Xəbərlər - Publika.az
Bizi izləyin

Sosial

Dövlət Komitəsi valideynlərə müraciət etdi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərə müraciət edib.

Publika.az-a Dölət Komitəsindən daxil olan məlumatda bildirilib ki, uşaqlarla bağlı məsələlərin həssaslığını nəzərə alaraq, ölkədə uşaq hüquqlarının təmin edilməsinə nəzarət dövlət tərəfindən həyata keçirilir.

Qeyd olunub ki, buna görə də uşaqlarla bağlı istənilən sahədə çalışan hər bir şəxs bu məsuliyyəti anlamalı, öz üzərinə düşən vətəndaşlıq vəzifələrini peşəkarlıqla və layiqincə yerinə yetirməlidir:

"Son günlər uşaq bağçasında baş verən və uşaq hüquqlarının pozulması ilə nəticələnən hadisə və buna bənzər hallar bir daha onu göstərir ki, uşaqlarla işləyən mütəxəssisləri işə qəbul edən zaman onların pedaqoji biliklərinin yoxlanılması ilə yanaşı, psixoloji sağlamlığı, mənəvi dəyərləri, peşəkarlıq səviyyəsi ilə bağlı qiymətləndirilməsinə xüsusi diqqət edilməlidir.

Hələ də uşaq hüquqlarının pozulması halları ilə rastlaşırıq. Dövlət Komitəsi olaraq uşaqların müdafiəsi baxımından vətəndaşlıq mövqeyini ortaya qoyan, belə hallara həssas yanaşaraq mövzunun cəmiyyətdə, o cümlədən sosial media platformlarında aktual problem kimi müzakirəsinə yardım edən media nümayəndələri, eləcə də sosial media istifadəçilərinə təşəkkür edir, eyni zamanda uşaqlarla bağlı məlumatların yayımlanması zamanı onların hüquqlarının pozulmamasına, şəxsi məlumatlarının və fotolarının əks olunmamasına xüsusi diqqətlə yanaşmalarının vacib olduğunu bildiririk.

Bir daha valideynlərə, ailələrə və cəmiyyətimizin hər bir üzvünə müraciət edərək, uşaqlara qarşı daha diqqətli olmağa, onlara qayğı göstərərək, ehtiyacları və istəklərinə həssas yanaşmağa çağırır, mənfi hallarla rastlaşdıqda müvafiq dövlət qurumlarına müraciət etmələrini xahiş edirik".

Rəylər

Sosial

Bu günün hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında bu gün havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, cənub-qərb küləyinin gündüz güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 0-1° isti, gündüz 4-6° isti, Bakıda gecə 0-1° isti, gündüz 4-6° isti olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.

Tibbi-meteoroloji xəbərdarlığa gəlincə, gündüz Abşeron yarımadasında gilavar küləyinin güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər saatlarında duman olacaq. Qərb ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20° şaxta, gündüz 0-5° şaxta olacaq.

Oxumağa davam et

Sosial

Qubada güclü qar kəndləri işıqsız qoydu - VİDEO

Ölkənin şimal bölgəsində birneçə gündür ki, qarlı və şaxtalı hava müşahidə olunur.

Publika.az xəbər verir ki, ötən gün axşam saatlarından isə qarın yağması intensivləşib. Yağıntı daha çox Qubaya düşüb.

Adətən güclü qar rayonun kəndlərində qeydə alınsa da bu dəfə daha çox şəhər ərazisində müşahidə edilib. Qarın hündürlüyü şəhər mərkəzində 30 santimetrə qədər yüksəlib.

Qar rayon mərkəzində hər hansı bir ciddi fəsada səbəb olmasa da Zərdabi, Bağbanlı, Vəlvələ, Qaraçay, Mirzəqışlaq və ümümilikdə 20-ə yaxın kənddə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Daha ətraflı Baku TV-nin süjetində:

Oxumağa davam et

Sosial

Ombudsman baxımsız qalan uşaqlarla görüşdü - FOTO

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Şamaxı rayonunun İkinci Çaylı kəndində sosial təhlükəli vəziyyətdə olan və sosial xidmət müəssisəsinə yerləşdirilən uşaqlarla görüşüb.

Publika.az xəbər verir ki, bu barədə Ombusman Aparatı məlumat yayıb.

Bildirilib ki, həmin kənddə baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla bağlı sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində məlumat yayılan vaxtdan etibarən məsələ Ombudsman Səbinə Əliyeva tərəfindən diqqətdə saxlanılıb.

Uşaqların həyatına və sağlamlığına təhlükə yaradan şəraitdə yaşayan 5 azyaşlı bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilib.

Səbinə Əliyeva həmin uşaqlarla müəssisədə görüşərək onların saxlanma şəraiti, səhhəti, psixoloji durumu, həmçinin təhsil və digər hüquqlarının müdafiəsi ilə bağlı vəziyyəti öyrənib.

Ombudsman görüşdə uşaqların hüquqlarının təmini vəziyyətinin, o cümlədən, onların doğumunun qeydə alınması ilə bağlı məsələnin nəzarətdə saxlanılacağını bildirib.

Oxumağa davam et
Reklam

Gündəm