Xəbərlər - Publika.az
Bizi izləyin

Sosial

Bu rayonda itlər üçün sığınacaq tikiləcək

"Cəlilabdda sahibsiz və küçə itləri üçün saxlanc yerlərinin tikilməsi planlaşdırılıb".

Bunu Cəlilabad Rayon Baytarlıq İdarəsinin rəisi Vidadi Əliyev bildirib.

İdarə rəisi əlavə edib ki, rayon ərazisində sahibsiz və küçə itlərinə qarşı quduzluğa əleyhinə mütəmadi olaraq vaksin vurulur və peyvəndləmə işləri aparılır.

Məlumat üçün bildirək ki, ötən il ərzində 473 nəfəri it dişləyib. Onlardan faktlardan 203-ü uşaqdır.

Rayon sakinlərinin verdiyi məlumata görə, rayon mərkəzində bütün küçələrdə sahibsiz itlərə rast gəlmək olur: "Uşaqları tək məktəbə göndərməkdən qorxuruq. Sürü halında gəzən küçə itlərinin birdən 5-6-sı hücum edir".(Report)

Rəylər

Sosial

365 min şəxsə e-qaydada fərdi hesab açılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidməti vasitəsilə ötən il 153 min şəxsə e-qaydada sosial sığorta nömrəsi (SSN) və fərdi hesab açılıb.

Bu barədə Publika.az Nazirliyə istinadən xəbər verir.

İki il əvvəl fəaliyyətə başlayan bu e-xidmət sığortaolunanların proaktiv qaydada e-sistemdə qeydiyyatına xidmət edir. İlk dəfə işə başlayan şəxslə bağlanan əmək müqaviləsinə dair bildiriş e-sistemdə qeydə alındığı andan işçiyə avtomatik SSN də açılır.

Bununla işçinin fərdi uçot sistemində fərdi şəxsi hesabı yaranır və sosial sığorta sistemində iştirak etmək, fərdi hesabında gələcək sosial təminatı üçün pensiya kapitalı toplamaq imkanı əldə edir.

Ümumilikdə ötən dövrdə 365 min şəxsə e-qaydada fərdi hesab açılıb.

Oxumağa davam et

Sosial

Qar, güclü külək, 8 dərəcə şaxta - Sabahın HAVASI

Yanvarın 17-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq bəzi yerlərdə sulu qar yağacağı, gündüz yağışa keçəcəyi, axşama doğru kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə və gündüz 1-3° isti, axşama doğru bəzi yerlərdə 1°-dək şaxta, Bakıda gecə və gündüz 1-3° isti, axşama doğru bəzi yerlərdə 1°-dək şaxta olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90% olacaq.

Tibbi-meteoroloji xəbərdarlığa gəlincə, yaxın günlər ərzində Abşeron yarımadasında tez-tez gilavar küləyinin xəzri küləyi ilə əvəz olunacağı, atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Azərbaycanın rayonlarında əsasən cənub və şərq rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20° şaxta, gündüz 3-8° şaxta olacaq.

Oxumağa davam et

Sosial

Gecikdirilmiş sosial ödənişlərlə bağlı AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2021-ci ildə vətəndaş müracətlərinin araşdırılması zamanı işəgötürənlər tərəfindən 1 257,4 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Bu barədə Publika.az Dövlət Əmək Müfəttişliyi Xidmətinə istinadən xəbər verir.

Görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.

Vəsaitin 1 238,8 min manatı əmək haqlarından, qalan hissəsi zərərə görə ödənclərdən, işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan ibarət olub.

Ötən il 34 işçi ilə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi də müəyyən olunub və həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.

Qeyd olunan hallarla bağlı müvafiq işəgötürənlərə qanunvericiliyin tələbləri izah olunub, onlar əmək qanunvericiliyinin aidiyyəti tələbləri barədə məlumatlandırılıb.

Həmçinin, keçən ilin iyul ayından etibarən Xidmət əmək qanunvericiliyi ilə bağlı geniş maarifləndirmə məqsədi ilə işəgötürənlərlə onlayn görüşlərə başlayıb. 30 onlayn görüşdə 2000-dən çox işəgötürən iştirak edib.

Oxumağa davam et
Reklam

Gündəm