BMT Azərbaycana təşəkkür etdi - Publika.az
Bizi izləyin

Siyasət

BMT Azərbaycana təşəkkür etdi

BMT Azərbaycana təşəkkür edib.

Publika.az xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Farhan Haq mətbuat konfransında deyib.

O, BMT büdcəsinə tam ödəniş etdiklərinə görə bir sıra ölkələrə, o cümlədən Azərbaycana təşəkkür etdiyini bildirib:

“BMT büdcəsinə ödəmələri müntəzəm olaraq edən dost ölkələr var. Mən BMT adından Əlcəzairə, Azərbaycana, Koreya Respublikasına, Birləşmiş Ərəb Əmirliklərinə və Vyetnama bu fəxri kürsüdən təşəkkür edirəm. Bununla da, BMT büdcəsinə tam ödəmələrini tamamlayan ölkələrin sayı 37-yə çatıb”.

Rəylər
Oxumağa davam et
Reklam

Siyasət

Zelenski Draqiyə təşəkkür etdi

Ukrayna Prezidenti Volodimr Zelenski və İtaliyanın baş naziri Mario Draqi arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, bu barədə V.Zelenski Tviter hesabında paylaşım edib.

"Mario Draqinin təşəbbüsü ilə telefon danışığımız oldu. Biz müdafiə sahəsində əməkdaşlıqdan, 6-cı sanksiyalar paketinin tətbiqinin sürətləndirilməsinin və Ukrayna limanlarının açılmasının zəruriliyindən danışdıq", -  V.Zelenski bildirib.

O əlavə edib ki, İtaliyaya Avropa İttifaqına gedən yolda Ukraynaya qeyd-şərtsiz dəstəyə görə təşəkkür edib.

Oxumağa davam et

Siyasət

Ərdoğan ŞƏRTLƏRİNİ AÇIQLADI: Yalnız bu halda...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, telefon danışığı zamanı tərəflər İsveç və Finlandiyanın NATO-ya üzvlük üçün müraciətlərini müzakirə ediblər.

R.T.Ərdoğan vurğulayıb ki, Türkiyə NATO-nun “açıq qapı” siyasətini səmimi şəkildə dəstəkləyir və Ankaranın iki Skandinaviya ölkəsinin namizədliyinə münasibəti sırf bu dövlətlərin Türkiyə üçün mühüm milli təhlükəsizlik məsələlərində tutduğu mövqe ilə bağlıdır.

Türkiyə lideri bildirib ki, bu ölkələr fundamental məsələlərdə, xüsusilə də terrorla mübarizədə Türkiyə ilə açıq həmrəylik nümayiş etdirməyincə, Ankara İsveç və Finlandiyanın NATO-ya müraciətlərini müsbət qarşılamayacaq.

NATO-nun baş katibi Türkiyə lideri ilə söhbətində Türkiyənin təhlükəsizliklə bağlı narahatlığının aradan qaldırılmasının vacib olduğunu qeyd edib.

Oxumağa davam et

Siyasət

Ərdoğan və Andersson arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsveçin baş naziri Maqdalena Andersson arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, telefon danışığı zamanı tərəflər ikitərəfli münasibətləri və Stokholmun NATO-ya üzvlük üçün müraciətini müzakirə ediblər.

Türkiyə lideri qeyd edib ki, Ankara bu günə qədər həmişə NATO-nun “açıq qapı” siyasətini dəstəkləyib.

R.T.Ərdoağn vurğulayıb ki, NATO ideyası kollektiv təhlükəsizlik və Alyansa üzv ölkələrin təhlükəsizliyi sahəsində həmrəyliyə əsaslanır.

Onun sözlərinə görə, o, Stokholmun PKK/YPG/PYD terrorçuları və onlarla əlaqəli strukturlarla təmaslar məsələsində mövqeyindən dəfələrlə narahat olduğunu bildirib.

R.T.Ərdoğan İsveçdə Fətullah Gülənin (FETÖ) rəhbərlik etdiyi daha bir terror təşkilatının nümayəndələrinin olmasına da diqqət çəkib.

Bununla bağlı Türkiyə Prezidenti Stokholmu terrorçulara siyasi, maliyyə və müdafiə dəstəyindən imtina etməyə çağırıb.

"Ankara İsveçdən PKK terrorçuları, eləcə də bu qanlı təşkilatın Suriya və İraq qolları ilə bağlı Türkiyənin narahatlığını bölüşən ciddi və konkret addımlar atacağını gözləyir", - deyə Türkiyə Prezidenti bildirib.

R.T.Ərdoğan Suriyada “Sülh çeşməsi” əməliyyatının başlamasından sonra Stokholmun Türkiyə müdafiə sənayesinə qarşı tətbiq etdiyi sanksiyaların ləğvinin vacibliyinə də işarə edib.

O xatırladıb ki, bu əməliyyatın keçirilməsi barədə qərar Ankara tərəfindən ölkə sərhədləri yaxınlığında real terror təhlükəsinin formalaşmasına cavab olaraq verilib.

Oxumağa davam et
Reklam

Gündəm