Xəbərlər - Publika.az
Bizi izləyin

Sosial

Xəzərdə dalğanın hündürlüyü 4 metrə çatıb - FAKTİKİ HAVA

Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a  verilən məlumata görə, yanvarın 15-i saat 11:30-a əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuzdur.

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 27 sm, Sarıbaşda (Qax) 22 sm, Qrızda 14 sm, Xaltan, Şahbuzda 10 sm, Daşkəsəndə 8 sm, Altıağacda 7 sm, Naxçıvanda 6 sm, Göygöl, Lerikdə 5 sm, Qobustanda 4 sm, Qubada 3 sm, Qusarda 1 sm olub.

Gözlənildiyi kimi şimal-qərb küləyi 14-ü axşamdan güclü cənub-qərb küləyi ilə əvəz olunub, küləyin maksimal sürəti Naftalanda 26 m/s, Qobustanda 22 m/s, Gəncə, Tovuz, Samaxıda 20 m/s, Ağstafa, Göyçay, Şəkidə 18 m/s, Yevlaxda 17 m/s, Bərdə, Tərtərdə 16 m/s, Şərurda 15 m/s, Bakıda 30 m/s, Abşeron yarımadasında 25 m/s, Abşeron-Dəniz rayonunda 20 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.6 metrdir.

Rəylər
Oxumağa davam et
Reklam

Sosial

FHN-in Cənub Regional Mərkəzi təlim keçirdi - FOTO

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi” mövzusunda növbəti təlim keçirib.

Publika.az xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, hündürmərtəbəli binalardan zərərçəkmişlərin təxliyə edilməsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər şərti zərərçəkmişləri “hündürmərtəbəli bina”dan təxliyə edərək onlara “təxirəsalınmaz ilkin tibbi yardım göstərib”, həmçinin qarşıya qoyulmuş digər tapşırıqları icra ediblər.

Yekunda təlimin nəticələri müzakir olunub, müvafiq tapşırıqlar verilib.

Oxumağa davam et

Sosial

Ramiz Mehdiyev xanım akademikə yüksək VƏZİFƏ VERDİ - FOTO

AMEA-ya yeni vitse-prezident təyin olunub.

Publika.az xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul olunub.

Qərara əsasən, akademik Gövhər Baxşəliyeva AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən təyin edilib.

Humanitar Elmlər Bölməsinə rəhbərlik akademik İsa Həbibbəyliyə, İctimai Elmlər Bölməsinə rəhbərlik isə akademik Gövhər Baxşəliyevaya həvalə olunub.

Oxumağa davam et

Sosial

“Azəriqaz”dan növbəti “Açıq qapı” aksiyası

“Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 28 yanvar saat 11:00-da başlayacaq. 

Publika.az xəbər verir ki, bütün media və QHT mənsublarının üzünə açıq olacaq bu aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. 

Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu və QHT nümayəndəsi bu tədbirə dəvətlidir.

Oxumağa davam et
Reklam

Gündəm