Xəbərlər - Publika.az
Bizi izləyin

Siyasət

Azərbaycan-Türkiyə münasibətləri digər türk dövlətlərinə də... - Musabəyov

“Azərbaycan və Türkiyə arasındakı münasibətlər hazırda elə yüksək səviyyədədir ki, fikrimcə, prezident İlham Əliyevin Dənizin üzərində inşa edilən nəhəng layihə - Rize-Artvin Hava Limanının açılışında iştirak etməsinə təəccüblənməyə dəyməz. Dövlət başçılarımız, xarici işlər və müdafiə nazirləri elə bir ay olmur ki, şəxsən görüşməsinlər. Bu görüşlər ya Azərbaycanda, ya da Türkiyədə gerçəkləşir. Mütəmadi olaraq yüksək ranqlı məmurlarımız bir-birləri ilə telefon əlaqəsi saxlayırlar. Bizim Türkiyə ilə dövlət və xalq olaraq birliyimiz mənə elə gəlir ki, nümunəvi xarakter daşıyır”.  

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib. 

Millət vəkili bildirib ki, dənizin üzərində inşa edilən nəhəng Rize-Artvin Hava Limanı böyük bir layihədir, artıq tamamlanıb:

“Türkiyədə belə bir layihənin açılışında Azərbaycan prezidentinin iştirakı təbiidir. Azərbaycanda da hər hansı böyük bir layihə tamamlananda Türkiyə prezidenti də onun açılışına qatılır. Azərbaycanın uğuru Türkiyənin, Türkiyənin uğuru Azərbaycanın uğurudur. Biz iki dövlət olaraq çətinlikləri də, uğurları da bölüşürük. Mənə elə gəlir ki, bu münasibətlər bir çox ölkələr üçün nümunəvi xarakter daşıyır. Azərbaycan və Türkiyə xalqları arasındakı yaxınlıq heç də Rusiya və Ukrayna xalqları arasındakı yaxınlıqdan üstün deyil. Biz Türkiyə ilə heç vaxt bir dövlətdə yaşamamışıq. Halbuki Ukrayna ilə Rusiya 300-400 il bir dövlətin sərhədləri daxilində ömür sürüblər. İndi Rusiya və Ukrayna arasındakı münasibətlərə baxın. Bunun tam əksini Azərbaycan və Türkiyə arasındakı münasibətlərdə müşahidə etmək mümkündür”. 

Deputatın fikrincə, digər türk xalqları da bu nümunəvi dostluqdan özləri üçün nümunə götürməlidirlər:

“Ona görə də düşünürəm ki, Ankara və Bakı arasındakı münasibətlər olduqca möhkəmdir. Xalqlar arasında da qardaşlıq münasibətləri mövcuddur. Heydər Əliyev də vaxtilə bir millət iki dövlət fikrini səsləndirmişdi. Dövlətlər adətən qardaş yox, müttəfiq olurlar. Xalqlar qardaş olurlar. Biz dövlət olaraq da çox sıx münasibətlərə malikik. Düşünürəm ki, Bakı və Ankara arasındakı münasibətlər digər türk dövlətləri üçün nümunə olmalıdır. Bizim uğurumuz müəyyən mənada onlar üçün də gələcək kimi gözlənilir”. 

Rəylər
Oxumağa davam et
Reklam

Siyasət

Sahibə Qafarova Mustafa Şentopla görüşdü - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Sahibə Qafarova qonağı səmimi salamlayaraq, Azərbaycanla Türkiyə əlaqələrinin çox yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Parlamentin sədri bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri çərçivəsində Rize-Artvin Hava Limanının açılış mərasimində iştirakını xatırlayaraq, iki qardaş ölkənin liderlərinin növbəti dəfə bir araya gəlməsini yüksək dəyərləndirib. Qeyd edib ki, iki ölkə arasındakı münasibətlər günbəgün inkişaf etməkdədir. Hər iki ölkənin əldə etdiyi uğurlar ölkələrimizin beynəlxalq miqyasda nüfuzunun daha da artmasına xidmət edir.

Spiker Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Türkiyə nümayəndə heyətinin iştirakını yüksək qiymətləndirib və konfransda müzakirə olunacaq məsələlərin əhəmiyyətindən danışıb.

Milli Məclisin sədri konfransa hazırlıq işləri barədə danışaraq, tədbirdə iştirak edəcək nümayəndə heyətləri ilə keçirdiyi görüşlərdən bəhs edib. Qeyd edib ki, konfransda təşkilata sədrlik Pakistandan Azərbaycana keçəcəkdir. Azərbaycan təşkilatın sədri kimi qurumun nüfuzunun daha da artması, təşkilata üzv ölkələr arasında əlaqələrin daha da dərinləşməsi üçün üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün bütün səylərini əsirgəməyəcək.

Sahibə Qafarova işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən böyük bərpa və quruculuq işləri haqqında məlumat verərək, qeyd edib ki, çox qısa müddətdə həmin ərazilərdə nəhəng infrastruktur layihələri reallaşdırılıb, yeni yollar salınıb, yüksək standartlara cavab verən Füzuli Hava Limanı istifadəyə verilib. Həyata keçirilən quruculuq işlərində qardaş Türkiyə şirkətləri yaxından iştirak edirlər. Spiker Türkiyənin Azərbaycana hər zaman göstərdiyi dəstəyə görə öz minnətdarlığını bildirib.

Səmimi görüş üçün təşəkkür edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ölkəmizə növbəti dəfə səfərindən məmnunluğunu ifadə edib. Qeyd edib ki, səfərdən məqsəd İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək və burada müzakirə olunacaq məsələlərə fəal şəkildə qatılmaqdır.

Bununla yanaşı, konfransda müzakirə olunacaq məsələlərin quruma üzv dövlətlər üçün əhəmiyyətindən bəhs edən Mustafa Şentop burada keçiriləcək görüşlərin də əlaqələrin dərinləşməsi baxımından əhəmiyyətli olacağını bildirib. Qeyd edib ki, parlamentlər səviyyəsində əlaqələrin daha da dərinləşməsi, deputatların mütəmadi görüşləri qurum qarşısında duran vəzifələrin həlli, o cümlədən qanunverici orqanlar arasında ikitərəfli əlaqələrin inkişafı baxımından önəmlidir.

Mustafa Şentop Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfərini xatırladaraq, deyib ki, Türkiyə-Azərbaycan münasibətləri dünyada bənzəri olmayan münasibətlərdir və bu münasibətlər həqiqətən “bir millət iki dövlət” xarakteri daşıyır.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et

Siyasət

Xarkovdakı Fəxri Konsulluğumuz fəaliyyətini bərpa etdi

Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki Fəxri konsulluğu fəaliyyətini bərpa edib.

Publika.az xəbər verir ki, bu barədə konsulluğun saytında məlumat verilib. Bildirilir ki, artıq bir neçə gündür ki, şəhərdə vəziyyət sakitdir və ictimai nəqliyyatın fəaliyyəti bərpa olunub. Sakinlər də Xarkova qayıdırlar. 

“Raket zərbəsi nəticəsində Fəxri konsulluğun Yaroslav Mudrova küçəsi, 7 ünvanında yerləşən binasına ziyan dəyib və kommunikasiyanın bərpasına ehtiyac yaranıb. Bu səbəbdən bu gündən etibarən Fəxri konsulluq Lyudmila Qurçenko küçəsi, 3-D ünvanında yerləşir”, - deyə məlumatda bildirilir. 

Azərbaycan vətəndaşları fəxri konsulluğa aşağıdakı telefonlar vasitəsilə müraciət edə bilərlər:

+380503035727 Əfqan Salmanov
+38 0997887071 Oleq Velikih
+380688557004 Viktoriya Yanul

Oxumağa davam et

Siyasət

Sahibə Qafarova Xusrav Noziri ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova mayın 16-da İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri ilə görüşüb.

Bu barədə Publika.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Spiker bu il Azərbaycanın təşkilata üzvlüyünün 30-cu ildönümünün tamam olduğunu, bu illər ərzində tərəflər arasında uğurlu əməkdaşlıq həyata keçirildiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, Azərbaycan regionun iqtisadi potensialından səmərəli istifadə etmək üçün qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Ölkəmiz həmişə beynəlxalq iqtisadi əməkdaşlıq və inteqrasiya səylərinə öz dəstəyini göstərir. Bu kontekstdə Azərbaycanın İƏT çərçivəsində əməkdaşlığa verdiyi töfhələr vurğulanıb.

Görüşdə Milli Məclisin sədri Azərbaycanla İƏT arasında münasibətlərin möhkəmləndirilməsi, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbə və münaqişənin həllindən sonra regionda yeni yaranmış şərait, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, kommunikasiyaların bərpasının və yeni dəhlizlərin yaradılmasının əhəmiyyəti, İƏT Parlament Assambleyasının Bakıda keçiriləcək Üçüncü Ümumi Konfransına hazırlıq məqsədilə görülən işlər və digər məsələlər barədə danışıb.

Xusrav Noziri görüşə və göstərilən yüksək qonaqpərvərliyə görə, minnətdarlığını ifadə edib. O, Azərbaycana ikinci dəfə səfər etdiyini və ölkəmizin yüksək səviyyədə inkişafa nail olduğunu vurğulayıb.

Xusrav Noziri Azərbaycanın İƏT-də fəal rol oynayan üzv dövlətlərdən biri olduğunu qeyd edib. O, Azərbaycanın təşkilatda fəal təmsilçiliyini, həmçinin Milli Məclisin İƏT Parlament Assambleyasının Üçüncü Ümumi Konfransının keçirilməsi ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib.

Oxumağa davam et
Reklam

Gündəm