Azərbaycanda son sutkadakı yoluxma sayı açıqlandı - Publika.az
Bizi izləyin

Sosial

Azərbaycanda son sutkadakı yoluxma sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 645 yeni yoluxma faktı qeydə alınıb, 577 nəfər müalicə olunaraq sağalıb.

Publika.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 622881 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 606888 nəfər müalicə olunaraq sağalıb, 8480 nəfər vəfat edib, aktiv xəstə sayı 7513 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10746, ötən müddət ərzində isə ümumilikdə 5968349 test aparılıb.

Rəylər
Oxumağa davam et
Reklam

Sosial

Məktəb direktorları valideynlərlə sövdələşir - AÇIQLAMA

"Orta məktəblərdə hazırda təhlükəsizlik xidmətlərini genişləndirirlər. Ancaq məsələ burasındadır ki, məktəbin özündə ciddi daxili problemlər var. Həmin problemlərdən ən əsası da kütləvi şəkildə dərsdən yayınma hallarıdır. Fikrimcə, dərsdən yayınma halları çox olan halda təhlükəsizlik tədbirləri neqativ halların qarşısını ala bilmir".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, təhsil üzrə ekspert Etibar Əliyev deyib.

Deputat bildirib ki, əsasən 10-11-ci sinif şagirdləri repititor kurslarına getdikləri üçün kütləvi şəkildə dərslərdən yayınırlar:

"Buna da məktəb direktorları bilərəkdən göz yumurlar. Burada külli miqdarda maddi vəsaitdən söhbət gedir. Belə ki, direktorlar şagirdlərin valideynləri ilə sövdələşirlər. Şagird isə məktəbdə olmadıqda ona məktəbin də, valideyinin də nəzarəti itir. Birinci bunun qarşısını almaq lazımdır. Digər tərəfdən xüsusən 10-11-ci sinif şagirdləri dərs zamanı məktəbdə yoxdursa, deməli onlar istənilən təsir altına düşə bilərlər. Orta məktəb şagirdləri arasında narkotikdən istifadə halları ilə bağlı faktlar həm də burdan qaynaqlanır. Bütün dövrlərdə məktəbdə tədris, təlim-tərbiyə, fiziki hazırlıq uşaqları neqativə yönəlməkdən qoruyub. Biz əgər uşaqların dərsdən yayınma hallarının qarşısını ala bilməyəcəyiksə, yuxarı siniflərdə neqativ halların qarşısını almaqda da aciz qalacağıq. Bunun üçün valideyinlər, xüsusilə məktəb rəhbərliyi məsuliyyət daşıyır".

E.Əliyev vurğulayıb ki, son dövrlər məktəblərə təyin olunan direktorların böyük əksəriyyəti yerində olmayan şəxslərdir:

"Onlar valideynləri inandırmağa çalışırlar ki, şagirdlər yalnız kənarda, yəni repititorlar yanında təhsil aldıqları halda ali məktəblərə qəbul ola bilərlər. Bütün bunlar narkomaniyaya yönəlmək kimi böyük problemin də yaranmasında əsas rol oynayır. Valideyn hesab edir ki, övladı filan vaxt məktəbdədir. Lakin məktəbdən yayınma halı olarsa, valideyn proqnozlaşdıra bilmir ki, uşağı haradadır. Yəni, məktəbə davamiyyətlə bağlı nizam-intizamın pozulması narkomaniyaya, uşaq cinayətlərinin çoxalmasına gətirib çıxarır. Bütün bu problemlərin yeganə həlli şagirdləri məktəbə qaytarmaqdır. Qətiyyən uşaqların məktəbdən yayınmağına imkan vermək olmaz. Gəncliyimizi qorumaq üçün bizim əsas qayəmiz onların məktəbə qayıtmasıdır, bunun başqa yolu yoxdur".

Oxumağa davam et

Sosial

Bakının mərkəzi küçələrindən biri bağlanır

"Formula 1" üzrə Azərbaycan Qran Prisinə hazırlıq işləri ilə əlaqədar Bakıda Azadlıq - Neftçilər prospektinin kəsişməsi mayın 23-də saat 23:00-dan yarış bitənədək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Bakı şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Publika.az-a verilən məlumata görə, bu, yarışa hazırlıq zamanı yollarda quraşdırma işləri ilə əlaqədardır.

Sürücülərdən Zərifə Əliyeva küçəsini alternativ yol olaraq istifadə etmələri xahiş olunur. BŞH sürücülərə anlayışlarına görə təşəkkür edir.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.

Oxumağa davam et

Sosial

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada 1 nəfər vaksinasiya olunub.

Bu barədə Publika.az-a Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verilib.

Gün ərzində birinci və ikinci doza vaksin vurduranlar olmayıb.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 olub. Pozitiv nəticədən sonra “buster” doza vaksin vurduran olmayıb.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 707 007, birinci doza peyvəndlərin ümumi sayı 5 345 824, ikinci doza vaksinlərin sayı 4 847 442 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 269 215, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 244 526 olub.

Oxumağa davam et
Reklam

Gündəm