Sosial
Azərbaycanda bəzi məhsullar bahalaşdı, ət ucuzlaşdı - SİYAHI

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub.
Publika.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, yumurtanın, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, şokolad məmulatlarının, çayın, kola içkisinin, meyvə şirəsinin, arağın qiymətində baş verib.
Ucuzlaşma isə əsasən mal və qoyun ətinin qiymətlərində müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Sosial
10 yaşımız oldu

Bu gün "Gündəlik Teleqraf" MMC-yə daxil olan Publika.az və Teleqraf.com saytlarının 10 yaşı tamam olur.
Publika.az 2012-ci ilin martın 1-də portal kimi, "Teleqraf" isə gündəlik qəzet kimi fəaliyyətə başlayıb.
Publika.az-da xəbərlərlə yanaşı, geniş araşdırmalar, təhlillər, müsahibələr, videmüsahibə, videoreportajlar, habelə digər videolayihələr, həmçinin oxucunu maraqlandıran layihələr yer alır.
Portalın iş prinsipi gündəmə uyğun xəbərlər hazırlamaq, yeni informasiya istehsal etmək və oxucunu məlumatlandırmaqdır.
Portal özündə bir neçə bölməni birləşdirir.
Publika.az-ın əsas hədəfi siyasətdən tutmuş, şou-biznesə qədər bütün sahələri əhatə etmək və hər kateqoriyadan olan oxucuları məlumatlandırmaqdır.
Fasiləsiz xəbər yayımlamaq Publika.az-ın əvvəl gündən əsas hədəfi olub. Hazırda da bu məqsədə sadiq qalmaqdayıq.
Teleqraf.com saytı isə siyasət, dünya, iqtisadiyyat, yazarlar, müsahibə, simsiz, toplum, kriminal, art, idman, maqazin kimi çoxşaxəli bölmələrə uyğun xəbərlər istehsal edir. Xəbərə xüsusi həssaslıqla yanaşan bu saytda günün ən aktual məsələləri və hadisələrindən bəhs edən debatlar, açıqlamalar, təhlillərlə tanış ola bilərsiniz.
Məhz bunun nəticəsidir ki, hər iki saytın sözünə etimad göstərən sadiq oxucu aidutoriyası formalaşıb. On ildir bizi tək qoymadıqlarına görə oxucularımıza təşəkkür edirik. Etimadınız qürur yerimizdir!
Sosial
Üç hakimin səlahiyyətlərinə xitam verildi, 14-nün isə...

Məhkəmə-Hüquq Şurasının videokonfrans formatında iclası keçirilib.
Publika.az xəbər verir ki, iclasda bildirilib ki, ötən il Şura tərəfindən mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla hakimlərin fəaliyyətinin hərtərəfli və şəffaf meyarlar əsasında qiymətləndirilməsinə dair yeni Qaydalar qəbul edilib. Bu Qaydalara uyğun olaraq cari ildə 120-dək hakimin fəaliyyəti prinsipial qiymətləndirilərək 3 nəfərin səlahiyyətlərinə xitam verilib, 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq 6 aydan sonra təkrar qiymətləndirilmələri qərara alınıb.
Təkrar qiymətləndirmə zamanı onların fəaliyyətlərində yenidən peşəkar çatışmazlıq aşkar edilərsə səlahiyyətlərinə qanunla müəyyən edilmiş qaydada xitam veriləcək.
İclasda 2018-ci ildə hakim vəzifəsinə təyin olunmuş 107 nəfərin səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar onları xarakterizə edən rəy, sənəd və digər materialların toplanıldığı bildirilib, habelə ətraflı təhlillər aparılmaqla fəaliyyətləri hərtərəfli qiymətləndirilib. Onların əksəriyyəti hakimliyə yararlı hesab edilib, habelə vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verən 3 nəfərin səlahiyyətlərinə xitam verilməsi, fəaliyyətində fərqlənən 8 nəfərin apellyasiya məhkəmələrinə irəli çəkilməsi, digərlərinin isə müxtəlif birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin edilməsi məqsədəuyğun sayılıb.
Sosial
Bakıya alternativ şəhər yaradılsın - Coğrafiya İnstitutundan TƏKLİF

Əhalinin paytaxta axınının qarşısının alınması baxımından Bakı ilə rəqabət apara bilən regional şəhərlər yaradılmalıdır.
Publika.az xəbər verir ki, belə bir təkliflə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov çıxış edib.
Alim iqtisadi baxımdan qeyri-fəal rayonların mərkəzdən idarə olunmasını məqsədəuyğun hesab edərək bildirib ki, bəzi rayonlarının potensialından düzgün istifadə edilmədiyindən daha səmərəli fəaliyyət göstərmək üçün yeni inzibati idarəetmə sisteminə keçilməli və səlahiyyətlər mərkəzləşdirilməlidir. Azərbaycanın kənd təsərrüfatı sahəsində potensialı nəzərə alınmalı, aqrar sənaye kompleksləri qurulmalıdır.
Əhalinin paytaxta axınının qarşısının alınması baxımından Bakı ilə rəqabət apara bilən regional şəhərlərin yaradılması zəruridir. Həmin şəhərlərdə iri sənaye obyektlərinin, xidmət sahələrinin yaradılması ətraf ərazilərin sakinlərinin həm işlə təmin olunmasına, həm də gəlirlərin əldə edilməsi üçün zəmin yaradar.
- Dünya27 May 2022 21:37
Fars körfəzidə GƏRGİNLİK: SEPAH iki yunan tankerini ƏLƏ KEÇİRDİ
- Siyasət27 May 2022 21:15
Şahbaz Şərif: "Azərbaycanı dəstəkləməkdən qürur duyuruq"
- Hadisə27 May 2022 21:00
Bərdədə DƏHŞƏT: qızının toyu günü evi yanıb KÜLƏ DÖNDÜ
- İdman27 May 2022 20:31
“Qarabağ” hesabı bərabərləşdirdi - YENİLƏNİR
- Sosial27 May 2022 19:24
Bayraktar Şuşa səfərindən danışdı: "Xarıbülbülü canlı görəndə anladım ki..." - FOTO
- Siyasət27 May 2022 18:48
Mehriban Əliyeva Ağalı kəndindən paylaşım etdi - FOTO
- Sosial27 May 2022 18:44
Saleh Rüstəmli də ƏFV EDİLDİ
- Sosial27 May 2022 18:11
TƏBİB-dən meymunçiçəyi ilə bağlı AÇIQLAMA