Bakıda sulu qar yağıb - Faktiki hava - Publika.az
Bizi izləyin

Sosial

Bakıda sulu qar yağıb - Faktiki hava

Yanvarın 17-si saat 10:00-a olan məlumata əsasən, cənub və şərq rayonlarında hava yağıntılı olub, sulu qar, qar, Sumqayıt və Bakıda sulu qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Lerikdə 15.0 mm, Qubada 14.0 mm, Astarada 8.0 mm, Şabran, Ordubadda 6.0 mm, Ləzə, Xaltan, Altıağacda 5.0 mm, Yardımlı, Qusar, Xaçmazda 4.0 mm, Lənkəranda 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 2.0 mm, Maştağa, Bakıda 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 30 sm, Ləzədə 21 sm, Qubada 20 sm, Lerikdə 19 sm, Qrızda 15 sm, Sarıbaşda (Qax) 14 sm, Şabran, Xaltan, Altıağacda 12 sm, Şahbuzda 8 sm, Daşkəsəndə 6 sm, Göygöl, Qusar, Naxçıvanda 5 sm, Xınalıqda 1 sm olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1-2° isti, aran rayonlarında 1-4° şaxta, dağlıq rayonlarda 15°-dək şaxta, Naxçıvan MR-da 14°-dək şaxta olub.

Rəylər
Oxumağa davam et
Reklam

Sosial

Zəngilanda “Ağıllı kənd” layihəsi üzrə ilk “Smart DOST” məntəqəsi istifadəyə verildi - FOTO

Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkədə ilk dəfə olaraq həmin kənddə qurulmuş “Ağıllı DOST” - “Smart DOST” məntəqəsi ilə də tanış olublar.

Publika.az xəbər verir ki, “Smart DOST” sistemi ilə vətəndaşlar əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahəsində onlayn formada 100-dən çox xidmətdən şəffaf, rahat və əlçatan şəkildə faydalana biləcəklər.

Məntəqəyə yaxınlaşan vətəndaşa xidmət onlayn qəbul sistemi vasitəsilə virtual olaraq, DOST agentləri tərəfindən həyata keçiriləcək. Ehtiyac yarandıqda məntəqədə vətəndaşa texniki dəstək göstərəcək əməkdaşın fəaliyyəti də nəzərdə tutulub.

Yeni “Smart DOST” məntəqəsində rəqəmsal sistemin quraşdırılması və istifadəyə verilməsi işləri DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən həyata keçirilib.

Oxumağa davam et

Sosial

6 milyonluq borca görə həbs edilən hotel sahibi də azad olundu

Bugünkü əfv sərəncamı ilə “Neapol” hotelinin sahibi Şükür Əhmədov da azadlığa çıxıb.

Publika.az xəbər verir ki, iş adamı 6 milyon dollarlıq borca görə 2018-ci ildə həbs edilib.

Şükür Əhmədov “AccesBank”ın şikayəti əsasında saxlanılmışdı.

Oxumağa davam et

Sosial

DGK-nin sabiq şöbə rəisi azad olundu

Dövlət Gömrük Komitəsinin sabiq şöbə rəisi əfv olunanlar siyahısındadır.

Publika.az xəbər verir ki, DGK-nin Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin sabiq rəisi və gömrük xidməti polkovnik-leytenantı Natiq İmanov Prezident İlham Əliyevin sərəncamı ilə azadlığa buraxılıb.

Qeyd edək ki, N. İmanov 2018-ci ildə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Xatırladaq ki, o, pensiya yaşına çatmış komitə əməkdaşlarına dövlət tərəfindən ödəniləcək birdəfəlik müavinətlərin vaxtından əvvəl verilməsini təmin etmək adı altında onlardan xeyli miqdarda pul vəsaiti almışdı. Növbəti dəfə pensiya yaşına çatan gömrük əməkdaşlarından biri ilə 2500 manat müqabilində razılığa gələn Natiq İmanov həmin əməkdaşdan pulu alarkən yaxalanmış, Dövlət Gömrük Komitəsi sədrinin əmri ilə vəzifəsindən azad edilmişdi.

Oxumağa davam et
Reklam

Gündəm