Azad olunmuş ərazilərə avtobus marşrutlarının açılması gözlənilir - Publika.az
Bizi izləyin

Sosial

Azad olunmuş ərazilərə avtobus marşrutlarının açılması gözlənilir

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 illik erməni işğalından azad olunmuş ərazilərimizdə bu gün genişmiqyaslı bərpa-quruculuq işləri görülür. Yeni infrastruktur və sosial layihələr icra olunur, müasir avtomobil və dəmir yolları çəkilir, hava limanları açılır. Bu baxımdan, azad olunmuş ərazilərdə nəqliyyat infrastrukturunun yenidən qurulması, bu rayonlarda istər quruculuq dövründə, istərsə də sonrakı illərdə yük və sərnişin daşınmasına tələbatın təmin edilməsi, beləliklə nəqliyyat xidmətlərinin bərpası sosial zərurətdən irəli gəlir və əsas prioritetlərdəndir.

Publika.az xəbər verir ki, azad olunmuş ərazilərə yaxın günlərdə avtobus marşrutlarının açılması gözlənilir.

İşğaldan azad edilən ərazilərə təşkil edilən səfərlərin və yenidənqurma işlərinin genişlənməsi ilə əlaqədar olaraq, müvafiq icazə əsasında ezam edilən işçilərin sayının artması, həssas kateqoriyaya aid vətəndaşlar - Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlillərinin güzəştli şərtlərlə (ildə bir dəfə pulsuz) həmin ərazilərə səfərlərinin təşkili, işğaldan azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyasını təmin etmək məqsədilə müntəzəm reyslərin təşkilinin vacibliyi, bərpa və yenidənqurma işlərində çalışan işçilərin həmin ərazilərə mütəmadi (qrafiklə tənzimlənən) daşınmasının təşkili, təkcə paytaxt Bakıdan deyil, digər şəhər və rayonlardan da işğaldan azad edilən ərazilərə sərnişindaşıma zərurəti azad olunmuş ərazilərə avtobus marşrutlarının açılmasını şərtləndirir.

Bu baxımdan, işğaldan azad olunan şəhər və rayonlarımızda yük daşınması, avtobus və taksilərlə sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə avtomobillərə xidmət etmək üçün təmir sexləri, texniki qulluq sahələri, yanacaqdoldurma məntəqəsi, avtoyuma məntəqəsi və avtomobillərin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün digər sexlər və duracaq sahələri olan avtonəqliyyat təsərrüfatının təşkili də gündəlikdə duran vəzifələrdəndir. Bu işlər dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin tərkib hissəsi kimi reallaşdırıla bilər. Bu, həmçinin özəl sektor üçün yeni investisiya imkanlarının yaranması və böyük layihələrin idarə edilməsi ilə bağlı təcrübələrin formalaşmasına geniş təkan vermiş olacaq.

Qeyd edək ki, daşıyıcıların müəyyən olunması üçün qanunauyğun müsabiqələrin keçirilməsinə dair aidiyyəti qurumlar tərəfindən hazırlıq işləri də aparılıb.

Xatırladaq ki, azad olunan torpaqlara ilk marşrut xətti hələ 2020-ci ilin yanvar ayında Cocuq Mərcanlıya açılıb.

Rəylər
Oxumağa davam et
Reklam

Sosial

Bu ərazidə su kəsiləcək

Bu gün axşam saatlarında Yeni Yasamal 1 yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Publika.az xəbər verir ki, bu barədə “Azərsu” məlumat yayıb.

Bildirilib ki, buna səbəb magistral su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.

Oxumağa davam et

Sosial

Məktəb direktorları valideynlərlə sövdələşir - AÇIQLAMA

"Orta məktəblərdə hazırda təhlükəsizlik xidmətlərini genişləndirirlər. Ancaq məsələ burasındadır ki, məktəbin özündə ciddi daxili problemlər var. Həmin problemlərdən ən əsası da kütləvi şəkildə dərsdən yayınma hallarıdır. Fikrimcə, dərsdən yayınma halları çox olan halda təhlükəsizlik tədbirləri neqativ halların qarşısını ala bilmir".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, təhsil üzrə ekspert Etibar Əliyev deyib.

Deputat bildirib ki, əsasən 10-11-ci sinif şagirdləri repititor kurslarına getdikləri üçün kütləvi şəkildə dərslərdən yayınırlar:

"Buna da məktəb direktorları bilərəkdən göz yumurlar. Burada külli miqdarda maddi vəsaitdən söhbət gedir. Belə ki, direktorlar şagirdlərin valideynləri ilə sövdələşirlər. Şagird isə məktəbdə olmadıqda ona məktəbin də, valideyinin də nəzarəti itir. Birinci bunun qarşısını almaq lazımdır. Digər tərəfdən xüsusən 10-11-ci sinif şagirdləri dərs zamanı məktəbdə yoxdursa, deməli onlar istənilən təsir altına düşə bilərlər. Orta məktəb şagirdləri arasında narkotikdən istifadə halları ilə bağlı faktlar həm də burdan qaynaqlanır. Bütün dövrlərdə məktəbdə tədris, təlim-tərbiyə, fiziki hazırlıq uşaqları neqativə yönəlməkdən qoruyub. Biz əgər uşaqların dərsdən yayınma hallarının qarşısını ala bilməyəcəyiksə, yuxarı siniflərdə neqativ halların qarşısını almaqda da aciz qalacağıq. Bunun üçün valideyinlər, xüsusilə məktəb rəhbərliyi məsuliyyət daşıyır".

E.Əliyev vurğulayıb ki, son dövrlər məktəblərə təyin olunan direktorların böyük əksəriyyəti yerində olmayan şəxslərdir:

"Onlar valideynləri inandırmağa çalışırlar ki, şagirdlər yalnız kənarda, yəni repititorlar yanında təhsil aldıqları halda ali məktəblərə qəbul ola bilərlər. Bütün bunlar narkomaniyaya yönəlmək kimi böyük problemin də yaranmasında əsas rol oynayır. Valideyn hesab edir ki, övladı filan vaxt məktəbdədir. Lakin məktəbdən yayınma halı olarsa, valideyn proqnozlaşdıra bilmir ki, uşağı haradadır. Yəni, məktəbə davamiyyətlə bağlı nizam-intizamın pozulması narkomaniyaya, uşaq cinayətlərinin çoxalmasına gətirib çıxarır. Bütün bu problemlərin yeganə həlli şagirdləri məktəbə qaytarmaqdır. Qətiyyən uşaqların məktəbdən yayınmağına imkan vermək olmaz. Gəncliyimizi qorumaq üçün bizim əsas qayəmiz onların məktəbə qayıtmasıdır, bunun başqa yolu yoxdur".

Oxumağa davam et

Sosial

Şəhid ailəsinin mənzil problemi həll ediləcəkmi? – Rəsmi açıqlama

Beyləqanda şəhid ailəsinə qarşı biganəliyin olduğu, müvafiq qurumlar tərəfindən heç bir dəstək verilmədiyi iddiası yayılıb.

Publika.az
xəbər verir ki, şəhid İmanov Elməddinin ailəsi ev şəraitinin pis olmasından şikayətlənir.

Beyləqan Rayon İcra Hakimiyyəti məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, şəhid anası İmanova Əntiqə Məhəmməd qızı Rayon İcra hakimiyyəti başçısının 10.04.2013-cü il tarixli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəliliyinə götürülüb və müvafiq sənədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilibdir.

“Qeyd edirik ki,  Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən bu kateqoriyadan olan şəxslər 2021-2025-ci illər ərzində növbəlilik prinsipi əsasında mənzil və ya fərdi yaşayış evləri ilə təmin ediləcəkdir.Şikayətçi İmanov Əvəz Aslan oğlu 19 may 2022-ci il tarixdə Beyləqan rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirlinin qəbulunda olmuş və şəhid anasının növbəlilik əsasında mənzil və ya fərdi yaşayış evi ilə təmin ediləcəyini bildiribdir”, - Beyləqan RİH-dən bildirilib.

Oxumağa davam et
Reklam

Gündəm