Xəbərlər - Publika.az
Bizi izləyin

Sosial

“Zəfər Yolu” iki dildə çap olundu - FOTO

“Zəfər Yolu” kitabı Azərbaycan və ingilis dillərində nəşr olunub. 

Bu barədə Publika.az-a kitabın həmmüəllifi Vüqar Şahinoğlu məlumat verib. Kitabın giriş hissəsində Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun parlaq qələbəsindən və xalqımızın 44 günlük savaş ərzində neçə birlik nümayiş etdirməsindən danışılır, “Zəfər yolu” adlı bu kitap zəfərdən bəhs edir. 30 il torpaq həsrəti ilə yaşayan bütün azərbaycanlılar bu zəfəri, bu sevinci gözləyirdi. Bizim savaş haqq savaşı idi. Ali baş komandanımız, Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasət, Azərbaycanın müzəffər ordusunun şücaəti, cəsarəti sayəsində torpaqlarımız işğaldan azad olundu, 44 günlük mücadiləmiz qələbə ilə nəticələndi. Qalibiyyətimizin sevinci bu kitabda tərənnüm olunub. 

Qeyd edək ki, kitabın müəllifləri Azərbaycan Yazıçılar birliyinin üzvü, prezident təqaüdçüsü tanınmış yazar İradə Əlili və müstəqil jurnalist Vüqar Şahinoğludur. Burada 15-ə qədər Qarabağdan olan məcburi köçkün olmuş tanınmış media və ictimaiyyət nümayəndələrinin, o cümlədən digər peşə sahiblərinin işğaldan azad edilmiş torpaqlar haqqında fikirləri öyrənilib, müsahibələr hazırlanıb. Kitabın ön sözünü Cəbrayıldan seçilən millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovdur. Kitabın redaktoru Əməkdar jurnalist Elnarə Dərziyeva, məsləhətçiləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının əməkdaşı Azadə Novruzova, Niderland-Belçika koordinasiya şurasının əlaqələndirici üzvü İlkanə Yusifova, tərcüməçi Xəyalə Qurbanova, korrektorlar Səadət Tanrıverdiyeva, Ləman Bağırlı, Dizayneri Leyla Babazadədir. Kitabın, istisna hal baş verməzsə, təqdimat mərasiminin 2022-ci ilin ilk ayında Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında keçirilməsi planlaşdırılır. Həmçinin "Zəfər Yolu" kitabının yaxın zamanlarda Türkiyə türkcəsində dərc edilməsi gerçəkləşəcək. Nəşri Türkiyə türkcəsinə çevirən isə Bakı Dövlət Universitetinin müəlliməsi, filologiya üzrə fəlsəfə doktoru Kəmalə Ələkbərovadır.
Kitab satış üçün nəzərdə tutulmayıb, aidiyyəti üzrə dövlət qurumlarına, Azərbaycanın xarici ölkədəki səfirliklərinə, diaspor təşkilatlarına təqdim ediləcək.

  • “Zəfər Yolu” iki dildə çap olundu - FOTO

  • “Zəfər Yolu” iki dildə çap olundu - FOTO

  • “Zəfər Yolu” iki dildə çap olundu - FOTO

Publika.az
Rəylər

Sosial

Bu günün hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında bu gün havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, cənub-qərb küləyinin gündüz güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 0-1° isti, gündüz 4-6° isti, Bakıda gecə 0-1° isti, gündüz 4-6° isti olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.

Tibbi-meteoroloji xəbərdarlığa gəlincə, gündüz Abşeron yarımadasında gilavar küləyinin güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər saatlarında duman olacaq. Qərb ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20° şaxta, gündüz 0-5° şaxta olacaq.

Oxumağa davam et

Sosial

Qubada güclü qar kəndləri işıqsız qoydu - VİDEO

Ölkənin şimal bölgəsində birneçə gündür ki, qarlı və şaxtalı hava müşahidə olunur.

Publika.az xəbər verir ki, ötən gün axşam saatlarından isə qarın yağması intensivləşib. Yağıntı daha çox Qubaya düşüb.

Adətən güclü qar rayonun kəndlərində qeydə alınsa da bu dəfə daha çox şəhər ərazisində müşahidə edilib. Qarın hündürlüyü şəhər mərkəzində 30 santimetrə qədər yüksəlib.

Qar rayon mərkəzində hər hansı bir ciddi fəsada səbəb olmasa da Zərdabi, Bağbanlı, Vəlvələ, Qaraçay, Mirzəqışlaq və ümümilikdə 20-ə yaxın kənddə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Daha ətraflı Baku TV-nin süjetində:

Oxumağa davam et

Sosial

Ombudsman baxımsız qalan uşaqlarla görüşdü - FOTO

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Şamaxı rayonunun İkinci Çaylı kəndində sosial təhlükəli vəziyyətdə olan və sosial xidmət müəssisəsinə yerləşdirilən uşaqlarla görüşüb.

Publika.az xəbər verir ki, bu barədə Ombusman Aparatı məlumat yayıb.

Bildirilib ki, həmin kənddə baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla bağlı sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində məlumat yayılan vaxtdan etibarən məsələ Ombudsman Səbinə Əliyeva tərəfindən diqqətdə saxlanılıb.

Uşaqların həyatına və sağlamlığına təhlükə yaradan şəraitdə yaşayan 5 azyaşlı bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilib.

Səbinə Əliyeva həmin uşaqlarla müəssisədə görüşərək onların saxlanma şəraiti, səhhəti, psixoloji durumu, həmçinin təhsil və digər hüquqlarının müdafiəsi ilə bağlı vəziyyəti öyrənib.

Ombudsman görüşdə uşaqların hüquqlarının təmini vəziyyətinin, o cümlədən, onların doğumunun qeydə alınması ilə bağlı məsələnin nəzarətdə saxlanılacağını bildirib.

Oxumağa davam et
Reklam

Gündəm