Xəbərlər - Publika.az
Bizi izləyin

Sosial

Meteohəssas insanlara XƏBƏRDARLIQ: Yaxın günlərdə...

Yaxın günlər ərzində Abşeron yarımadasında tez-tez gilavar küləyinin xəzri küləyi ilə əvəz olunacağı, atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir.

Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı tibbi-meteoroloji xəbərdarlıqda bildirilib.

Qeyd olunub ki, belə hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Rəylər

Sosial

6 dərəcə şaxta, külək - Bu günün HAVASI

Bakıda və Abşeron yarımadasında yanvarın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 7-9° isti olacaq. Bakıda gecə 1-3° isti, gündüz 7-9° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 7-11° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20° şaxta, gündüz 0-5° şaxta olacaq.

Oxumağa davam et

Sosial

Niyazi Bayramovdan yeni rəis TƏYİNATI

Gəncə şəhər Mənzil Kommunak Təsərrüfatı İdarəsinə yeni rəis təyin edilib.

Publika.az-ın yerli bürosunun verdiyi məlumata görə, bu barədə Gəncə şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramov sərəncam imzalayıb.

Yeni rəis Nurəhməd Əhmədov bu vəzifəyədək sözügedən qurumda müavin vəzifəsini icra edib. O, yeni vəzifəsində İlham Quliyevi əvəz edib

Oxumağa davam et

Sosial

Bakının bu hissəsi tullantılardan təmizləndi

Yasamal rayonu, “Zefir Mall” Ticarət Mərkəzinin arxa hissəsində məişət tullantılarının qalaqlanması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Publika.az xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, tullantıların qalaqlandığı ərazi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri tərəfindən təmizlənib.

Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə Birliyə məcburi göstəriş verilib.

Oxumağa davam et
Reklam

Gündəm