Azərbaycanda yeni QADAĞALAR OLACAQ - HAZIRLIQLAR BAŞLADI - Publika.az
Bizi izləyin

Sosial

Azərbaycanda yeni QADAĞALAR OLACAQ - HAZIRLIQLAR BAŞLADI

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında əsasnaməyə əlavə və dəyişikliklər edilməsi ilə bağlı layihə hazırlayıb.

Publika.az xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva bildirib.

O qeyd edib ki, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac var: “Komissiya haqqında əsasnamə mövcuddur. Dövlət Komitəsi sözügedən əsasnaməyə əlavə və dəyişikliklər edilməsi üçün layihə işləyib hazırlayıb. Dəyişikliklərdə komissiyanın ştat cədvəlinə soisal işçi ştatının əlavə edilməsi nəzərdə tutulub. Belə ki, müvafiq sahədə fəaliyyətin daha səmərəli təşkilinə dəstək olmaq məqsədilə sosial işçilərə ehtiyac duyulur.

Digər dəyişiklik təklifi Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya ilə Qəyyumluq və Himayəçilik Komissiyasının vahid tərkibdə birləşdirilərək fəaliyyətini Uşaq məsələləri üzrə komissiya kimi davam etdirməsi ilə bağlıdır. Nəzərdə tutulan dəyişikliklərə əsasən vahid qurum olaraq fəaliyyət göstərəcək komissiya qəyyumluq və himayə məsələləri ilə yanaşı, əsasnamədə əksini tapan digər səlahiyyətləri yerinə yetirəcək".

Müdir müavini vurğulayıb ki, layihədə öz əksini tapmış digər təklif komissiyaların ildə iki dəfə və ya hər ilin sonunda öz fəaliyyətləri ilə bağlı Dövlət Komitəsinə hesabatlar təqdim etməsini nəzərdə tutur: "Belə ki, təqdim olunan hesabatlar əsasında Dövlət Komitəsində təhlillər aparılması və komissiyaların fəaliyyətinə dair ölkə hesabatının Nazirlər Kabinetinə təqdim olunması planlaşdırılır. Həmçinin layihədə, intizam tədbiri olaraq uşaqların tərbiyəsinə, səhhətinə mənfi təsir göstərə biləcək hallardan müdafiə etmək məqsədilə onların bəzi yerlərə getmələrinə, yaxud müəyyən şəxslərlə ünsiyyətdə olmalarına bəzi qadağaların tətbiqi təkli edilir. Ümumilikdə layihə tamamlanmaq üzrədir. Razılaşdırıldıqdan sonra təsdiqi ilə bağlı müvafiq dövlət orqanına təqdim olunacaq".

Rəylər
Oxumağa davam et
Reklam

Sosial

Zəngilanda “Ağıllı kənd” layihəsi üzrə ilk “Smart DOST” məntəqəsi istifadəyə verildi - FOTO

Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkədə ilk dəfə olaraq həmin kənddə qurulmuş “Ağıllı DOST” - “Smart DOST” məntəqəsi ilə də tanış olublar.

Publika.az xəbər verir ki, “Smart DOST” sistemi ilə vətəndaşlar əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahəsində onlayn formada 100-dən çox xidmətdən şəffaf, rahat və əlçatan şəkildə faydalana biləcəklər.

Məntəqəyə yaxınlaşan vətəndaşa xidmət onlayn qəbul sistemi vasitəsilə virtual olaraq, DOST agentləri tərəfindən həyata keçiriləcək. Ehtiyac yarandıqda məntəqədə vətəndaşa texniki dəstək göstərəcək əməkdaşın fəaliyyəti də nəzərdə tutulub.

Yeni “Smart DOST” məntəqəsində rəqəmsal sistemin quraşdırılması və istifadəyə verilməsi işləri DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən həyata keçirilib.

Oxumağa davam et

Sosial

6 milyonluq borca görə həbs edilən hotel sahibi də azad olundu

Bugünkü əfv sərəncamı ilə “Neapol” hotelinin sahibi Şükür Əhmədov da azadlığa çıxıb.

Publika.az xəbər verir ki, iş adamı 6 milyon dollarlıq borca görə 2018-ci ildə həbs edilib.

Şükür Əhmədov “AccesBank”ın şikayəti əsasında saxlanılmışdı.

Oxumağa davam et

Sosial

DGK-nin sabiq şöbə rəisi azad olundu

Dövlət Gömrük Komitəsinin sabiq şöbə rəisi əfv olunanlar siyahısındadır.

Publika.az xəbər verir ki, DGK-nin Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin sabiq rəisi və gömrük xidməti polkovnik-leytenantı Natiq İmanov Prezident İlham Əliyevin sərəncamı ilə azadlığa buraxılıb.

Qeyd edək ki, N. İmanov 2018-ci ildə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Xatırladaq ki, o, pensiya yaşına çatmış komitə əməkdaşlarına dövlət tərəfindən ödəniləcək birdəfəlik müavinətlərin vaxtından əvvəl verilməsini təmin etmək adı altında onlardan xeyli miqdarda pul vəsaiti almışdı. Növbəti dəfə pensiya yaşına çatan gömrük əməkdaşlarından biri ilə 2500 manat müqabilində razılığa gələn Natiq İmanov həmin əməkdaşdan pulu alarkən yaxalanmış, Dövlət Gömrük Komitəsi sədrinin əmri ilə vəzifəsindən azad edilmişdi.

Oxumağa davam et
Reklam

Gündəm