üzərinə götürdüyü bütün öhdəliklərə əməl etməli, məsələyə konstruktiv yanaşma sərgiləməlidir. Postmünaqişə dövründə Cənubi Qafqazda əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Heç şübhə etmirik ki, bu imkanlardan istifadə bölgəyə sülh və əmin-amanlıq gətirəcək.

Görüşdə çıxış edən Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze ölkəmizə səfərindən və burada keçirilən tədbirlərdən məmnunluğunu ifadə edib. Qeyd edilib ki, belə tədbirlər regional əməkdaşlıq və parlamentlərarası münasibətlərin inkişafı baxımından əhəmiyyətlidir. O, parlamentlərdə fəaliyyət göstərən dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov üç ölkə parlamentinin Xarici əlaqələr komitələrinin Şuşada keçirilmiş iclası barədə danışıb, müzakirə olunan məsələlər barədə fikirlərini bölüşüb.

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç tədbirin ölkəmizin işğaldan azad olunmuş Şuşa şəhərində təşkilinə görə təşəkkürünü bildirib. Qeyd edilib ki, Türkiyə Azərbaycanı həmişə dəstəkləyib. İki ölkə liderlərinin Şuşa görüşü bunun bariz nümunəsidir. İnanırıq ki, tezliklə regionda davamlı sülh və sabitlik yaranacaqdır. Türkiyəli qonaq parlamentlərin Xarici əlaqələr komitələrinin üç tərəfli görüşlərinin gələcəkdə də davam etdirilməsinin mövqelərin tutuşdurulması baxımından əhəmiyyətini vurğulayıb.

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam

Gündəm