Xəbərlər - Publika.az
Bizi izləyin

Sosial

İstifadə etdiyimiz dərmanların 30-50 faizi istifadəyə yararsızdır - ŞOK MƏLUMATLAR

Son dövrdə cəmiyyətin müzakirəsində aktuallaşan mövzulardan biri ölkəyə idxal olunan keyfiyyətsiz dərmanlarla bağlıdır. Məsələyə dair çoxsaylı analitik materiallar, mütəxəssislərin rəyləri və siyasi müstəvidə müzakirələrin olmasını nəzərə alaraq, göstərilən problemin əhalinin sağlamlığının qorunması və bütövlüklə ölkənin dərman təhlükəsizliyi baxımdan nə dərəcədə ciddi olmasını araşdırdıq.

İlk növbədə qeyd edək ki, dərmanın keyfiyyəti anlayışına dərman vasitəsinin effektivliyi, yəni onun müalicə prosesinə pozitiv təsiri və təhlükəsizliyi, yəni yan təsirlərinin insan orqanizmi üçün zərərli olmaması aspektləri daxildir. Ölkəmizdə dərman vasitələrinin qeyd olunan hər iki parametrlərin müvafiq beynəlxalq standartlara uyğun olması faktının yoxlanılması vəzifəsi isə Səhiyyə nazirliyinin Analitik Ekspertiza Mərkəzinin öhdəliklərinə aiddir.

Azərbaycanda dərman bazarına nəzarət gücləndirildi -


Apardığımız araşdırma nəticəsində məlum olub ki, ölkəyə dərman vasitələrinin idxal prosesi aşağıdakı mərhələləri əhatə edir:

- İstehsalçı şirkət tərəfindən Azərbaycan bazarına idxal etmək niyyətində olduğu dərman vasitəsinin keyfiyyətinə dair tədqiqat sənədləri Analitik Ekspertiza Mərkəzinə təqdim edilir;

 - Ölkə qanunvericiliyinə uyğun ekspertiza mərhələlərindən keçdikdən sonra müvafiq ekspertiza rəyi əsasında həmin dərman vasitəsi Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınır;

- Dövlət qeydiyyatı haqqında şəhadətnamənin verilməsi ilə istehsalçıya yerli distributor vasitəsilə Azərbaycana 5 illik müddətinə dərmanın idxalına icazə verilir - son mərhələdə isə dövlət qeydiyyatına alınmış dərman vasitəsi üçün Tarif Şurası tərəfindən satış qiyməti müəyyən edilir.

Azərbaycanda yararsız dərman vasitələri yandırılaraq məhv edilib | Report.az

Yuxarıda qanunvericiliklə nəzərdə tutulmuş prosedurlara riayət olunduğu halda bazarda  keyfiyyətsiz dərman vasitələrinin olması səbəbləri xüsusi aktuallıq doğurur. Keçən ilin dekabrın sonunda ARB TV kanalındakı “Pulumuzu və canımızı alan keyfiyyətsiz dərmanlar” adlı video süjetində həkim pediatr Günay Rəsulova uşaqların müalicəsi zamanı effekti bəlli olmayan dərman vasitələrinin istifadə olunması məcburiyyətində olduğunu deyir. Bu cür vəziyyət, həkimin sözlərinə görə bir çox hallarda müalicənin effektiv olmadığını göstərir. Bu isə öz növbəsində uşaqların vəziyyətini risk altına salır. Materialda gedən məlumata əsasən keçən il ərzində Azərbaycana 1 mlrd. dollar dəyərində dərmanlar idxal olunub ki, həmin dərmanların 30%-ni keyfiyyətsiz dərmanlar təşkil edib. Deputat Əli Məsimlinin hələ 2019-cu ildəki çıxışında isə ölkəyə idxal olunan dərmanların 50%-nin keyfiyyətsiz olduğu qeyd olunmuşdu.

Problemin kökü dərindir


Belə vəziyyət həqiqət olduğu halda şübhəsiz ki, ölkədə nəinki əczaçılıq sahəsinin tənzimlənməsi, ümumiyyətlə, effektiv səhiyyə sisteminin qurulmasından söhbət gedə bilməz. 1 mlrd. dollarlıq dərman bazarı   ciddi kommersiya maraqları, eləcə də qeyri-sağlam rəqabət və yüksək korrupsiya risklərini artırır. Bu baxımdan əczaçılıq şirkətlərin Analitik Ekspertiza Mərkəzi ilə korrupsiya əlaqələrinin qurulması bununla da ölkəyə istədikləri dərman vasitələrinin idxalı üçün icazələrin alınması istisna olunmur.

Pia.az resursunun “Ölkə bazarını effektivliyi sübut olunmayan dərmanlar üçün kim açıb?” materialı bu risklərin real olmasına işarə edir. Araşdırmada qeyd olunur ki, dərmanlar 2 hissəyə bölünür – orijinal, yəni ilk icad olunan və onun generikləri, yəni orijinal dərmanla eyni təsirə malik olan analoji preparatlar. Generiklərin idxalına icazənin yalnız onların orijinal preparatlarla bioloji ekvivalentliyi sübut olunduqda verilə biləcəyi bildirilir. Analitik Ekspertiza Mərkəzi bu qaydaya riayət edib-etməməsi məsələsinə isə pia.az saytı Time.tv-yə istinadən şübhə ilə yanaşır: “AEM bir çox hallarda bioloji ekvivalentliyinə dair ekspert rəyi olmadan generik preparatlarını dövlət qeydiyyatına alır. Deməli, ölkəyə ucuz və effektivliyi sübut olunmayan dərmanların idxalına yol açılır. Bu dərmanlar isə orijinal preparatlar və keyfiyyətli generikləri bazardan sıxışdırır. Ölkənin dərman bazarındakı mövcud vəziyyəti yalnız bu məntiqin prizmasından izah etmək mümkündür”.

Səhiyyə Nazirliyinin hərəkətsizliyi problemi daha da dərinləşdirir

Səhiyyə Nazirliyi: Xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanların  səhhətində hər hansı bir problem aşkarlanmayıb - AZƏRTAC – Azərbaycan  Dövlət İnformasiya Agentliyi

Səhiyyə sistemindəki digər problemlərin həlli istiqamətində görünən tədbirlərin olmadığı kimi bu problemlə əlaqədar də Səhiyyə Nazirliyinin hərəkətsizliyi göz qabağındadır. Lakin hətta nazirliyin hərəkətə gəldiyi halda problemin yaxın gələcəkdə həlli mümkün görünmür. Bunun səbəbi çox sadədir. Yuxarıda qeyd etdiyimiz kimi dərman vasitələrinin dövlət qeydiyyatının müddəti 5 ildir. Bunu nəzərə alaraq, dərman bazarının təmizlənməsi üçün son 5 ildə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin siyahısı reviziya olunmalı, qanunsuz qeydiyyata alınan dərmanların şəhadətnamələri ləğv edilməlidir. Yeni və daha keyfiyyətli dərman vasitələrinin dövlət qeydiyyatına alınması isə uzun müddət tələb edir. Bu isə dərman bazarında ciddi çaxnaşma yarada bilər. Hər bir halda görünən odur ki, problemə qarşı biganəlik onu daha da dərinləşdirir və bu artıq tək Səhiyyə Nazirliyinin ümidinə qalmamalıdır.  (musavat.com)

Rəylər
Oxumağa davam et
Reklam

Sosial

Azərbaycanda vətəndaş rifahı və məmnunluğu dövlət siyasətinin prioritetlərindən biridir - FOTO

Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və sosial sahədə ildən-ilə geniş miqyas alan islahatlar, rifah halının yaxşılaşdırılması üçün atılan mühüm addımlar, əldə olunan böyük sosial uğurlar da bunu bir daha təsdiq edir. Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində 2021-ci il də uğurlu islahatlar ili olub.

Publika.az xəbər verir ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqları əsasında il ərzində sosial islahatlar proqramı davam etdirilib, sosial müdafiə və aktiv məşğulluq proqramlarının icrası və daha da genişləndirilməsi təmin edilib. Həssas qrupların sosial təminatı və sosial ödənişlərin artırılması, sosial sahədə xidmətlərin vahid mərkəzdən şəffaf, operativ və əlçatan şəkildə təşkili və digər müvafiq fəaliyyət sahələrində ardıcıl və məqsədəuyğun işlər görülüb.

Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı:

Ötən il bu kateqoriyadan olanlara 3 min mənzil verilib

Şəhid ailələrinin, müharibə əlillərinin problemlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir.

Bu istiqamətdə ölkəmizdə icra olunan mühüm sosial proqramlardan biri olan şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təminatı proqramı Prezident İlham Əliyevin tapşırığına əsasən ildən-ilə genişlənir. Qeyd edək ki, 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim edilib. Dövlətimizin başçısının 2021-ci il 25 yanvar tarixli Sərəncamı ilə bu kateqoriyalardan olanlara 2021-2025-ci illərdə 11 min mənzil və ya fərdi evin verilməsinin nəzərdə tutulması proqramın daha da genişlənməsinə imkan verdi. Bunun nəticəsi olaraq, 2021-ci ildə üç il əvvələ nisbətən 5 dəfə çox olmaqla 3 min mənzil şəhid ailələrinə və müharibə əlillərinə verilməsi proqramı icra olundu. Beləliklə, ümumilikdə ötən dövrdə 12300 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib.

Eyni zamanda, müharibə əlillərinin avtomobillə təminatı tədbirləri uğurla davam edir. 2021-ci ildə daha 164 nəfər müharibə əlili minik avtomobili ilə təmin edilib və bu günədək 7400 müharibə əlilinə avtomobil verilib.

 

Sosial sahədə inqilabi islahatlar ötən il də davam etdirilib

Son illərdə sosial sahədə inqilabi islahatlar sosial ödənişlərin ciddi şəkildə artırılmasına imkan verib. 2019-cu ildə əməkhaqları və digər sosial ödənişlər orta hesabla 100 faiz, bəzi sahələrdə daha çox artıb, yeni sosial təminat növləri, təqaüdlər, müavinətlər təsis olunub. 2019-cu ilin sosial ödəniş artımları üçün dövlət büdcəsindən illik əlavə vəsait olaraq 3 milyard manat ayrılmışdı. 2020-2021-ci illər də yeni sosial islahatlar mərhələsi olub.

COVID-19 pandemiyasının məşğulluğa və rifaha mənfi təsirlərinin qarşısının alınması üçün sosial dəstək proqramları icra olundu. Zəfərlə başa vurduğumuz 44 günlük Vətən müharibəsindən sonra - postmüharibə dövründə şəhid ailələrinin, müharibə əlillərinin təqaüdlərində ciddi, orta hesabla 60 faiz artımlar edildi, yeni təqaüd növləri təsis olundu.

Əməkhaqqında ciddi artımlara uyğun olaraq 2020-ci ilin əvvəlindən pensiyalar indeksləşdirilərək 16,6 faiz, 2021-ci ilin əvvəlindən 11,4 faiz artırıldı və bu artımlar 1 milyon 100 min pensiyaçını əhatə etdi. Ümumilikdə, 2018-2021-ci illərdə sosial təminat növləri, yəni pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə illik xərclər 2,4 milyard manat və ya 60 faiz artaraq 6,4 milyard manata çatıb.

Qeyd olunan dövrdə, yəni 2018-2021-ci illərdə orta aylıq əməkhaqqında 37 faiz, median əməkhaqqı 74 faiz, əmək müqavilələrinin sayı 30 faiz və ya 400 minə yaxın artıb. Əməkhaqqı fondunda həmin dövrdə 92 faiz, ötən il isə 6,4 faiz artım baş verib.

Sosial təminat sisteminin mühüm komponenti olan pensiyalarda artım 2021-ci ildə də davam etdi: ilin əvvəlindən pensiyaların sığorta hissəsi 11,4 faiz indeksasiya edilərək artırılıb. 2021-ci ildə pensiyaların orta aylıq məbləği 9 faiz artaraq 331 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 8 faiz artaraq 358 manata çatıb. Ümumilikdə isə son üç ildə pensiyaların orta aylıq məbləği 60 faiz artıb.

Prezident İlham Əliyevin 2021-ci il 16 oktyabr tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı sosial islahatların uğurla davam etdirilməsinə imkan yaratdı. Bu əsasda Prezident İlham Əliyevin dekabr ayında imzaladığı yeni fərman və sərəncamlarla ölkəmizdə sosial ödənişlərin artırılması istiqamətində islahatların növbəti mərhələsi reallaşdı. İllik əlavə 1,5 milyard manat vəsaiti nəzərdə tutan yeni islahatlar paketi 2,1 milyon insanı əhatə edir.

Yeni islahat paketi çərçivəsində minimum aylıq əməkhaqqı 20 faiz artaraq 250 manatdan 300 manata çatıb, üç il əvvələ (130 manat) nisbətən minimum aylıq əməkhaqqı 2,3 dəfə artıb. Həmçinin müəllimlərin və digər bir çox təşkilatlarda işləyənlərin maaşları 20-40 faiz aralığında artırılıb.

Eyni zamanda, əlilliyi olan şəxslərin müavinətləri I dərəcə üzrə 150 manatdan 220 manata, II dərəcə üzrə 130 manatdan 180 manata, III dərəcə üzrə 110 manatdan 120 manata çatdırılıb. Əlilliyi olan şəxslərin müavinətləri üç il əvvələ nisbətən I dərəcə üzrə 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə 2,3 dəfə artıb.

Sağlamlıq imkanları məhdud uşaqlara müavinət 150 manatdan 200 manata, onlara qulluğa görə təqaüd 50 manatdan 80 manata çatdırılıb. Ümumilikdə onlara aylıq sosial ödəniş üç il əvvələ (82 manat) nisbətən 3,4 dəfə artıb.

I dərəcə əlilliyi olanlara qulluğa görə 2019-cu ildə təsis olunan təqaüd də 50 manatdan 80 manata çatdırılıb. Həmçinin yaşa görə müavinət üç il əvvələ (73 manat) nisbətən 2,5 dəfə artırılaraq 130 manatdan 180 manata çatdırılıb və hazırda pensiyaçılar üçün yaşayış minimumunu (176 manat) üstələyir. Ailə başçısını itirməyə görə müavinət 80 manatdan 100 manata çatdırılıb və 3 il əvvələ (68 manat) nisbətən 47 faiz artıb.

Müddətli hərbi xidmətdə olanların hər uşağına görə müavinət 100 manatdan 120 manata çatdırılıb və üç il əvvələ (68 manat) nisbətən 76,5 faiz artıb. Uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət 100 manatdan 120 manata çatdırılıb və üç il əvvələ (61 manat) nisbətən təqribən 2 dəfə artıb. Beşdən çox uşağı olan qadınlara (hər uşağa görə) müavinət 55 manatdan 70 manata çatdırılıb və üç il əvvələ (33 manat) nisbətən 2,1 dəfə artıb. Aztəminatlı (ünvanlı sosial yardım alan) ailələrdəki 1 yaşadək uşaqlara aylıq müavinət 55 manatdan 70 manata çatdırılıb, üç il əvvələ (45 manat) nisbətən bu müavinətdə 55,6 faiz artım baş verib.

Övladlığa götürülən uşağa müavinət 2021-ci ilin əvvəlindən təsis olunub və 2022-ci ilin əvvəlindən 25 faiz artırılaraq hər uşağa görə 160 manatdan 200 manata, övladlığa götürülən sağlamlıq imkanları məhdud uşağa görə isə 480 manatdan 600 manata çatdırılıb. Uşağın anadan olmasına görə birdəfəlik müavinət 200 manatdan 300 manata çatdırılıb ki bu da üç il əvvələ (109 manat) nisbətən 2,8 dəfə çoxdur. Dəfn üçün birdəfəlik müavinət 300-dən 350 manata çatdırılıb, üç il əvvələ (146 manat) nisbətən bu müavinətdə 2,4 dəfə artım olub.

İşləməyən pensiyaçı elmlər və fəlsəfə doktorları üçün təqaüd 2021-ci ilin əvvəlindən təsis olunub: Elmlər doktorları üçün 200 manatdan 300 manata (50 faiz artım), fəlsəfə doktorları üçün 120 manatdan 200 manata çatdırılıb (67 faiz artım). “Xalq” fəxri adı üçün 150 manatdan 180 manata (20 faiz artım), “Əməkdar” fəxri adı üçün 100 manatdan 120 manata (20 faiz artım) çatdırılıb.

Əməkhaqqı və digər sosial ödənişlərin artımı üçün 2019-cu ildəki islahatlar üzrə illik əlavə 4 milyard manat, 2020-ci ildəki islahatlar üzrə illik əlavə 600 milyon manat, 2022-ci ildə isə yeni islahatlar üzrə illik əlavə 1,5 milyard manat, ümumilikdə son üç ildə əməkhaqqı və digər sosial ödənişlərin artırılması üçün yalnız dövlət vəsaitləri hesabına əlavə olaraq illik 6 milyard manat ayrılıb.

2021-ci ildə DOST mərkəzlərində 410 mindən çox şəxsə xidmət göstərilib

Vətəndaş maraqlarına xidmət edən, onun müasir sosial trendlərə çevik uyğunlaşmasına hesablanan şəffaflıq, sosial ədalət və yeni dövrün çağırışlarından irəli gələrək xidmət sektorunda qabaqcıl innovasiyaların tətbiqi Prezident İlham Əliyevin sosial siyasət fəlsəfəsinin ana xəttini təşkil edir və əhali tərəfindən rəğbətlə qarşılanır. Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan DOST Agentliyi dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunmasını təmin edir. Bu gün artıq beş DOST mərkəzi fəaliyyət göstərir. 2021-ci ildə bu mərkəzlərdə 410 min 575, ümumilikdə ötən dövrdə isə 651 min 155 vətəndaşa xidmət göstərilib. DOST mərkəzlərində göstərilən xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98,2 faizdir. Bütün Bakı şəhəri və Abşeron rayonu DOST şəbəkəsi ilə əhatə olunub. Bakıdakı DOST mərkəzlərinə müraciət üçün qeydiyyat prinsipi də artıq ötən il aradan qaldırılıb, paytaxtın hansı rayonunda qeydiyyatda olmasından asılı olmayaraq Bakı sakinləri paytaxtdakı istənilən DOST mərkəzinə müraciət edə bilər.

2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 77 min 640 nəfər işsiz və işaxtaran şəxs işlə təmin edilib. 16 min 232 şəxs isə özünüməşğulluq proqramına cəlb olunmaqla, onların seçdikləri biznes istiqamətləri üzrə aktivlərlə təminatı işləri aparılıb. Bu da proqramın icrasına başlandığı 2017-ci ilə nisbətən 13,8 dəfə çoxdur.

Həmçinin Nazirlik və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda məşğulluğa dəstək” layihəsi iştirakçılarının aktivlərlə təminatına da artıq başlanıb. Bu layihə özünüməşğulluq proqramının daha da genişlənməsinə mühüm dəstək olaraq, 22 min işsiz şəxsin özünüməşğulluq formasında kiçik biznes qurmasına dəstək olacaq. 2021-ci ildə Dövlət Məşğulluq Agentliyi tərəfindən əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına 491 nəfər, peşə hazırlığı kurslarına 988 nəfər, peşəyönümü məsləhət xidmətlərinə 1886 nəfər cəlb olunub. 3734 nəfərə isə işsizlikdən sığorta ödənişi verilib.

Əlilliyin qiymətləndirilməsi, əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri ilə təminatı sahəsində də 2021-ci ildə mühüm işlər görülüb, il ərzində 62 minə yaxın şəxsə əlillik təyin edilib ki, bu da əvvəlki ilə nisbətən 2,2 dəfə çoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2021-ci il ərzində 58-i qız, 56-sı oğlan olmaqla 114 uşaq övladlığa verilib. Ötən il reinteqrasiya tədbirləri də davam etdirilib və nəticədə son bir ildə 89 uşağın dövlət uşaq müəssisələrindən ailələrinə qayıdışına nail olunub.

Dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanı ilə yaradılan "e-sosial.az” portalına 2021-ci ildə 10 milyon, nazirliyin e-xidmətlərinə 15 milyon 212 min müraciət qeydə alınıb. Eyni zamanda, ötən il 22,6 min pensiya, 120 min müavinət və təqaüd təyinatı e-qaydada həyata keçirilib, 153 min fərdi hesab e-qaydada açılıb.

Son üç ildə Nazirliyin 30-dək e-arayış xidmətli yaradılıb ki, ötən il həmin xidmətlər vasitəsilə 570 minə yaxın e-arayış verilib. Hazırda Nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir və həmin qurumlar tərəfindən keçən il Nazirliyin informasiya bazalarına sorğu sayı 139 milyon olub.

Genişmiqyaslı sosial dəstək tədbirləri uğurla icra edilir

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi Vətən müharibəsindən sonrakı dövrdə dövlətimizin başçısının tapşırığına əsasən genişmiqyaslı sosial dəstək tədbirləri uğurla icra edilir.

Bu istiqamətdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri olan 7942 şəxsə 15841 sosial ödəniş (Prezidentin təqaüdü, sosial müavinət, pensiya) təyin olunub, həmçinin 2515 müharibə iştirakçısına əlillik və sosial ödənişlərin təyinatı həyata keçirilib. Şəhid ailələri, müharibə əlilləri üçün sosial ödənişlərin məbləği əhəmiyyətli dərəcədə artırılıb.

Şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib. Şəhid ailələri üzvləri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkən şəxslər daxil olmaqla 10 minədək şəxsin məşğulluğuna dəstək göstərilib, o cümlədən 6 minədək şəxs özünüməşğulluq proqramına cəlb edilib, 4 minədək şəxs işlə təmin olunub. 2021-ci ilin iyun ayında başlanan “Məşğulluq marafonu”na 607 işəgötürən qoşularaq 3971 vakansiya təqdim edib.

Həmin vakansiyalar üzrə artıq 1500-ə yaxın şəhid ailəsi üzvü və müharibə iştirakçısı işlə təmin olunub. 5 min nəfərlə psixokorreksiya işləri aparılıb, reabilitasiya müəssisələrində 1300 nəfərə reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib. 184 hərbçi yüksək texnologiyalı müasir 4-cü nəsil 193 ədəd protezlə, əksəriyyəti müharibə əlilləri olan 955 nəfər mühərrikli təkərli oturacaqla, 1197 nəfər 12948 reabilitasiya vasitəsilə təmin edilib.

Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanı ilə vahid əlaqələndirmə mərkəzləri yaradılıb. Vahid əlaqələndirmə mərkəzlərində ötən dövrdə şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 11 min şəxsə xidmət göstərilib. Hazırda Bakı şəhərindəki və Abşeron rayonundakı DOST mərkəzlərində, həmçinin Gəncə şəhərində, Masallı və Ucar rayonlarında regional vahid əlaqələndirmə mərkəzləri fəaliyyət göstərir.

Bu mərkəzlərdə qeyd olunan kateqoriyalara aid şəxslərə 39 qurum, 6 mərkəzi (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Dövlət Sığorta Kommersiya Şirkəti) və 33 yeri icra hakimiyyəti orqanı tərəfindən 26 istiqamətdə xidmətlər “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğu prinsipi əsasında təqdim edilir. Yaxın günlərdə digər regionlarda da vahid əlaqələndirmə mərkəzlərinin fəaliyyətə başlaması üçün hazırlıq işləri aparılır.

Ümumilikdə, postmüharibə dövründə hazırda da davam edən sosial dəstək tədbirləri bu günədək şəhid ailələri üzvləri, müharibə iştirakçıları və erməni terrorundan zərər çəkənlərdən ibarət 45 min şəxsi əhatə edib, onlara 50 min xidmət göstərilib.

Görülən işlər bir daha onu göstərir ki, dünyada pandemiyanın davam etməsinə və iqtisadi-maliyyə çətinliklərinin olmasına baxmayaraq, Azərbaycanda vətəndaş rifahının və məmnunluğunun təminatı, eyni zamanda, şəhid ailələrinə və müharibə əlillərinə diqqət dövlət siyasətinin əsas prioritetlərindəndir.

Oxumağa davam et

Sosial

Ziyarətgahlarla bağlı bu səlahiyyət QMİ-dən alınır

Azərbaycanda İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsindən alınır.

Publika.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, bu, "Dini etiqad azadlığı haqqında" qanunun 8-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) verilir. Müvafiq qurum təyinatla bağlı sadəcə Qafqaz Müsəlmanları İdarəsinə məlumat verəcək.

Qeyd edək ki, qanunun 8-ci maddəsinin hazırkı variantı belədir: "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur və hər beş ildən bir attestasiyadan keçir".

Oxumağa davam et

Sosial

Xarici fotoqraflar Gəncədə - FOTO

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Vətən müharibəsi fotoqrafların gözü ilə” layihəsi çərçivəsində yerli və xarici fotoqraflar Gəncədə Ermənistanın günahsız mülki insanlara qarşı həyata keçirdiyi raket hücumlarının səbəb olduğu cinayətlərlə tanış olublar.

Publika.az xəbər verir ki, qonaqlar qanlı terror hadisəsinin baş verdiyi əraziyə gül dəstələri düzüb, şəhid olan dinc sakinlərin xatirəsini ehtiramla yad ediblər.

Ermənistanın hərbi cinayətləri ilə tanış olan qonaqlara məlumat verilib ki, işğalçı erməni silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Gəncə şəhərinə raket hücumları nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub və onlardan 6-sı uşaqdır. Atəş nəticəsində 142 nəfər yaralanıb.

Qeyd olunub ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb. Baxmayaraq ki, dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir, Ermənistan beynəlxalq hüquqa məhəl qoymadan müharibə cinayətlərini davam etdirib.

Oxumağa davam et
Reklam

Gündəm