“Azəriqaz”ın rəhbərliyi Siyəzəndə sahibkarlarla görüş keçirəcək - Publika.az
Bizi izləyin

Sosial

“Azəriqaz”ın rəhbərliyi Siyəzəndə sahibkarlarla görüş keçirəcək

Yanvarın 19-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi Siyəzən rayonunda sahibkarlarla görüş keçirəcək.

Publika.az-a bu barədə qurumdan bildirilib.

Məlumata görə, “Açıq mikrofon” aksiyası çərçivəsində Siyəzən şəhəri, Cəfər Cabbarlı küçəsi, 23 ünvanında (Siyəzən xidmət sahəsinin qarşısında) baş tutacaq aksiyada sahibkarları maraqlandıran suallar cavablandırılacaq.

“Səyyar qəbul otağı” saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Rəylər
Oxumağa davam et
Reklam

Sosial

Bu gün vəfat edən əsgərimiz evin tək oğlu imiş

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məmmədov Mehralı Novruz oğlu bu gün qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən vəfat edib.

Publika.az xəbər verir ki, 2003-cü il təvəllüdlü M.Məmmədov Tovuz rayonunun Qəribli kəndindəndir.

O, ötən il hərbi xidmətə yollanıb.

Evin tək oğlu olan Mehralının bir bacısı var. Ailəsi hazırda rayonun Qəribli kəndində yaşayır.

Əsgərin Laçın rayonu ərazisində vəfat etdiyi bildirilir.

O, sabah doğulduğu rayonda torpağa tapşırılacaq.

Allah rəhmət eləsin! (“Qafqazinfo”)

Oxumağa davam et

Sosial

Zəngilanda “Ağıllı kənd” layihəsi üzrə ilk “Smart DOST” məntəqəsi istifadəyə verildi - FOTO

Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkədə ilk dəfə olaraq həmin kənddə qurulmuş “Ağıllı DOST” - “Smart DOST” məntəqəsi ilə də tanış olublar.

Publika.az xəbər verir ki, “Smart DOST” sistemi ilə vətəndaşlar əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahəsində onlayn formada 100-dən çox xidmətdən şəffaf, rahat və əlçatan şəkildə faydalana biləcəklər.

Məntəqəyə yaxınlaşan vətəndaşa xidmət onlayn qəbul sistemi vasitəsilə virtual olaraq, DOST agentləri tərəfindən həyata keçiriləcək. Ehtiyac yarandıqda məntəqədə vətəndaşa texniki dəstək göstərəcək əməkdaşın fəaliyyəti də nəzərdə tutulub.

Yeni “Smart DOST” məntəqəsində rəqəmsal sistemin quraşdırılması və istifadəyə verilməsi işləri DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən həyata keçirilib.

Oxumağa davam et

Sosial

6 milyonluq borca görə həbs edilən hotel sahibi də azad olundu

Bugünkü əfv sərəncamı ilə “Neapol” hotelinin sahibi Şükür Əhmədov da azadlığa çıxıb.

Publika.az xəbər verir ki, iş adamı 6 milyon dollarlıq borca görə 2018-ci ildə həbs edilib.

Şükür Əhmədov “AccesBank”ın şikayəti əsasında saxlanılmışdı.

Oxumağa davam et
Reklam

Gündəm