Sosial
Azərbaycanda bu şəxslərin maaşı 799 manat oldu - QƏRAR

Azərbaycanda dövlət ümumi təhsil müəssisələrinin direktorlarının və müavinlərinin maaşları artırılıb.
Publika.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 799 manat, direktorun müavinlərinin aylıq vəzifə maaşı 719 manat müəyyənləşib.
Qərarla “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının sxemi” də yeni redaksiyada təsdiq edilib.
Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının sxemi
Sıra №-si | Təhsili | Bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı (manatla) | ||||
pedaqoji staj 3 ilə qədər olduqda | pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda | pedaqoji staj 8 ildən 13 ilə qədər olduqda | pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda | pedaqoji staj 18 ildən çox olduqda | ||
1. | Ali təhsilli | 552 | 594 | 624 | 666 | 714 |
2. | Orta ixtisas təhsilli | 504 | 534 | 552 | 588 | 636 |
Qərara əsasən, "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi” yeni redaksiyada təsdiq edilib.
Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi
Sıra №-si | Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər | Aylıq vəzifə maaşı (manatla) |
1. | Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı ən azı 5 ilə qədər | 434 |
2. | Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 5 ilə qədər | 448 |
3. | Orta ixtisas təhsilli, pedaqoji stajı 5 ildən 10 ilədək; orta hərbi təhsilli və ya ali təhsilli, pedaqoji stajı hər iki halda 5 ilə qədər | 462 |
4. | Ali təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 10 ildən çox; orta hərbi təhsilli, pedaqoji stajı 5 ildən çox; ali hərbi təhsilli, pedaqoji staja tələb qoyulmadan | 490b |
Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.
Sosial
Azərbaycanda jurnalist xərçəngdən VƏFAT ETDİ

Jurnalist İradə Cəlilova uzun sürən xərçəng xəstəliyindən vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə onun həmkarları sosial şəbəkədə paylaşım ediblər.
Allah rəhmət eləsin!
Sosial
ŞOK: Azərbaycanda məscid restorana çevrildi - FOTO

Xırdalanda AAAF Park yaşayış kompleksi mərkəzində inşa edilən məscid restorana çevrilib.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilir ki, bir müddət, əsasən 2018-ci ildən ibadət yeri olan tikili 2022-ci ilin aprelin sonundan, həm də orucluq ayında, “Xan sarayı” adı ilə restoran və çayxana kimi fəaliyyət göstərməyə başlayıb.
Restoranda çalışanlar Speys TV-yə bildiriblər ki, bu məkanda içki verilmir, el şənlikləri deyil, dini məclislər keçirilir. Restoranda qoyulan kürsü də mollalar üçündür və o masada Quran saxlanılır.
Qafqaz Müsəlmanları İdarəsindən isə sözügedən ərazidə heç bir məscid qeydiyyata alınmadığı vurğulanıb.
Belə çıxır ki, bir müddət qeydiyyata alınmadan fəaliyyət göstərən məscid indi “Mərasim evi” kimi işinə davam edir. Ancaq niyə “Mərasim evi” adı ilə yox, “Xan sarayı” adı ilə?
Bu suala cavab yoxdur.
Sosial
Azərbaycanın Əməkdar incəsənət xadimi VƏFAT ETDİ - FOTO

Tanınmış televiziyaçı, Azərbaycanın Əməkdar incəsənət xadimi Fuad Vəlixanov vəfat edib.
Publika.az xəbər verir ki, uzun müddət xəstəlikdən əziyyət çəkən F.Vəlixanov bu gün dünyasını dəyişib.
Qeyd edək ki, F.Vəlixanov 1965-1969-cu illərdə “Molodyoj Azerbaydjana”, “Vişka” qəzetlərində və “Kommunist” nəşriyyatında çalışıb.
1970-ci ildən Azərbaycan Dövlət Televiziyasında redaktor, böyük redaktor, şöbə müdiri, baş redaktor müavini və baş direktor işləyib.
1992-1993-cü illərdə ilk müstəqil “BM-Tİ” teleşirkətin proqramlar direktoru, 1998-1999-cü illərdə ANS teleradio şirkətində baş direktorun televiziya üzrə müavini olub. 2000-ci ildən “Lider” televiziyasında bədii rəhbər və proqramlar direktoru kimi çalışıb.
2006-cı ildən Azərbaycan Televiziyasında proqramlar direktoru vəzifəsinə qayıdıb. 2008-ci ildən “Müəllif Proqramları və Xüsusi Lahiyələr” departamentinin direktoru vəzifəsində işləyir.
O, son olaraq “İctimai” TV-də çalışıb. (Oxu.az)
- Sosial16 May 2022 23:31
Azərbaycanda jurnalist xərçəngdən VƏFAT ETDİ
- Sosial16 May 2022 23:24
ŞOK: Azərbaycanda məscid restorana çevrildi - FOTO
- Dünya16 May 2022 22:31
Putin Paşinyanla Qarabağı MÜZAKİRƏ ETDİ: "Buna görə şadam..."
- Sosial16 May 2022 22:13
Azərbaycanın Əməkdar incəsənət xadimi VƏFAT ETDİ - FOTO
- Dünya16 May 2022 20:31
Əfsanəvi "Moskviç" GERİ DÖNÜR: Sobyanin planları açıqladı
- Dünya16 May 2022 19:36
Fransanın yeni Baş nazirinin ADI AÇIQLANDI - FOTO
- Sosial16 May 2022 19:12
Bu ərazilərdə su KƏSİLƏCƏK
- Hadisə16 May 2022 18:42
Bakıda 7 yaşlı məktəbli necə ölüb? - RƏSMİ AÇIQLAMA