Tarif Şurası daha 168 dərmanın qiymətini təsdiqlədi - Publika.az
Bizi izləyin

Sosial

Tarif Şurası daha 168 dərmanın qiymətini təsdiqlədi

Azərbaycanda yeni dövlət qeydiyyatına alınan 168 dərman vasitəsinin qiyməti təsdiq edilib.

Publika.az xəbər verir ki, bu barədə Tarif (qiymət) Şurasının iclasında qərar verilib.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq olunan 13 032 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Rəylər
Oxumağa davam et
Reklam

Sosial

Məktəb direktorları valideynlərlə sövdələşir - AÇIQLAMA

"Orta məktəblərdə hazırda təhlükəsizlik xidmətlərini genişləndirirlər. Ancaq məsələ burasındadır ki, məktəbin özündə ciddi daxili problemlər var. Həmin problemlərdən ən əsası da kütləvi şəkildə dərsdən yayınma hallarıdır. Fikrimcə, dərsdən yayınma halları çox olan halda təhlükəsizlik tədbirləri neqativ halların qarşısını ala bilmir".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, təhsil üzrə ekspert Etibar Əliyev deyib.

Deputat bildirib ki, əsasən 10-11-ci sinif şagirdləri repititor kurslarına getdikləri üçün kütləvi şəkildə dərslərdən yayınırlar:

"Buna da məktəb direktorları bilərəkdən göz yumurlar. Burada külli miqdarda maddi vəsaitdən söhbət gedir. Belə ki, direktorlar şagirdlərin valideynləri ilə sövdələşirlər. Şagird isə məktəbdə olmadıqda ona məktəbin də, valideyinin də nəzarəti itir. Birinci bunun qarşısını almaq lazımdır. Digər tərəfdən xüsusən 10-11-ci sinif şagirdləri dərs zamanı məktəbdə yoxdursa, deməli onlar istənilən təsir altına düşə bilərlər. Orta məktəb şagirdləri arasında narkotikdən istifadə halları ilə bağlı faktlar həm də burdan qaynaqlanır. Bütün dövrlərdə məktəbdə tədris, təlim-tərbiyə, fiziki hazırlıq uşaqları neqativə yönəlməkdən qoruyub. Biz əgər uşaqların dərsdən yayınma hallarının qarşısını ala bilməyəcəyiksə, yuxarı siniflərdə neqativ halların qarşısını almaqda da aciz qalacağıq. Bunun üçün valideyinlər, xüsusilə məktəb rəhbərliyi məsuliyyət daşıyır".

E.Əliyev vurğulayıb ki, son dövrlər məktəblərə təyin olunan direktorların böyük əksəriyyəti yerində olmayan şəxslərdir:

"Onlar valideynləri inandırmağa çalışırlar ki, şagirdlər yalnız kənarda, yəni repititorlar yanında təhsil aldıqları halda ali məktəblərə qəbul ola bilərlər. Bütün bunlar narkomaniyaya yönəlmək kimi böyük problemin də yaranmasında əsas rol oynayır. Valideyn hesab edir ki, övladı filan vaxt məktəbdədir. Lakin məktəbdən yayınma halı olarsa, valideyn proqnozlaşdıra bilmir ki, uşağı haradadır. Yəni, məktəbə davamiyyətlə bağlı nizam-intizamın pozulması narkomaniyaya, uşaq cinayətlərinin çoxalmasına gətirib çıxarır. Bütün bu problemlərin yeganə həlli şagirdləri məktəbə qaytarmaqdır. Qətiyyən uşaqların məktəbdən yayınmağına imkan vermək olmaz. Gəncliyimizi qorumaq üçün bizim əsas qayəmiz onların məktəbə qayıtmasıdır, bunun başqa yolu yoxdur".

Oxumağa davam et

Sosial

Şəhid ailəsinin mənzil problemi həll ediləcəkmi? – Rəsmi açıqlama

Beyləqanda şəhid ailəsinə qarşı biganəliyin olduğu, müvafiq qurumlar tərəfindən heç bir dəstək verilmədiyi iddiası yayılıb.

Publika.az
xəbər verir ki, şəhid İmanov Elməddinin ailəsi ev şəraitinin pis olmasından şikayətlənir.

Beyləqan Rayon İcra Hakimiyyəti məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, şəhid anası İmanova Əntiqə Məhəmməd qızı Rayon İcra hakimiyyəti başçısının 10.04.2013-cü il tarixli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəliliyinə götürülüb və müvafiq sənədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilibdir.

“Qeyd edirik ki,  Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən bu kateqoriyadan olan şəxslər 2021-2025-ci illər ərzində növbəlilik prinsipi əsasında mənzil və ya fərdi yaşayış evləri ilə təmin ediləcəkdir.Şikayətçi İmanov Əvəz Aslan oğlu 19 may 2022-ci il tarixdə Beyləqan rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirlinin qəbulunda olmuş və şəhid anasının növbəlilik əsasında mənzil və ya fərdi yaşayış evi ilə təmin ediləcəyini bildiribdir”, - Beyləqan RİH-dən bildirilib.

Oxumağa davam et

Sosial

Bakının mərkəzi küçələrindən biri bağlanır

"Formula 1" üzrə Azərbaycan Qran Prisinə hazırlıq işləri ilə əlaqədar Bakıda Azadlıq - Neftçilər prospektinin kəsişməsi mayın 23-də saat 23:00-dan yarış bitənədək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Bakı şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Publika.az-a verilən məlumata görə, bu, yarışa hazırlıq zamanı yollarda quraşdırma işləri ilə əlaqədardır.

Sürücülərdən Zərifə Əliyeva küçəsini alternativ yol olaraq istifadə etmələri xahiş olunur. BŞH sürücülərə anlayışlarına görə təşəkkür edir.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.

Oxumağa davam et
Reklam

Gündəm