Xəbərlər - Publika.az
Bizi izləyin

Sosial

Qarlı hava Bakıda nəqliyyatın hərəkətinə necə təsir edib? - RƏSMİ AÇIQLAMA

Dünən axşamdan müşahidə edilən qarlı-çovğunlu hava şəraiti paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətinə heç bir təsir etməyib.

Bunu Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib.

O bildirib ki, Bakıda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə bağlı avtobusların intervalında gecikmələr qeydə alınmayıb:

"Adi günlərdə olduğu kimi səhər pik saatlara uyğun nəqliyyat sıxlığı müşahidə olunur", - deyə M.Ağayev bildirib. (trend)

Rəylər

Sosial

MEDİA qalib saytları açıqladı - Publika.az da var

Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb.

Bu barədə Publika.az-a qurumdan məlumat verilib.

Oxumağa davam et

Sosial

Daşınmaz əmlak bazarında qiymətlər necə olacaq? - Ekspert AÇIQLADI

2022-ci ilin ilk həftələrində paytaxtın mənzil bazarında evlərin qiymətinin hansı istiqamətdə dəyişəcəyi indi hər kəsi maraqlandırır. Ev almaq istəyənlərin maraq dairəsində olan məsələ Bakının hansı ərazilərində evlərin ucuz və ya baha olmasıdır. Ayağını yorğanına görə uzadanlar da, daha mərkəzi yerlərdə ev almaq arzusunda olanlar da mütəmadi olaraq evlərin, torpaq sahələrinin qiymətləri ilə maraqlanır. 

Bir çox ekspertlər düşünür ki, yaz aylarında mənzil bazarında qiymətlər cüzi də olsa, artacaq. 

Daşınmaz əmlak üzrə ekspert Bəhruz Həsənov Publika.az-a açıqlamasında söyləyib ki, hazırda Bakı şəhərinin əsasən Qaradağ, Suraxanı, Xəzər və qismən Binəqədi rayonlarının qəsəbələrində daha ucuz qiymətə fərdi yaşayış evləri tapmaq mümkündür:

“Bu evlər 1 və 2 otaqlı olmaqla 12 000 AZN-dən 20 000 AZN-dək qiymət aralığındadır. Bu ərazilərin şəhər mərkəzindən kənarda yerləşməsi, həmçinin tikintiyə yararlı torpaq sahələrinin kifayət qədər çox olması burada 1 sot torpağın digər ərazilərə nisbətən daha ucuz olmasına gətirib çıxarır. Nəticə etibarilə qeyd etdiyim ərazilərdən daha ucuz evlər tapmaq mümkün olur”.


Hansı ərazilərdə qiymətlər daha bahadır?

B.Həsənov bildirib ki, ənənəvi olaraq, əsasən şəhərin mərkəz ərazilərində qiymətlər yüksəkdir:

Bu ərazilərə Bakı şəhərinin Səbail, Nəsimi və Nərimanov rayonlarını aid etmək olar. Xüsusən də nəzərə alsaq ki, bu ərazilərdə tikintiyə yararlı torpaq sahələri günbəgün məhdudlaşır. Yaxın gələcəkdə bu ərazilərdə torpaq sahələri hədsiz yüksək qiymətə təklif ediləcək. Bunun nəticəsi olaraq mərkəz ərazilərdə satışa təklif olunacaq fərdi yaşayış evlərinin və villaların da qiyməti bahalaşacaq”.

Yaxın zamanlarda qiymətlər necə dəyişəcək?

Ekspert düşünür ki, 2022-ci ildə mənzil qiymətlərində artım olacaq:

“Qiymət artımına səbəb olan təbii proseslər var. Əsasən tikilməkdə olan yeni binalarda qiymətlərin qalxması gözlənilir. Buna səbəb keçən ildən etibarən tikinti materiallarının təxminən 2 dəfəyə qədər bahalaşması, həmçinin tikiləcək binalar üçün tikintiyə yararlı torpaqların az və yüksək qiymətə olmasıdır. Bütün bu proqnozları ümumiləşdirsək, il ərzində mənzillərin satış qiymətlərində 15-20% artım ola biləcəyini deyə bilərik”.

Tural Turan

Oxumağa davam et

Sosial

Sabah bu yollar bağlanacaq

"20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətin dəyişdirilməsi nəzərdə tutulub".

Publika.az xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli deyib.

O deyib ki, yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq: "Hərəkətin məhdudlaşdırılması 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.

Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni, Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.

Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur".

Oxumağa davam et
Reklam

Gündəm