Xəbərlər - Publika.az
Bizi izləyin

Sosial

Bağçada azyaşlını döyən tərbiyəçi uşağın xalası olub - RƏSMİ AÇIQLAMA

İsmayıllı rayonu 1 saylı körpələr evi-uşaq bağçasında azyaşlını döyən tərbiyəçi işdən uzaqlaşdırılıb. 

Bu barədə Publika.az-a İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev məlumat verib.

O qeyd edib ki, tərbiyəçi Zülfiyyə Baxışova həmin uşağın doğma xalasıdır: “Birazdan Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov mətbuata daha geniş açıqlama verəcək. Biz hələ bağçaları tam qəbul etməmişik. Bu proses bir-iki ay davam edəcək. Hadisə olub, biz onların yanında deyilik ki. Vuran müəllim uşağın doğma xalasıdır. Öz bacısı uşağını vurub. Dərhal, hadisə bilinən kimi də işdən uzaqlaşdırılıb. Bu gün də uşağın psixoloji durumunu yoxlamaq üçün psixoloq məşğul olacaq”.

Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bilidirb ki, sosial şəbəkələrdə uşaq bağçalarından birində azyaşlıya qarşı şiddət göstərilməsi ilə bağlı araşdırma başlayıb. Fakt nəzarətə götürülüb. Araşdırmanının nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.


Rəylər

Sosial

Bu günün hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında bu gün havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, cənub-qərb küləyinin gündüz güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 0-1° isti, gündüz 4-6° isti, Bakıda gecə 0-1° isti, gündüz 4-6° isti olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.

Tibbi-meteoroloji xəbərdarlığa gəlincə, gündüz Abşeron yarımadasında gilavar küləyinin güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər saatlarında duman olacaq. Qərb ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20° şaxta, gündüz 0-5° şaxta olacaq.

Oxumağa davam et

Sosial

Qubada güclü qar kəndləri işıqsız qoydu - VİDEO

Ölkənin şimal bölgəsində birneçə gündür ki, qarlı və şaxtalı hava müşahidə olunur.

Publika.az xəbər verir ki, ötən gün axşam saatlarından isə qarın yağması intensivləşib. Yağıntı daha çox Qubaya düşüb.

Adətən güclü qar rayonun kəndlərində qeydə alınsa da bu dəfə daha çox şəhər ərazisində müşahidə edilib. Qarın hündürlüyü şəhər mərkəzində 30 santimetrə qədər yüksəlib.

Qar rayon mərkəzində hər hansı bir ciddi fəsada səbəb olmasa da Zərdabi, Bağbanlı, Vəlvələ, Qaraçay, Mirzəqışlaq və ümümilikdə 20-ə yaxın kənddə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Daha ətraflı Baku TV-nin süjetində:

Oxumağa davam et

Sosial

Ombudsman baxımsız qalan uşaqlarla görüşdü - FOTO

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Şamaxı rayonunun İkinci Çaylı kəndində sosial təhlükəli vəziyyətdə olan və sosial xidmət müəssisəsinə yerləşdirilən uşaqlarla görüşüb.

Publika.az xəbər verir ki, bu barədə Ombusman Aparatı məlumat yayıb.

Bildirilib ki, həmin kənddə baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla bağlı sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində məlumat yayılan vaxtdan etibarən məsələ Ombudsman Səbinə Əliyeva tərəfindən diqqətdə saxlanılıb.

Uşaqların həyatına və sağlamlığına təhlükə yaradan şəraitdə yaşayan 5 azyaşlı bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilib.

Səbinə Əliyeva həmin uşaqlarla müəssisədə görüşərək onların saxlanma şəraiti, səhhəti, psixoloji durumu, həmçinin təhsil və digər hüquqlarının müdafiəsi ilə bağlı vəziyyəti öyrənib.

Ombudsman görüşdə uşaqların hüquqlarının təmini vəziyyətinin, o cümlədən, onların doğumunun qeydə alınması ilə bağlı məsələnin nəzarətdə saxlanılacağını bildirib.

Oxumağa davam et
Reklam

Gündəm