Xəbərlər - Publika.az
Bizi izləyin

Sosial

Bakının bu rayonundakı yaşayış binaları sökülməyə başladı - FOTO

Bakının Nizami rayonunda bəzi yaşayış binalarının sökülməsinə başlanılıb.

Publika.az xəbər verir ki, Trend-in əldə etdiyi məlumata görə, bunlar Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 88-98 ünvanında yerləşən binalardır.

Həmin binalardan artıq sakinlər köçürülməsinə başlanılıb.

Qeyd edək ki, söküntü aparılan ərazidə yerləşən binalar ötən əsrin 40-60-ci illərdə inşa olunmuş "Minsk" və "Xruşovka" layihəli beş mərtəbəli binalardır.

  • Bakının bu rayonundakı yaşayış binaları sökülməyə başladı - FOTO

  • Bakının bu rayonundakı yaşayış binaları sökülməyə başladı - FOTO

  • Bakının bu rayonundakı yaşayış binaları sökülməyə başladı - FOTO

  • Bakının bu rayonundakı yaşayış binaları sökülməyə başladı - FOTO

  • Bakının bu rayonundakı yaşayış binaları sökülməyə başladı - FOTO

  • Bakının bu rayonundakı yaşayış binaları sökülməyə başladı - FOTO

Publika.az
Rəylər
Oxumağa davam et
Reklam

Sosial

Azərbaycanda jurnalist xərçəngdən VƏFAT ETDİ

Jurnalist İradə Cəlilova uzun sürən xərçəng xəstəliyindən vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə onun həmkarları sosial şəbəkədə paylaşım ediblər.

Allah rəhmət eləsin!


Oxumağa davam et

Sosial

ŞOK: Azərbaycanda məscid restorana çevrildi - FOTO

Xırdalanda AAAF Park yaşayış kompleksi mərkəzində inşa edilən məscid restorana çevrilib.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilir ki, bir müddət, əsasən 2018-ci ildən ibadət yeri olan tikili 2022-ci ilin aprelin sonundan, həm də orucluq ayında, “Xan sarayı” adı ilə restoran və çayxana kimi fəaliyyət göstərməyə başlayıb.

Restoranda çalışanlar Speys TV-yə bildiriblər ki, bu məkanda içki verilmir, el şənlikləri deyil, dini məclislər keçirilir. Restoranda qoyulan kürsü də mollalar üçündür və o masada Quran saxlanılır.

Qafqaz Müsəlmanları İdarəsindən isə sözügedən ərazidə heç bir məscid qeydiyyata alınmadığı vurğulanıb.

Belə çıxır ki, bir müddət qeydiyyata alınmadan fəaliyyət göstərən məscid indi “Mərasim evi” kimi işinə davam edir. Ancaq niyə “Mərasim evi” adı ilə yox, “Xan sarayı” adı ilə?

Bu suala cavab yoxdur.

Oxumağa davam et

Sosial

Azərbaycanın Əməkdar incəsənət xadimi VƏFAT ETDİ - FOTO

Tanınmış televiziyaçı, Azərbaycanın Əməkdar incəsənət xadimi Fuad Vəlixanov vəfat edib.

Publika.az xəbər verir ki, uzun müddət xəstəlikdən əziyyət çəkən F.Vəlixanov bu gün dünyasını dəyişib.

Qeyd edək ki, F.Vəlixanov 1965-1969-cu illərdə “Molodyoj Azerbaydjana”, “Vişka” qəzetlərində və “Kommunist” nəşriyyatında çalışıb.

1970-ci ildən Azərbaycan Dövlət Televiziyasında redaktor, böyük redaktor, şöbə müdiri, baş redaktor müavini və baş direktor işləyib.

1992-1993-cü illərdə ilk müstəqil “BM-Tİ” teleşirkətin proqramlar direktoru, 1998-1999-cü illərdə ANS teleradio şirkətində baş direktorun televiziya üzrə müavini olub. 2000-ci ildən “Lider” televiziyasında bədii rəhbər və proqramlar direktoru kimi çalışıb.

2006-cı ildən Azərbaycan Televiziyasında proqramlar direktoru vəzifəsinə qayıdıb. 2008-ci ildən “Müəllif Proqramları və Xüsusi Lahiyələr” departamentinin direktoru vəzifəsində işləyir.

O, son olaraq “İctimai” TV-də çalışıb. (Oxu.az)

Oxumağa davam et
Reklam

Gündəm