Komitə rəhbəri şəhid xanımları ilə görüşdü - FOTO - Publika.az
Bizi izləyin

Sosial

Komitə rəhbəri şəhid xanımları ilə görüşdü - FOTO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, müqəddəs torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda Vətən müharibəsində həlak olmuş şəhidlərimiz, Vətən müharibəsi qəhrəmanları Adil İbrahimin həyat yoldaşı Nargül İbrahimi, baş leytenant Valeh Bədəlovun həyat yoldaşı Zeynəb Bədəlova, Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova və aprel döyüşlərinin şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi”nin sədri Sevinc Alızadə ilə görüşüb.

Publila.az xəbər verir ki, Dövlət Komitəsinin sədri B.Muradova əvvəlcə qonaqları salamlayıb və onları ali məktəbə qəbul olmaları münasibəti ilə Komitənin kollektivi adından ürəkdən təbrik edib.

O qeyd edib ki, biz hazırda həyatımızın ən əhəmiyyətli, tarixi bir dövrünü yaşayırıq. Bu həqiqətdir ki, bu gün ölkəmizdə vətəndaş həmrəyliyinin və tolerant mühitin olması, daxili sabitliyin qorunması Azərbaycanı güclü, qüdrətli və siyasi iradəsini ardıcıl şəkildə həyata keçirən bir dövlətə çevirib:

“Tarix göstərir ki, babalarımızın qurub yaratdığı və Liderlərimizin ən müasir inkişaf səviyyəsinə çatdırdığı bu dövlət hər birimizin sərvətidir. Bu dövlət uğrunda gedən proseslərə hər bir vətəndaş öz töhfəsini verir. Tarixin bütün mərhələlərində çətinliklərlə üzləşən, müharibə şəraitində yaşamış Azərbaycan qadınlarının qazanılan böyük qələbələrdə, əldə edilən nailiyyətlərdə özünəməxsus yeri və imzası var. Bu gün biz sizlərin simasında bunu bir daha görür və belə güclü, iradəli qadınlarımızla qürur duyuruq".

Zəfər dolu bu günlərin yaşanmasında Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin rolundan bəhs edən B.Muradova, bu qələbənin Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti və ordumuzun igid qəhrəmanları sayəsində qazanıldığını vurğulayıb.

Vətən müharibəsində şəhid olan ölməz igidlərimizi yad edən Komitə sədri onların heç bir zaman unudulmayacağını, bir ömür boyu onlara minnətdarlıq hissi duyacağımızı diqqətə çatdırıb: “Vətən müharibəsi iştirakçısı olan qəhrəmanlarımızın döyüş yolunun, onların göstərdikləri qəhrəmanlıqların və sizlər kimi güclü, iradəli qadınların cəmiyyətə tanıdılması gənc nəslin vətənpərvər ruhda böyüməsinə öz töhfəsini verəcək”.

Daha sonra çıxış edən “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Sevinc Orucova səmimi dəvətə görə təşəkkürünü bildirib və əlavə edib ki, şəhid və qazilərimizin şücaəti sayəsində Azərbaycan Ordusu ən müqəddəs vəzifəsini həyata keçirib, şanlı tarix yazıb. O, həmçinin qeyd edib ki, bu gün öz ayaqları üzərində durmağı bacaran qadınların sayının çox olması hər birimizə güc, qürur verir.

Çıxış edən Əzizə Həsənova onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib: “Şəhid xanımları bizlərik və güclü olmaq məcburiyyətindəyik. Ağlamağı hər kəs bacarır, lakin ağlamaqla yanaşı başı uca, alnıaçıq həyatla mübarizə aparıb, ayaqda qalmağı hər kəs bacarmır. Amma biz bacaracağıq və ona görə də biz seçilmişlərik”.

O qeyd edib ki, həyat yoldaşı ona daim arxa-dayaq olub. Şəhidin arzusu olub ki, həyat yoldaşı ali təhsil alsın: “Mən bu gün xoşbəxtəm ki, onun bu arzusunu həyata keçirmişəm”.

Nargül İbrahimi çıxışında bildirib ki, biz möhkəm olmalı, digər şəhid yoldaşlarına nümunə olmalıyıq: ”Mən psixologiya üzrə təhsil alaraq, dəstəyə ehtiyacı olan hər kəsə, o cümlədən də şəhid analarına, yoldaşlarına dəstəyimi göstərməyə çalışacam”.

O vurğulayıb ki, çətin günlərdə cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə göstərdiyi qayğını biz daim öz üzərimizdə hiss edirik.

Daha sonra baş leytenant Valeh Bədəlovun həyat yoldaşı Zeynəb Bədəlova şəhidlərin xatirələrinin əbədiləşdirilməsinin, dövlətimizin Vətən müharibəsinin iştirakçılarına göstərdiyi diqqətin, şəhidlərə ifadə olunan ehtiramının bariz nümunəsi olduğunu əlavə edib. Biz şəhid ailələri bunu gördükcə böyük qürur hissi keçiririk.

Sonda xatirə fotosu çəkilib.

Rəylər
Oxumağa davam et
Reklam

Sosial

10 yaşımız oldu

Bu gün "Gündəlik Teleqraf" MMC-yə daxil olan Publika.azTeleqraf.com saytlarının 10 yaşı tamam olur.

Publika.az 2012-ci ilin martın 1-də portal kimi, "Teleqraf" isə gündəlik qəzet kimi fəaliyyətə başlayıb.

Publika.az-da xəbərlərlə yanaşı, geniş araşdırmalar, təhlillər, müsahibələr, videmüsahibə, videoreportajlar, habelə digər videolayihələr, həmçinin oxucunu maraqlandıran layihələr yer alır.

Portalın iş prinsipi gündəmə uyğun xəbərlər hazırlamaq, yeni informasiya istehsal etmək və oxucunu məlumatlandırmaqdır.

Portal özündə bir neçə bölməni birləşdirir.

Publika.az-ın əsas hədəfi siyasətdən tutmuş, şou-biznesə qədər bütün sahələri əhatə etmək və hər kateqoriyadan olan oxucuları məlumatlandırmaqdır.

Fasiləsiz xəbər yayımlamaq Publika.az-ın əvvəl gündən əsas hədəfi olub. Hazırda da bu məqsədə sadiq qalmaqdayıq.

Teleqraf.com saytı isə siyasət, dünya, iqtisadiyyat, yazarlar, müsahibə, simsiz, toplum, kriminal, art, idman, maqazin kimi çoxşaxəli bölmələrə uyğun xəbərlər istehsal edir. Xəbərə xüsusi həssaslıqla yanaşan bu saytda günün ən aktual məsələləri və hadisələrindən bəhs edən debatlar, açıqlamalar, təhlillərlə tanış ola bilərsiniz.

Məhz bunun nəticəsidir ki, hər iki saytın sözünə etimad göstərən sadiq oxucu aidutoriyası formalaşıb. On ildir bizi tək qoymadıqlarına görə oxucularımıza təşəkkür edirik. Etimadınız qürur yerimizdir!

Oxumağa davam et

Sosial

Üç hakimin səlahiyyətlərinə xitam verildi, 14-nün isə...

Məhkəmə-Hüquq Şurasının videokonfrans formatında iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda bildirilib ki, ötən il Şura tərəfindən mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla hakimlərin fəaliyyətinin hərtərəfli və şəffaf meyarlar əsasında qiymətləndirilməsinə dair yeni Qaydalar qəbul edilib. Bu Qaydalara uyğun olaraq cari ildə 120-dək hakimin fəaliyyəti prinsipial qiymətləndirilərək 3 nəfərin səlahiyyətlərinə xitam verilib, 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq 6 aydan sonra təkrar qiymətləndirilmələri qərara alınıb.

Təkrar qiymətləndirmə zamanı onların fəaliyyətlərində yenidən peşəkar çatışmazlıq aşkar edilərsə səlahiyyətlərinə qanunla müəyyən edilmiş qaydada xitam veriləcək.

İclasda 2018-ci ildə hakim vəzifəsinə təyin olunmuş 107 nəfərin səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar onları xarakterizə edən rəy, sənəd və digər materialların toplanıldığı bildirilib, habelə ətraflı təhlillər aparılmaqla fəaliyyətləri hərtərəfli qiymətləndirilib. Onların əksəriyyəti hakimliyə yararlı hesab edilib, habelə vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verən 3 nəfərin səlahiyyətlərinə xitam verilməsi, fəaliyyətində fərqlənən 8 nəfərin apellyasiya məhkəmələrinə irəli çəkilməsi, digərlərinin isə müxtəlif birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin edilməsi məqsədəuyğun sayılıb.

Oxumağa davam et

Sosial

Bakıya alternativ şəhər yaradılsın - Coğrafiya İnstitutundan TƏKLİF

Əhalinin paytaxta axınının qarşısının alınması baxımından Bakı ilə rəqabət apara bilən regional şəhərlər yaradılmalıdır.

Publika.az xəbər verir ki, belə bir təkliflə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov çıxış edib.

Alim iqtisadi baxımdan qeyri-fəal rayonların mərkəzdən idarə olunmasını məqsədəuyğun hesab edərək bildirib ki, bəzi rayonlarının potensialından düzgün istifadə edilmədiyindən daha səmərəli fəaliyyət göstərmək üçün yeni inzibati idarəetmə sisteminə keçilməli və səlahiyyətlər mərkəzləşdirilməlidir. Azərbaycanın kənd təsərrüfatı sahəsində potensialı nəzərə alınmalı, aqrar sənaye kompleksləri qurulmalıdır.

Əhalinin paytaxta axınının qarşısının alınması baxımından Bakı ilə rəqabət apara bilən regional şəhərlərin yaradılması zəruridir. Həmin şəhərlərdə iri sənaye obyektlərinin, xidmət sahələrinin yaradılması ətraf ərazilərin sakinlərinin həm işlə təmin olunmasına, həm də gəlirlərin əldə edilməsi üçün zəmin yaradar.

Oxumağa davam et
Reklam

Gündəm