Xəbərlər - Publika.az
Bizi izləyin

Sosial

Sabahdan hava PİSLƏŞƏCƏK: qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 17-si axşamadək yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi, sulu qara, bəzi yüksək ərazilərdə qara keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, fasilələrlə müşahidə olunan küləkli hava şəraiti yanvarın 20-dək davam edəcək. 

Arabir güclənən şimal-qərb küləyi cənub-qərb küləyi ilə əvəz olunacaq. Küləyin maksimal sürəti bəzi yerlərdə arabir 23-28 m/s-yə çatacaq.

Havanın temperaturu yanvarın 17-də günün birinci yarısında 1-3° isti, axşama doğru 0-1° şaxta olacaq.

Azərbaycanın rayonlarında yanvarın 16-sı axşamdan 17-si axşamadək əsasən cənub və şərq rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Yaxın günlər ərzində fasilələrlə arabir güclənən şimal-qərb küləyi ilə cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Küləyin maksimal sürəti arabir 23-28 m/s-yə çatacaq. Küləkli hava şəraiti yanvarın 20-dək davam edəcək.

Şaxtalı hava şəraiti ilə əlaqədar gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda buz bağlayacağı ehtimalı var.

Rəylər
Oxumağa davam et
Reklam

Sosial

Azərbaycanda koronavirusla bağlı ŞAD XƏBƏR ELAN EDİLDİ

“Müəyyən vaxtdan sonra təbii ki, pandemiya bitəcək. Koronavirus həyatımızın bir parçası kimi qalacaq. Sadəcə COVID-19 mutasiyaya uğrayaraq öz gücünü itirmiş olacaq”.

Publika.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, koronavirus müəyyən vaxtdan sonra daha yüngül virusa çevriləcək: “Digər infeksiyalar zamanı bu kimi qoruyucu tədbirləri vaxtında görməsəydik onda da yoluxuculuq qabiliyyəti yüksək olardı. İnanıram ki, yaxın gələcəkdə ölkədə pandemiya bitəcək”.

Oxumağa davam et

Sosial

Bu şəxslər TOYA BURAXILMAYACAQ

Azərbaycanda buster doza ilə peyvəndlənməyənlər fevralın 15-dən şənlik mərasimlərdə iştirak edə bilməyəcək.

Publika.az-ın xəbərinə görə, bu, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatında əksini tapıb.

Bildirilib ki, fevralın 15-dən etibarən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur.

Qeyd edək ki, Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli qərarına əsasən peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək.

Koronavirusa qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə “Peyvənd sertifikatı” verilir. “Peyvənd sertifikatı”nın etibarlılıq müddəti 6 aydır. Həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda "Peyvənd sertifikatı"nın qüvvədə olması müddətsiz olaraq uzadılır.

Oxumağa davam et

Sosial

“Vikipediya”da Şuşa ilə bağlı məqalələr zənginləşdirilir - FOTO

“Qorqud” Vikipediya Metodik Klubu və Rumıniyada Azərbaycanın Dostları Assosiasiyasının ortaq təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində rumın dili bölməsində məqalələr zənginləşdirilir. 

Publika.az xəbər verir ki, bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. 

“Bir neçə gündür ki, “Vikipediya”nın rumın dil bölməsində məqalələrin zənginləşdirilməsi davam edir. Məqalələr Rumıniyada Azərbaycanın Dostları Assosiasiyasının sədri Vaqif Həsənov tərəfindən tərcümə olunur. Daha sonra klubun ekspertləri tərəfindən yerləşdirilir. Məqsəd “Şuşa İli” çərçivəsinə prosesə töhfənin verilməsidir. Artıq tarixi əhəmiyyət daşıyan Mehmandarovların evi, Zöhrabbəyovun evi məqalələri rumın dil bölməsində yaradılıb. Rumıniyada Azərbaycanın Dostları Assosiasiyası tərəfindən ilin sonunda hesabat tədbiri keçirmək planlaşdırılır. Qeyd edim ki, Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılan “Qorqud” Vikipediya Metodik Klubunun ekspertləri Qulamhüseyn Məmmədov, Ayxan Zayıdzadə, Sübhan Xıdırzadə və başqa könüllüər tərəfindən “Şuşa İli” çərçivəsində türk, rus, ingilis və digər dillərdəki bölmələrində də məqalələr yaradılır və əsaslı redaktələr aparılır” - E.Eltürk qeyd edib.

Oxumağa davam et
Reklam

Gündəm