Xəbərlər - Publika.az
Bizi izləyin

Sosial

Gəncədə uşaq evinin məzununun toyu oldu - FOTO

Gəncə Uşaq Evinin məzunu Günay Vəliyevanın toy mərasimi keçirilib. 

Publika.az-ın yerli bürosunun verdiyi məlumata görə, gəlin şadlıq sarayına uşaq evindən gətirilib. 

Günay Vəliyeva 11 yaşından uşaq evində böyüyüb.O, Şəmkir rayonuna gəlin köçürüb. Günay Vəliyeva Tural bəylə ailə həyatı qurub. 

Toy mərasimində rəsmilər iştirak edib.

Məlumat üçün bildirək ki, Günay Vəliyeva Samux rayonunda bir otaqlı evlə təmin edilib.

  • Gəncədə uşaq evinin məzununun toyu oldu - FOTO

  • Gəncədə uşaq evinin məzununun toyu oldu - FOTO

Publika.az
Rəylər
Oxumağa davam et
Reklam

Sosial

Vətəndaşların məmnunluğu dövlətimiz üçün vacibdir - Deputat

“Azərbaycanda vətəndaş məmnunluğu dövlətimizin və hökumətimizin əsas prioritetlərindən biridir. Ölkəmiz davamlı olaraq sosialyönümlü siyasət həyata keçirməkdədir. Qəbul olunan büdcə layihələrində də biz bunun əyani sübutunu görməkdəyik”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. 

Deputat bildirib ki, Prezident İlham Əliyevin tapşırığı və birbaşa nəzarəti ilə sosial qayğıya ehtiyacı olan bütün vətəndaşlarımız üçün xüsusi yardım və sosial paketlər həyata keçirilməkdədir:

“Eyni zamanda, mütəmadi olaraq şəhid ailələri, qazilərimizin ailələri və müharibə veteranlarının bütün problemlərinin həlli ilə bağlı aidiyyəti qurumlar xüsusi proqramlar həyata keçirir. Heydər Əliyev Fondu, YAŞAT Fondu tərəfindən bu kateqoriyadan olan insanlara lazımi dəstək göstərilir. Eləcə də həm Birinci, həm də İkinci Qarabağ müharibəsi dövründə şəhid olan insanlarımızın ailələri mənzillərlə təmin olunur. Onlara birdəfəlik müavinətlər verilir, mütəmadi lazımi dəstək göstərilir. Bütün bunlarla yanaşı, qazilərimizin də mənzil problemi həll olunur. Onlara dövlətimiz tərəfindən avtomobillər verilir. Azərbaycanda və Türkiyədə qazilərimizin müalicələri təşkil edilir”. 

Millət vəkilinin sözlərinə görə, əməkhaqları, pensiyalar, təqaüdlər ölkə başçısının sərəncamları əsasında artırılır:

“Azərbaycan dövləti əldə etdiyi gəlirləri məhz vətəndaşlarımızın əməkhaqlarına, pensiyalarına, təqaüdlərinə əlavələr kimi xərcləyir. 2021-ci ilin dekabr ayında cənab Prezident İlham Əliyev tərəfindən verilmiş sərəncamlara əsasən, 2,5 milyondan çox insanı əhatə edən sosial paket həyata keçirildi. Əməkhaqlarında və təqaüdlərdə, pensiyalarda artımlar qeydə alındı. Həmçinin təqaüdlərdə də artımlar qeydə alındı. Eyni zamanda, minimum əməkhaqqı da artırıldı. Qlobal bahalaşma fonunda bu, yerində atılmış addımlar idi. Yəni, ərzaq qiymətlərindəki artımları da müəyyən dərəcədə kompensasiya etmiş oldu. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan dövlətinin gəlirləri artdıqca həmin vəsaitlər vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılmasına yönələcək. Vətəndaşlarımızın sosial məmnunluğunun təmin olunması həmişə dövlətin əsas prioritet sahəsi olaraq qalacaq”.

Tural Turan  

Oxumağa davam et

Sosial

Operativ Qərargah məlumat yaydı: BU GÜN...

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Publika.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə 30 563 vaksin vurulub.

Belə ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 621, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 549, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 393 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 876 073, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 220 001, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 734 740, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 921 368 təşkil edir.

Oxumağa davam et

Sosial

Bakıdan İstanbula təxirə salınan aviareyslər icra edildi

"Azərbaycan Hava Yolları" QSC-nin Bakı-İstanbul marşrutu üzrə təxirə salınmış hər 3 reysinin sərnişinləri təyinat hava limanına ən böyük geniş füzelyajlı təyyarə olan "Airbus A340" ilə yola salınıb.

Bu barədə Publika.az-a AZAL-dan bildirilib.

Məlumata görə, İstanbul-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərinin sərnişinləri də eyni təyyarə ilə Bakıya qayıdacaqlar.

Xatırladaq ki, güclü qar yağması səbəbindən İstanbul hava limanı fəaliyyətini dayandırıb, AZAL-ın bir neçə reysi gecikib və təxirə salınıb.

Oxumağa davam et
Reklam

Gündəm