Xəbərlər - Publika.az
Bizi izləyin

Sosial

Bu yollara güclü QAR YAĞIR, 20 dərəcə ŞAXTA VAR - RƏSMİ

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının hazırkı vəziyyəti barədə məlumat yayıb.

Publika.az Agentliyə istinadən xəbər verir ki, hazırda Zəfər Yolunun Xocavənddən (Tuğ kəndi) Şuşa şəhərinə qədər güclü qar yağır, qarın qalınlığı 5-10 sm təşkil edir, 3-8 dərəcə şaxta var. Hazırda yolun qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülür.

Toğanalı-Kəlbəcər-İstisu yolunun Murovdağdan keçən hissəsinə güclü qar yağır, şaxta 12-20 dərəcə təşkil edir. Hazırda yolun qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülür. Şinləri zincirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Bakı - Quba - Rusiya ilə dövlət sərhədi yolunun Siyəzən və Şabran rayonları ərazisində sulu qar, Quba və Qusar rayonları ərazisində zəif qar yağır, 4-5 şaxta var.

Xınalıq yolunda zəif qar yağır, 10-11 dərəcə şaxta var. Hazırda yollarda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətini təmin olunub.

Giləzi - Xızı yolunun Xızı rayonu ərazisində zəif qar yağır, 4-5 dərəcə şaxta var. yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı - Qobustan yolunun Abşeron və Qobustan rayonları ərazisinə düşən hissəsinə güclü qar yağır, səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılıb, qum-duz səpilib. Abşeron və Qobustan rayonları ərazisində 4-5 dərəcə şaxta var. Yolda hərəkət təmin olunub.

Qobustan - Şamaxı - Muğanlı yolunda güclü qar yağır, səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. 1-2 dərəcə şaxta, güclü külək var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Muğanlı - Ağsu - Yevlax yolunun Muğanlı-Ağsu hissəsinə güclü qar yağır, səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. 1-2 dərəcə şaxta, güclü külək var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Muğanlı - İsmayıllı yolunda güclü qar yağır, səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Şaxta 2-3 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

İsmayıllı - Qəbələ - Oğuz- Şəki yolunun İsmayıllı və Qəbələ rayonları ərazisinə güclü qar yağır, səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Şaxta 2-3 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Oğuz və Şəki rayonları ərazisində yağıntı yoxdur.

Şəki - Qax - Zaqatala - Gürcüstan Respublikası ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax - Şəki (Göybulaq) yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Şəmkir - Gədəbəy yolunda səhər saatlarında 5-6 sm qar yağıb, hazırda yağıntı yoxdur. Yol qardan təmizlənib, qum-duz səpilib. Şaxta 10-12 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Gəncə - Daşkəsən - Xoşbulaq yolunun Daşkəsən rayonu ərazisinə güclü qar yağır, 8-9 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Ələt - Astara - İranla dövlət sərhədi yolunnda yağış və sulu qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Masallı – Yardımlı yolunun Masallı rayonu ərazisində sulu qar, Yardımlı rayonu ərazisində güclü qar yağır. Səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Lənkəran – Lerik yolunun Lənkəran rayonu ərazisində yağış, Lerik rayonu ərazisində güclü qar yağır. Səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Lerik rayonu ərazisində 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Bakı - Ələt - Hacıqabul yolunun Bakı-Hacıqabul hissəsinə qar yağır, yolda qar yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul - Ucar - Yevlax yolunda yağıntı yoxdur, hava küləklidir, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax - Gəncə - Qazax - Gürcüstanla dövlət sərhədi yolunda yağıntı yoxdur, hava küləklidir, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Hacıqabul – Bəhramtəpə – Horadiz yolunda yağıntı yoxdur, hava tutqundur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.


Rəylər

Sosial

Bu günün hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında bu gün havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, cənub-qərb küləyinin gündüz güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 0-1° isti, gündüz 4-6° isti, Bakıda gecə 0-1° isti, gündüz 4-6° isti olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.

Tibbi-meteoroloji xəbərdarlığa gəlincə, gündüz Abşeron yarımadasında gilavar küləyinin güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər saatlarında duman olacaq. Qərb ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20° şaxta, gündüz 0-5° şaxta olacaq.

Oxumağa davam et

Sosial

Qubada güclü qar kəndləri işıqsız qoydu - VİDEO

Ölkənin şimal bölgəsində birneçə gündür ki, qarlı və şaxtalı hava müşahidə olunur.

Publika.az xəbər verir ki, ötən gün axşam saatlarından isə qarın yağması intensivləşib. Yağıntı daha çox Qubaya düşüb.

Adətən güclü qar rayonun kəndlərində qeydə alınsa da bu dəfə daha çox şəhər ərazisində müşahidə edilib. Qarın hündürlüyü şəhər mərkəzində 30 santimetrə qədər yüksəlib.

Qar rayon mərkəzində hər hansı bir ciddi fəsada səbəb olmasa da Zərdabi, Bağbanlı, Vəlvələ, Qaraçay, Mirzəqışlaq və ümümilikdə 20-ə yaxın kənddə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Daha ətraflı Baku TV-nin süjetində:

Oxumağa davam et

Sosial

Ombudsman baxımsız qalan uşaqlarla görüşdü - FOTO

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Şamaxı rayonunun İkinci Çaylı kəndində sosial təhlükəli vəziyyətdə olan və sosial xidmət müəssisəsinə yerləşdirilən uşaqlarla görüşüb.

Publika.az xəbər verir ki, bu barədə Ombusman Aparatı məlumat yayıb.

Bildirilib ki, həmin kənddə baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla bağlı sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində məlumat yayılan vaxtdan etibarən məsələ Ombudsman Səbinə Əliyeva tərəfindən diqqətdə saxlanılıb.

Uşaqların həyatına və sağlamlığına təhlükə yaradan şəraitdə yaşayan 5 azyaşlı bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilib.

Səbinə Əliyeva həmin uşaqlarla müəssisədə görüşərək onların saxlanma şəraiti, səhhəti, psixoloji durumu, həmçinin təhsil və digər hüquqlarının müdafiəsi ilə bağlı vəziyyəti öyrənib.

Ombudsman görüşdə uşaqların hüquqlarının təmini vəziyyətinin, o cümlədən, onların doğumunun qeydə alınması ilə bağlı məsələnin nəzarətdə saxlanılacağını bildirib.

Oxumağa davam et
Reklam

Gündəm