Bu məmurlar da namaza başlayan Alimpaşa kimi... - Seyid Camal Əzimbəyli - Publika.az
Bizi izləyin

Sosial

Bu məmurlar da namaza başlayan Alimpaşa kimi... - Seyid Camal Əzimbəyli

Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədov bildirib ki, sentyabrdan namaza başlayıb, şeir yazır, idmanla məşğul olur. Hətta iqtisadi sahədə layihələr yazır və azadlığa çıxdıqdan sonra onları reallaşdırmaq istəyir. Həbsdə olan sabiq icra başçısının bu addımı cəmiyyətdə birmənalı qarşılanmayıb. Sözləri müzakirəyə çıxarılan Alimpaşa Məmmədov haqda insanlar “Niyə həbs olunmamışdan əvvəl ibadətlə məşğul olmurdu, indi namaz qılır?!” kimi fikirlər səsləndiriblər. 

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli Publika.az-a bildirib ki, İslam dininin gətirdiyi qaydalara görə, İslamın təməl prinsiplərini bilən hər kəsə məlumdur ki, Allah tövbələri qəbul edəndir. Xırıltı boğazdan kəsilənə qədər zalım və zülmkarlardan başqa hər kim tövbə edərsə, Allah onun tövbələrini qəbul edər: “Əlbəttə ki, ortada gözəl bir nümunə var. Əgər icra başçısı işləmiş şəxs korrupsiya və rüşvətə görə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən həbs olunubsa, bu, tutarlı bir sıra faktlara dayanır. Tövbə islah olunmanın ən gözəl üsuludur. Hansısa bir şəxsin, xüsusi olaraq məmur işləmiş, dövlətin mal və mülkünü talamış, qul haqqına girmiş, müzəffər Ali Baş Komandanın etimadından sui-istifadə edərək yerlərdə insanların hakimiyyətə qarşı xoş olmayan münasibətinin yaranmasına səbəbkar olmuş bir şəxsin həbsxanada tövbə etməsi yaxşı nümunədir. Əgər şəxs namaza başlayırsa, deməli, tövbə də edir. Çünki namaz Allahla birbaşa rabitədir. Ən təhlükəlisi odur ki, insan bu islah yolunda özünü günahkar bilmədən, bunu boşluqdan, asudəlikdən, maraqdan həyata keçirirsə, günahdır. Çünki bu, qulla Allah arasında olan rabitədir. Biz bunu bilmirik. Bildiyim qədər bəzi məmurlar var ki, həbs olunduqdan sonra namaz ibadətinə gəlirlər. Bu da xoşdur, mübarəkdir”. 

S.C.Əzimbəyli qeyd edib ki, Azərbaycanda onlarla icra başçıları, məmurlar var ki, onlar Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi islahatlara əngəl olmaqdadırlar. Məhz onlar həmin icra başçısının nümunəsindən yararlanmalıdırlar: “Ən gözəli odur ki, həmin məmurlar da bu nümunədən müsbət formada istifadə etsinlər. Dəmir barmaqlıqlar arasında deyil, azad həyatda tövbə edərək dövlətə, millətə və xalqın mənafeyinə uyğun davranışlar sərgiləsinlər ki, onlar cəza aldıqdan sonra namaz ibadətinə həbsxana divarları arxasından qoşulmasınlar. Hər halda bu, təqdir olunmalıdır. Amma bu nümunədən onlarla məmurlar, icra başçıları dərs çıxarmalıdır. Nə qədər ki, dövlətin aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən həbs olunmayıblar, bu islahatlara əngəl olurlar, dövlətin yerlərdə aynası rolunda əngəllər yaradırlar, xalq içərisində narazılıq formalaşdırırlar, həmin insanlar da tövbə edərək öz əməllərinə və davranışlarına redaktə etməlidirlər. Allah tövbələri qəbul edəndir. Əgər bu, məkrli və hiylə ilə deyilsə. Çünki qəlblərdən agah olan Allahdır”. 

Rəylər
Oxumağa davam et
Reklam

Sosial

Zəngilanda “Ağıllı kənd” layihəsi üzrə ilk “Smart DOST” məntəqəsi istifadəyə verildi - FOTO

Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkədə ilk dəfə olaraq həmin kənddə qurulmuş “Ağıllı DOST” - “Smart DOST” məntəqəsi ilə də tanış olublar.

Publika.az xəbər verir ki, “Smart DOST” sistemi ilə vətəndaşlar əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahəsində onlayn formada 100-dən çox xidmətdən şəffaf, rahat və əlçatan şəkildə faydalana biləcəklər.

Məntəqəyə yaxınlaşan vətəndaşa xidmət onlayn qəbul sistemi vasitəsilə virtual olaraq, DOST agentləri tərəfindən həyata keçiriləcək. Ehtiyac yarandıqda məntəqədə vətəndaşa texniki dəstək göstərəcək əməkdaşın fəaliyyəti də nəzərdə tutulub.

Yeni “Smart DOST” məntəqəsində rəqəmsal sistemin quraşdırılması və istifadəyə verilməsi işləri DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən həyata keçirilib.

Oxumağa davam et

Sosial

6 milyonluq borca görə həbs edilən hotel sahibi də azad olundu

Bugünkü əfv sərəncamı ilə “Neapol” hotelinin sahibi Şükür Əhmədov da azadlığa çıxıb.

Publika.az xəbər verir ki, iş adamı 6 milyon dollarlıq borca görə 2018-ci ildə həbs edilib.

Şükür Əhmədov “AccesBank”ın şikayəti əsasında saxlanılmışdı.

Oxumağa davam et

Sosial

DGK-nin sabiq şöbə rəisi azad olundu

Dövlət Gömrük Komitəsinin sabiq şöbə rəisi əfv olunanlar siyahısındadır.

Publika.az xəbər verir ki, DGK-nin Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin sabiq rəisi və gömrük xidməti polkovnik-leytenantı Natiq İmanov Prezident İlham Əliyevin sərəncamı ilə azadlığa buraxılıb.

Qeyd edək ki, N. İmanov 2018-ci ildə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Xatırladaq ki, o, pensiya yaşına çatmış komitə əməkdaşlarına dövlət tərəfindən ödəniləcək birdəfəlik müavinətlərin vaxtından əvvəl verilməsini təmin etmək adı altında onlardan xeyli miqdarda pul vəsaiti almışdı. Növbəti dəfə pensiya yaşına çatan gömrük əməkdaşlarından biri ilə 2500 manat müqabilində razılığa gələn Natiq İmanov həmin əməkdaşdan pulu alarkən yaxalanmış, Dövlət Gömrük Komitəsi sədrinin əmri ilə vəzifəsindən azad edilmişdi.

Oxumağa davam et
Reklam

Gündəm