Xəbərlər - Publika.az
Bizi izləyin

Sosial

Azərbaycanda koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27 376 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 345, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 739, buster doza üzrə vaksinasiya olunanların sayı isə 22 292 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 648 496, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 198 072, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 712 091, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 738 333 təşkil edir.

Rəylər

Sosial

Reza Deqatidən Qanlı Yanvar xatirələri: “Bakıya gizli yolla gəldim” - FOTO

Azərbaycan əsilli tanınmış fransız fotojurnalist Reza Deqati sosial şəbəkə hesabından Qanlı Yanvar hadisələri ilə bağlı paylaşım edib. 

Publika.az xəbər verir ki, yanvarın 19-dan 20-nə keçən o məşum gecədə sovet əsgərlərinin Bakıda törətdiyi qətliamdan danışan fotoqraf həmin günlə bağlı xatirələrini də bölüşüb.

Fotoqrafın sözlərinə görə, həmin vaxt şəhər jurnalistlər üçün bağlı olub. Ancaq Deqati buna baxmayaraq, gizlincə Moskva qatarı ilə Bakıya gələ bilib.

Məşhur fotoqraf bəzi şəkilləri polis avtomobilinin şüşəsindən çəkdiyini bildirib.

“Rusların bu üsyanı zorakı yolla yatırmağının əyani sübutlarını təqdim etdim”, - deyə o bildirib.

Deqati paylaşımında 20 Yanvar hadisələrinin simvoluna çevrilmiş qərənfildən də danışıb.

“Bu hadisədən sonra milli çiçəklər ölkəni deyil, qanlı gecəni təmsil etdi. Qırmızı qərənfillər artıq müstəqillik uğrunda canlarından keçənlərin xatirəsini yad etmək üçün qəbirlərin üzərinə qoyulur”, - deyə o bildirib.

Deqati şərhinin sonunda bu haqda “The Massacre of the Innocents” (“Məsumların qətliamı”) kitabında ətraflı məlumat verdiyini vurğulayıb.

Oxumağa davam et

Sosial

Vaxtı keçmiş spirtli içkilər satan şərab evi cərimələndi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Agentlikdən Publika.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində əməkdaşlar tərəfindən keçirilən plandankənar (növbədənkənar) yoxlama zamanı Tovuz şəhəri, H. Aslanov küçəsində fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Qabil Musa oğluna məxsus şərab evində qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib.

Belə ki, ümumi çəkisi 65 litr olan 23 adda və müxtəlif çeşiddə yararlılıq müddəti bitmiş spirtli içkilərin satışının həyata keçirildiyi məlum olub. Aşkar olunmuş pozuntularla bağlı qanunvericiliyə uyğun olaraq fiziki şəxs inzibati məsuliyyətə cəlb edilib, istehlak üçün yararsız 65 litr spirtli içki satışdan kənarlaşdırılıb, sahibkara yeyinti məhsulları sahəsində müvafiq qanunvericiliyin tələbləri izah edilib və nöqsanların qısa zamanda aradan qaldırılması barədə göstəriş verilib, müəssisənin fəaliyyəti nəzarətə götürülüb.

Oxumağa davam et

Sosial

Büdcədənkənar vəsaitin bir hissəsi şəhid ailələrinə xərclənəcək

Büdcədənkənar vəsaitin bir hissəsi şəhid ailələrinin təminatına dəstək üçün yaradılmış fondlara yönəldiləcək.

Publika.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərara dəyişiklik edib.

Belə ki, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442 nömrəli qərarına bu bənd əlavə edilir:

“Büdcədənkənar vəsaitin dövlət və ictimai əhəmiyyətli məqsədlərə yönəldilən hissəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək verilməsi, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə tədbirlərə maliyyə dəstəyinin göstərilməsi məqsədilə yaradılmış fondlara və təsisatlara vəsait ödənilməsinə xərclənir”.

Oxumağa davam et
Reklam

Gündəm