Xəbərlər - Publika.az
Bizi izləyin

Sosial

ADA-da korrupsiya ilə mübarizə mövzusunda dəyirmi masa keçirilir - FOTO

Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ADA Universitetində “Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda dəyirmi masa keçirir. 

Publika.az-ın əməkdaşının verdiyi xəbərə görə, tədbirdə Agentliyin Müşahidə Şurasının üzvləri və icraçı direktoru, mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən ictimai şuralarda təmsil olunan QHT sədrləri, habelə korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən təşkilatların təmsilçiləri iştirak ediblər.  

Dəyirmi masanı giriş sözü ilə açan Prezident Administrasiyasının məsul əməkdaşı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin həyata keçirilməsində QHT-lərin əhəmiyyətli rolunu qeyd edib, onların dövlət qurumları ilə tərəfdaşlıq əsasında həyata keçirdiyi tədbirlərin vacibliyini vurğulayıb. 

O qeyd edib ki, son 10 ildə Azərbaycanda korrupsiyaya qarşı mübarizədə QHT-lər kifayət qədər fəallıq nümayiş etdiriblər.

V. Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verərkən ictimai nəzarətin gücləndirilməsi və onun istitusional formatının işlənib hazırlanması ilə bağlı fikirlərinin vətəndaş cəmiyyəti təsisatları, o cümlədən QHT-lər və media qarşısında yeni vəzifələr qoyduğunu diqqətə çatdırıb.  

Daha sonra Agentliyin Müşahidə Şurasının üzvlərinin və QHT təmsilçilərinin mövzu ətrafında çıxışları dinlənilib. 

Tədbirdə çıxış edən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, Prezident 12 yanvarda yerli telekanallara müsahibəsində əslində yeni anti-korrupsiya gündəliyini təqdim etdi: "Azərbaycanda ictimai nəzarət institutları var. Bu istiqamətdə işlər daimi olmalıdır. Söhbət ictimai nəzarətin daimiliyindən gedir".  

Hüquq müdafiəçisi ictimai nəzarət mexanizminin daha effektiv olması ilə bağlı təklif də verib: "Dövlət qurumlarının bütün instansiyalarında ictimai nəzarət olmalıdır. Bununla bağlı operativ reaksiya verə biləcək nəzarət formalaşdırılmalıdır. Bununla bağlı Prezident yanında İctimai Nəzarət Palatası yaradıla bilər. Onun tərkibinə media, QHT nümayəndələri, ictimai rəy liderləri qatıla bilər. Başqa bir formada da mexanizm yaratmaq mümkündür. Beləliklə, ayrı-ayrı sektorlarda ictimai nəzarət mümkündür". 


  • ADA-da korrupsiya ilə mübarizə mövzusunda dəyirmi masa keçirilir - FOTO

  • ADA-da korrupsiya ilə mübarizə mövzusunda dəyirmi masa keçirilir - FOTO

  • ADA-da korrupsiya ilə mübarizə mövzusunda dəyirmi masa keçirilir - FOTO

  • ADA-da korrupsiya ilə mübarizə mövzusunda dəyirmi masa keçirilir - FOTO

  • ADA-da korrupsiya ilə mübarizə mövzusunda dəyirmi masa keçirilir - FOTO

  • ADA-da korrupsiya ilə mübarizə mövzusunda dəyirmi masa keçirilir - FOTO

  • ADA-da korrupsiya ilə mübarizə mövzusunda dəyirmi masa keçirilir - FOTO

  • ADA-da korrupsiya ilə mübarizə mövzusunda dəyirmi masa keçirilir - FOTO

  • ADA-da korrupsiya ilə mübarizə mövzusunda dəyirmi masa keçirilir - FOTO

  • ADA-da korrupsiya ilə mübarizə mövzusunda dəyirmi masa keçirilir - FOTO

  • ADA-da korrupsiya ilə mübarizə mövzusunda dəyirmi masa keçirilir - FOTO

  • ADA-da korrupsiya ilə mübarizə mövzusunda dəyirmi masa keçirilir - FOTO

  • ADA-da korrupsiya ilə mübarizə mövzusunda dəyirmi masa keçirilir - FOTO

  • ADA-da korrupsiya ilə mübarizə mövzusunda dəyirmi masa keçirilir - FOTO

Tural Turan
Rəylər

Sosial

Anaları xəstəxanaya yerləşdirilən 4 körpənin acınacaqlı halı - VİDEO

Anaları koronavirusa yoluxan və xəstəxanaya yerləşdirilən körpələr acınacaqlı vəziyyətdədir.

Publika.az xəbər verir ki, bununla bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Feysbuk səhifəsində paylaşım edib.

O bildirib ki, hadisə Şamaxının kəndlərindən birində olub.

Valideynləri xəstə olan uşaqlara qonşular baxıb, yemək versələr də, bu, onları acınacaqlı vəziyyətdə olmaqdan xilas etməyib.

K.Ağazadə həmçinin olduqca baxımsız və miskin vəziyyətdə olan 4 körpənin taleyi ilə heç bir dövlət qurumunun, xüsusilə də Şamaxı rayon İcra Hakimiyyətinin maraqlanmamasını vurğulayıb.

Qeyd edək ki, Şamaxının İkinci Çaylı kəndində baxımsız qalan uşaqlarla bağlı fakt nəzarətə götürülüb. Şamaxı Rayon Polis Şöbəsi ilə əlaqələndirilib. Bütün zəruri tədbirlər görülür. Bu barədə DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Oxumağa davam et

Sosial

365 min şəxsə e-qaydada fərdi hesab açılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidməti vasitəsilə ötən il 153 min şəxsə e-qaydada sosial sığorta nömrəsi (SSN) və fərdi hesab açılıb.

Bu barədə Publika.az Nazirliyə istinadən xəbər verir.

İki il əvvəl fəaliyyətə başlayan bu e-xidmət sığortaolunanların proaktiv qaydada e-sistemdə qeydiyyatına xidmət edir. İlk dəfə işə başlayan şəxslə bağlanan əmək müqaviləsinə dair bildiriş e-sistemdə qeydə alındığı andan işçiyə avtomatik SSN də açılır.

Bununla işçinin fərdi uçot sistemində fərdi şəxsi hesabı yaranır və sosial sığorta sistemində iştirak etmək, fərdi hesabında gələcək sosial təminatı üçün pensiya kapitalı toplamaq imkanı əldə edir.

Ümumilikdə ötən dövrdə 365 min şəxsə e-qaydada fərdi hesab açılıb.

Oxumağa davam et

Sosial

Qar, güclü külək, 8 dərəcə şaxta - Sabahın HAVASI

Yanvarın 17-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq bəzi yerlərdə sulu qar yağacağı, gündüz yağışa keçəcəyi, axşama doğru kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə və gündüz 1-3° isti, axşama doğru bəzi yerlərdə 1°-dək şaxta, Bakıda gecə və gündüz 1-3° isti, axşama doğru bəzi yerlərdə 1°-dək şaxta olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90% olacaq.

Tibbi-meteoroloji xəbərdarlığa gəlincə, yaxın günlər ərzində Abşeron yarımadasında tez-tez gilavar küləyinin xəzri küləyi ilə əvəz olunacağı, atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Azərbaycanın rayonlarında əsasən cənub və şərq rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20° şaxta, gündüz 3-8° şaxta olacaq.

Oxumağa davam et
Reklam

Gündəm