Uşaq evində böyüyüb iki dəfə ərə gedən qadının DƏHŞƏTLİ HƏYATI - Publika.az
Bizi izləyin

Sosial

Uşaq evində böyüyüb iki dəfə ərə gedən qadının DƏHŞƏTLİ HƏYATI

Əqli və fiziki qüsurlu uşaqlar üçün olan körpələr evində böyüyən ana uşağı ilə sığınacağa yerləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə Oxu.Az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

O bildirib ki, körpəsi ilə soyuqda qalmasın deyə qadın uşağı ilə birlikdə dərhal sığınacağa qəbul edilib:

“Düzdür, digər sakinlərlə çox kobud davransa da, səhhətində olan problem, yaşadıqlarına görə onu haradasa başa düşmək olur. Uşaq evindən 16 yaşından çıxdıqdan sonra, əmisi oğluna ərə gedib. İlk ailəsi uğursuz olduğundan 2-ci dəfə ailə həyatı qurub. Əri onu döydüyünə və uşağına baxmadığına görə 2-ci yoldaşından dünyaya gələn uşağını da götürüb evdən çıxıb. Hazırda heç bir qohum və tanıdıqları onu xəstəliyinə və uşağına görə qəbul etmir. Qadın övladını qətiyyən yanından ayırmır, amma sığınacaqda da qalmaq istəmir.

O bildirir ki, uşağını ya uşaq evinə verəcək, ya da uşağına küçələrdə baxacaq. Sabah dövlət nümayəndələrinin gəlişini gözləyəcəyik. Ananın müalicəsi və körpənin gələcəyi ilə bağlı mütləq ciddi işlər görülməlidir. Təəssüf ki uşaq evindən çıxan uşaqlar üçün hələ də yaxşı bir mexanizm formalaşmayıb”.

Rəylər
Oxumağa davam et
Reklam

Sosial

Məktəb direktorları valideynlərlə sövdələşir - AÇIQLAMA

"Orta məktəblərdə hazırda təhlükəsizlik xidmətlərini genişləndirirlər. Ancaq məsələ burasındadır ki, məktəbin özündə daxili problemlər var. Həmin problemlərdən ən əsası da kütləvi şəkildə dərsdən yayınma hallarıdır. Fikrimcə, dərsdən yayınma halları çox olan halda təhlükəsizlik tədbirləri həmin neqativ halların qarşısını ala bilmir".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, təhsil üzrə ekspert Etibar Əliyev deyib.

Deputat bildirib ki, əsasən 10-11-ci sinif şagirdləri kütləvi şəkildə dərsdən yayınırlar: 

"Buna da məktəb direktorları bilərəkdən göz yumurlar. Burada külli miqdarda vəsaitdən söhbət gedir. Beləki, direktorlar şagirdlərin valideynləri ilə sövdələşirlər. Şagird isə məktəbdə olmadıqda ona məktəbin də, valideyinin də nəzarəti itir. Birinci bunun qarşısını almaq lazımdır. Digər tərəfdən xüsusən 10-11-ci sinif şagirdləri dərs zamanı məktəbdə yoxdursa, deməli onlar istənilən təsir altına düşə bilərlər. Bütün dövrlərdə məktəbdə tədris, təlim-tərbiyə, fiziki hazırlıq uşaqları neqativə yönəlməkdən qoruyub. Biz əgər uşaqların dərsdən yayınma hallarının qarşısını ala bilməyəcəyiksə, yuxarı siniflərdə neqativ halların qarşısını almaqda aciz qalacağıq. Bunun üçün valideyinlər, xüsusilə məktəb rəhbərliyi məsuliyyət daşıyır".

E.Əliyev vurğulayıb ki, son dövrlər məktəblərə təyin olunan direktorların böyük əksəriyyəti yerində olmayan şəxslərdir: 

"Onlar valideynləri inandırmağa çalışırlar ki, şagirdlər yalnız kənarda, yəni repititorlar yanında təhsil aldıqları halda ali məktəblərə qəbul ola bilərlər. Bütün bunlar narkomaniya yönəlmək kimi böyük problemin də yaranmasında əsas rol oynayır. Valideyn hesab edir ki, övladı filan vaxt məktəbdədir. Lakin məktəbdənyayınma halı olarsa, valideyn proqnozlaşdıra bilmir ki, uşağı haradadır. Yəni, məktəbə davamiyyətlə bağlı nizam-intizamın pozulması narkomaniyaya, uşaq cinayətlərinin çoxalmasına gətirib çıxarır. Bütün bu problemlərin yeganə həlli şagirdləri məktəbə qaytarmaqdır. Qətiyyən uşaqların məktəbdən yayınmağına imkan vermək olmaz. Gəncliyimizi qorumaq üçün bizim əsas qayəmiz onların məktəbə qayıtmasıdır, bunun başqa bir yolu yoxdur".

Oxumağa davam et

Sosial

Bakının mərkəzi küçələrindən biri bağlanır

"Formula 1" üzrə Azərbaycan Qran Prisinə hazırlıq işləri ilə əlaqədar Bakıda Azadlıq - Neftçilər prospektinin kəsişməsi mayın 23-də saat 23:00-dan yarış bitənədək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Bakı şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Publika.az-a verilən məlumata görə, bu, yarışa hazırlıq zamanı yollarda quraşdırma işləri ilə əlaqədardır.

Sürücülərdən Zərifə Əliyeva küçəsini alternativ yol olaraq istifadə etmələri xahiş olunur. BŞH sürücülərə anlayışlarına görə təşəkkür edir.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.

Oxumağa davam et

Sosial

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada 1 nəfər vaksinasiya olunub.

Bu barədə Publika.az-a Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verilib.

Gün ərzində birinci və ikinci doza vaksin vurduranlar olmayıb.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 olub. Pozitiv nəticədən sonra “buster” doza vaksin vurduran olmayıb.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 707 007, birinci doza peyvəndlərin ümumi sayı 5 345 824, ikinci doza vaksinlərin sayı 4 847 442 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 269 215, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 244 526 olub.

Oxumağa davam et
Reklam

Gündəm