AQTA bir neçə ölkədən idxalı məhdudlaşdırdı - Publika.az
Bizi izləyin

Sosial

AQTA bir neçə ölkədən idxalı məhdudlaşdırdı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

AQTA-dan Publika.az-a bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, İsrailin Şimal, Mərkəz dairələrində xırdabuynuzlu heyvanların taun xəstəliyi, Rusiyanın Yaroslavl vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Kot-d'İvuarın Komoe rayonunda, Benin Respublikasının Veme inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi, İspaniyanın Estremadura muxtar icmasında süngərvari ensefalopatiya xəstəliyi, Rusiyanın Xantı-Mansi muxtar dairəsində Nyukasl xəstəliyi qeydə alınıb.

İsrailin Şimal və Mərkəz dairələrindən diri xırdabuynuzlu heyvanların, onlara aid ət-sümük unu, süd və süd məhsulları, trofeylər, dəri, yun, tük, genetik materialların, İspaniyanın Estremadura muxtar icmasından bütün növ diri iribuynuzlu kənd təsərrüfatı heyvanları və onlara aid məhsulların, genetik materialların, tərkibinə heyvan mənşəli zülal və sümük unu əlavə olan yemlərin, o cümlədən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Rusiyanın Yaroslavl vilayətindən diri xırdabuynuzlu heyvanlar, onlara aid məhsullar və xammalın, genetik materialların, Kot-d'İvuarın Komoe rayonundan, Benin Respublikasının Veme inzibati ərazi vahidindən və Rusiyanın Xantı-Mansi muxtar dairəsindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İsrail, Rusiya, İspaniya, Kot-d'İvuar, Benindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Rəylər
Oxumağa davam et
Reklam

Sosial

10 yaşımız oldu

Bu gün "Gündəlik Teleqraf" MMC-yə daxil olan Publika.azTeleqraf.com saytlarının 10 yaşı tamam olur.

Publika.az 2012-ci ilin martın 1-də portal kimi, "Teleqraf" isə gündəlik qəzet kimi fəaliyyətə başlayıb.

Publika.az-da xəbərlərlə yanaşı, geniş araşdırmalar, təhlillər, müsahibələr, videmüsahibə, videoreportajlar, habelə digər videolayihələr, həmçinin oxucunu maraqlandıran layihələr yer alır.

Portalın iş prinsipi gündəmə uyğun xəbərlər hazırlamaq, yeni informasiya istehsal etmək və oxucunu məlumatlandırmaqdır.

Portal özündə bir neçə bölməni birləşdirir.

Publika.az-ın əsas hədəfi siyasətdən tutmuş, şou-biznesə qədər bütün sahələri əhatə etmək və hər kateqoriyadan olan oxucuları məlumatlandırmaqdır.

Fasiləsiz xəbər yayımlamaq Publika.az-ın əvvəl gündən əsas hədəfi olub. Hazırda da bu məqsədə sadiq qalmaqdayıq.

Teleqraf.com saytı isə siyasət, dünya, iqtisadiyyat, yazarlar, müsahibə, simsiz, toplum, kriminal, art, idman, maqazin kimi çoxşaxəli bölmələrə uyğun xəbərlər istehsal edir. Xəbərə xüsusi həssaslıqla yanaşan bu saytda günün ən aktual məsələləri və hadisələrindən bəhs edən debatlar, açıqlamalar, təhlillərlə tanış ola bilərsiniz.

Məhz bunun nəticəsidir ki, hər iki saytın sözünə etimad göstərən sadiq oxucu aidutoriyası formalaşıb. On ildir bizi tək qoymadıqlarına görə oxucularımıza təşəkkür edirik. Etimadınız qürur yerimizdir!

Oxumağa davam et

Sosial

Üç hakimin səlahiyyətlərinə xitam verildi, 14-nün isə...

Məhkəmə-Hüquq Şurasının videokonfrans formatında iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda bildirilib ki, ötən il Şura tərəfindən mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla hakimlərin fəaliyyətinin hərtərəfli və şəffaf meyarlar əsasında qiymətləndirilməsinə dair yeni Qaydalar qəbul edilib. Bu Qaydalara uyğun olaraq cari ildə 120-dək hakimin fəaliyyəti prinsipial qiymətləndirilərək 3 nəfərin səlahiyyətlərinə xitam verilib, 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq 6 aydan sonra təkrar qiymətləndirilmələri qərara alınıb.

Təkrar qiymətləndirmə zamanı onların fəaliyyətlərində yenidən peşəkar çatışmazlıq aşkar edilərsə səlahiyyətlərinə qanunla müəyyən edilmiş qaydada xitam veriləcək.

İclasda 2018-ci ildə hakim vəzifəsinə təyin olunmuş 107 nəfərin səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar onları xarakterizə edən rəy, sənəd və digər materialların toplanıldığı bildirilib, habelə ətraflı təhlillər aparılmaqla fəaliyyətləri hərtərəfli qiymətləndirilib. Onların əksəriyyəti hakimliyə yararlı hesab edilib, habelə vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verən 3 nəfərin səlahiyyətlərinə xitam verilməsi, fəaliyyətində fərqlənən 8 nəfərin apellyasiya məhkəmələrinə irəli çəkilməsi, digərlərinin isə müxtəlif birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin edilməsi məqsədəuyğun sayılıb.

Oxumağa davam et

Sosial

Bakıya alternativ şəhər yaradılsın - Coğrafiya İnstitutundan TƏKLİF

Əhalinin paytaxta axınının qarşısının alınması baxımından Bakı ilə rəqabət apara bilən regional şəhərlər yaradılmalıdır.

Publika.az xəbər verir ki, belə bir təkliflə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov çıxış edib.

Alim iqtisadi baxımdan qeyri-fəal rayonların mərkəzdən idarə olunmasını məqsədəuyğun hesab edərək bildirib ki, bəzi rayonlarının potensialından düzgün istifadə edilmədiyindən daha səmərəli fəaliyyət göstərmək üçün yeni inzibati idarəetmə sisteminə keçilməli və səlahiyyətlər mərkəzləşdirilməlidir. Azərbaycanın kənd təsərrüfatı sahəsində potensialı nəzərə alınmalı, aqrar sənaye kompleksləri qurulmalıdır.

Əhalinin paytaxta axınının qarşısının alınması baxımından Bakı ilə rəqabət apara bilən regional şəhərlərin yaradılması zəruridir. Həmin şəhərlərdə iri sənaye obyektlərinin, xidmət sahələrinin yaradılması ətraf ərazilərin sakinlərinin həm işlə təmin olunmasına, həm də gəlirlərin əldə edilməsi üçün zəmin yaradar.

Oxumağa davam et
Reklam

Gündəm