Xəbərlər - Publika.az
Bizi izləyin

Sosial

Təhsil Nazirliyi azyaşlını döyən tərbiyəçi ilə bağlı QƏRAR VERDİ

Təhsil Nazirliyi baş verən hadisə ilə bağlı bildirir ki, uşağa qarşı şiddət göstərən İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 14 yanvar 2022-ci il tarixdən ləğv edilib.

Publika.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

O qeyd edib ki, Təhsil Nazirliyi uşaqlara qarşı zorakılıq hallarının baş verməsini qətiyyətlə pisləyir və bunun yolverilməz olduğunu vurğulayır.

Rəylər

Sosial

Xəzərdə dalğanın hündürlüyü 3,8 metrə çatdı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, bəzi yerlərdə cənub-qərb küləyi güclənib, küləyin maksimal sürəti bölgələrdə arabir 28 m/s, Abşeron yarımadasında 23 m/s, Abşeron Dəniz rayonunda isə 20 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3,8 metrə çatıb. Hazırda külək zəifləyib.

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 30 sm, Qubada 20 sm, Qrızda 15 sm, Sarıbaşda (Qax) 13 sm, Lerikdə 9 sm, Altıagac, Xaltan 8 sm, Şahbuzda 6 sm, Naxçıvan, Daşkəsən, Göygöldə 4 sm, Qusarda 2 sm olub.

Havanın minimal temperaturu bu gecə aran rayonlarında 4°-dək şaxta, dağlıq rayonlarda 3-8° şaxta, Naxçıvan MR-da 9-13° şaxta, Bakıda və Abşeron yarımadasında 2-4° isti olub.

Oxumağa davam et

Sosial

MEDİA qalib saytları açıqladı - Publika.az da var

Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb.

Bu barədə Publika.az-a qurumdan məlumat verilib.

Oxumağa davam et

Sosial

Daşınmaz əmlak bazarında qiymətlər necə olacaq? - Ekspert AÇIQLADI

2022-ci ilin ilk həftələrində paytaxtın mənzil bazarında evlərin qiymətinin hansı istiqamətdə dəyişəcəyi indi hər kəsi maraqlandırır. Ev almaq istəyənlərin maraq dairəsində olan məsələ Bakının hansı ərazilərində evlərin ucuz və ya baha olmasıdır. Ayağını yorğanına görə uzadanlar da, daha mərkəzi yerlərdə ev almaq arzusunda olanlar da mütəmadi olaraq evlərin, torpaq sahələrinin qiymətləri ilə maraqlanır. 

Bir çox ekspertlər düşünür ki, yaz aylarında mənzil bazarında qiymətlər cüzi də olsa, artacaq. 

Daşınmaz əmlak üzrə ekspert Bəhruz Həsənov Publika.az-a açıqlamasında söyləyib ki, hazırda Bakı şəhərinin əsasən Qaradağ, Suraxanı, Xəzər və qismən Binəqədi rayonlarının qəsəbələrində daha ucuz qiymətə fərdi yaşayış evləri tapmaq mümkündür:

“Bu evlər 1 və 2 otaqlı olmaqla 12 000 AZN-dən 20 000 AZN-dək qiymət aralığındadır. Bu ərazilərin şəhər mərkəzindən kənarda yerləşməsi, həmçinin tikintiyə yararlı torpaq sahələrinin kifayət qədər çox olması burada 1 sot torpağın digər ərazilərə nisbətən daha ucuz olmasına gətirib çıxarır. Nəticə etibarilə qeyd etdiyim ərazilərdən daha ucuz evlər tapmaq mümkün olur”.


Hansı ərazilərdə qiymətlər daha bahadır?

B.Həsənov bildirib ki, ənənəvi olaraq, əsasən şəhərin mərkəz ərazilərində qiymətlər yüksəkdir:

Bu ərazilərə Bakı şəhərinin Səbail, Nəsimi və Nərimanov rayonlarını aid etmək olar. Xüsusən də nəzərə alsaq ki, bu ərazilərdə tikintiyə yararlı torpaq sahələri günbəgün məhdudlaşır. Yaxın gələcəkdə bu ərazilərdə torpaq sahələri hədsiz yüksək qiymətə təklif ediləcək. Bunun nəticəsi olaraq mərkəz ərazilərdə satışa təklif olunacaq fərdi yaşayış evlərinin və villaların da qiyməti bahalaşacaq”.

Yaxın zamanlarda qiymətlər necə dəyişəcək?

Ekspert düşünür ki, 2022-ci ildə mənzil qiymətlərində artım olacaq:

“Qiymət artımına səbəb olan təbii proseslər var. Əsasən tikilməkdə olan yeni binalarda qiymətlərin qalxması gözlənilir. Buna səbəb keçən ildən etibarən tikinti materiallarının təxminən 2 dəfəyə qədər bahalaşması, həmçinin tikiləcək binalar üçün tikintiyə yararlı torpaqların az və yüksək qiymətə olmasıdır. Bütün bu proqnozları ümumiləşdirsək, il ərzində mənzillərin satış qiymətlərində 15-20% artım ola biləcəyini deyə bilərik”.

Tural Turan

Oxumağa davam et
Reklam

Gündəm