Hərbçilərin pensiyası ilə bağlı məsələ həll edildi - Publika.az
Bizi izləyin

Sosial

Hərbçilərin pensiyası ilə bağlı məsələ həll edildi

“Hərbi qulluqçuların təminat xərclərinin faizlərinin hesablanması zamanı müəyyən problemlər ortaya çıxırdı. “Əmək pensiyası haqqında qanunun 20.14.1-ci maddəsinə əsasən, 2017-ci il 1 iyun tarixində dəyişiklik edilib. Dəyişikliyinə görə, hərbi qulluqçu 20 ildən artıq xidmət etdikdə, hər xidmət ilinə görə 2017-ci il 1 iyun tarixinədək hərbi qulluqçuların təminat xərcləri 3 faizlə hesablanır, ondan sonra faiz azaldılaraq 2 faizə endirilib. Nəticədə müəyyən problem yaşanırdı. Bu məsələ ilə bağlı rəhbərliyə məruzə olundu, məhkəmələrin fikirləri öyrənildi, digər qurumların rəyi öyrənildi. Ali rəhbərliklə razılaşdırılma əsasında 2019-cu ilin oktyabrında bizə verilən tapşırığa əsasən, həmin kontingentdə olan şəxslərin təminat xərclərinin faizinin hesablanması dəyişdirildi”.

Publika.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev deyib.

Onun sözlərinə görə, 20 ildən artıq hissə 2 faizlə deyil, gözlənilən hüquq prinsipləri nəzərə alınmaqla həyata keçirilir: “Qanunda edilən dəyişikliyə görə, biz 20 ildən artıq xidmət etmiş şəxsə 80 faiz ödəniş etməli idik. Lakin bu verilmiş tapşırığa uyğun fərqli formada həyata keçirilir. Məsələn, hərbçi 2021-ci ilə kimi 35 il xidmət edibsə, 20 ilə qədər 50 faiz, 15 il isə  2 faiz hesablamaqla 80 faiz ödəniş etməli idik. Qanunvericiliyə uyğun hesablasaq, bu 80 faiz olmalı idi.

Lakin verilən tapşırığa görə, bu hesablanma fərqli formada həyata keçirilir. 4 il 2017-yə qədər 2 faizlə hesablanır. 2017-ci ildən əvvəlki dövr isə 3 faizlə hesablanır. Nəticədə həmin şəxs 91 faiz miqdarında ödəniş alır. 1382 nəfərin pensiyası qanunvericiliyə uyğun hesablanmışdı. Bu məbləğ 1 milyon 350 min manat idi. Yenidən hesablanandan sonra isə bu məbləğ 1 milyon 450 min manat oldu. 100 min manat maliyyə öhdəliyi yarandı. Nəticədə 1382 nəfərin pensiyası 977 manatdan 1046 manata qalxdı, ortalama 70-80 manat artdı”.

Rəylər
Oxumağa davam et
Reklam

Sosial

Bu ərazidə su kəsiləcək

Bu gün axşam saatlarında Yeni Yasamal 1 yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Publika.az xəbər verir ki, bu barədə “Azərsu” məlumat yayıb.

Bildirilib ki, buna səbəb magistral su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.

Oxumağa davam et

Sosial

Məktəb direktorları valideynlərlə sövdələşir - AÇIQLAMA

"Orta məktəblərdə hazırda təhlükəsizlik xidmətlərini genişləndirirlər. Ancaq məsələ burasındadır ki, məktəbin özündə ciddi daxili problemlər var. Həmin problemlərdən ən əsası da kütləvi şəkildə dərsdən yayınma hallarıdır. Fikrimcə, dərsdən yayınma halları çox olan halda təhlükəsizlik tədbirləri neqativ halların qarşısını ala bilmir".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, təhsil üzrə ekspert Etibar Əliyev deyib.

Deputat bildirib ki, əsasən 10-11-ci sinif şagirdləri repititor kurslarına getdikləri üçün kütləvi şəkildə dərslərdən yayınırlar:

"Buna da məktəb direktorları bilərəkdən göz yumurlar. Burada külli miqdarda maddi vəsaitdən söhbət gedir. Belə ki, direktorlar şagirdlərin valideynləri ilə sövdələşirlər. Şagird isə məktəbdə olmadıqda ona məktəbin də, valideyinin də nəzarəti itir. Birinci bunun qarşısını almaq lazımdır. Digər tərəfdən xüsusən 10-11-ci sinif şagirdləri dərs zamanı məktəbdə yoxdursa, deməli onlar istənilən təsir altına düşə bilərlər. Orta məktəb şagirdləri arasında narkotikdən istifadə halları ilə bağlı faktlar həm də burdan qaynaqlanır. Bütün dövrlərdə məktəbdə tədris, təlim-tərbiyə, fiziki hazırlıq uşaqları neqativə yönəlməkdən qoruyub. Biz əgər uşaqların dərsdən yayınma hallarının qarşısını ala bilməyəcəyiksə, yuxarı siniflərdə neqativ halların qarşısını almaqda da aciz qalacağıq. Bunun üçün valideyinlər, xüsusilə məktəb rəhbərliyi məsuliyyət daşıyır".

E.Əliyev vurğulayıb ki, son dövrlər məktəblərə təyin olunan direktorların böyük əksəriyyəti yerində olmayan şəxslərdir:

"Onlar valideynləri inandırmağa çalışırlar ki, şagirdlər yalnız kənarda, yəni repititorlar yanında təhsil aldıqları halda ali məktəblərə qəbul ola bilərlər. Bütün bunlar narkomaniyaya yönəlmək kimi böyük problemin də yaranmasında əsas rol oynayır. Valideyn hesab edir ki, övladı filan vaxt məktəbdədir. Lakin məktəbdən yayınma halı olarsa, valideyn proqnozlaşdıra bilmir ki, uşağı haradadır. Yəni, məktəbə davamiyyətlə bağlı nizam-intizamın pozulması narkomaniyaya, uşaq cinayətlərinin çoxalmasına gətirib çıxarır. Bütün bu problemlərin yeganə həlli şagirdləri məktəbə qaytarmaqdır. Qətiyyən uşaqların məktəbdən yayınmağına imkan vermək olmaz. Gəncliyimizi qorumaq üçün bizim əsas qayəmiz onların məktəbə qayıtmasıdır, bunun başqa yolu yoxdur".

Oxumağa davam et

Sosial

Şəhid ailəsinin mənzil problemi həll ediləcəkmi? – Rəsmi açıqlama

Beyləqanda şəhid ailəsinə qarşı biganəliyin olduğu, müvafiq qurumlar tərəfindən heç bir dəstək verilmədiyi iddiası yayılıb.

Publika.az
xəbər verir ki, şəhid İmanov Elməddinin ailəsi ev şəraitinin pis olmasından şikayətlənir.

Beyləqan Rayon İcra Hakimiyyəti məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, şəhid anası İmanova Əntiqə Məhəmməd qızı Rayon İcra hakimiyyəti başçısının 10.04.2013-cü il tarixli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəliliyinə götürülüb və müvafiq sənədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilibdir.

“Qeyd edirik ki,  Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən bu kateqoriyadan olan şəxslər 2021-2025-ci illər ərzində növbəlilik prinsipi əsasında mənzil və ya fərdi yaşayış evləri ilə təmin ediləcəkdir.Şikayətçi İmanov Əvəz Aslan oğlu 19 may 2022-ci il tarixdə Beyləqan rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirlinin qəbulunda olmuş və şəhid anasının növbəlilik əsasında mənzil və ya fərdi yaşayış evi ilə təmin ediləcəyini bildiribdir”, - Beyləqan RİH-dən bildirilib.

Oxumağa davam et
Reklam

Gündəm