Ramiz Mehdiyev təcili müşavirə keçirdi, Kərim Şükürovun istefasını qəbul etmədi - Publika.az
Bizi izləyin

Sosial

Ramiz Mehdiyev təcili müşavirə keçirdi, Kərim Şükürovun istefasını qəbul etmədi

Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi (AMEA) Tarix İnstitutunun Baş direktoru professor Kərim Şükürovun vəzifəsindən istefa verməsi ilə bağlı ərizəsini qəbul etməyib.

Publika.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq akademiyadan bildirilib.

Qeyd olunub ki, K.Şükürov bu gün günorta saatlarında vəzifəsindən istefa verməsi ilə bağlı AMEA rəhbərliyinə rəsmi ərizə ilə müraciət edib. Bununla bağlı AMEA prezidenti Ramiz Mehdiyevin sədrliyi və vitse-prezidentlərin iştirakı ilə müşavirə keçirilib.

Bildirilib ki, müşavirədə məsələ müzakirə edilib və K.Şükürovun istefa ərizəsi qəbul olunmayıb. Beləliklə, onun fəaliyyətini davam etdirməsi məqsədəuyğun hesab edilib və nöqsanları aradan qaldırmaq üçün K.Şükürova vaxt verilib.

Amma buna baxmayaraq, K.Şükürov bu gün işə çıxmayıb və AMEA rəhbərliyi tərəfindən hələlik onunla əlaqə saxlamaq mümkün olmayıb.

Qeyd edək ki, R.Mehdiyev yanvarın 19-da Rəyasət Heyətinin iclasında Tarix İnstitutunun fəaliyyətini sərt tənqid edib. O, Tarix İnstitutunda qeyri-sağlam iş mühitinin hökm sürdüyü, elmi mühitin sıradan çıxdığı iddiası ilə çıxış edib və institut rəhbərliyinə xəbərdarlıq ünvanlayıb.

K.Şükürov isə yanvarın 20-də R.Mehdiyevin səsləndirdiyi fikirlərə münasibət bildirib. O, R.Mehdiyevi məişət səviyyəli intriqalar ilə məşğul olmaqda və onu akademiyanın gündəliyinə çevirməkdə ittiham edib.

Daha sonra tarixçi alim yanvarın 21-də akademiyadakı vəzifələrindən istefa verəcəyinin anonsunu elan edib. Professor bu addımı akademiyanın prezidenti Ramiz Mehdiyevin onun və rəhbərlik etdiyi institut haqqında səsləndirdiyi qeyri-adekvat fikirlərə etiraz əlaməti olaraq atdığını bildirib.

Rəylər
Oxumağa davam et
Reklam

Sosial

Bu gün vəfat edən əsgərimiz evin tək oğlu imiş

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məmmədov Mehralı Novruz oğlu bu gün qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən vəfat edib.

Publika.az xəbər verir ki, 2003-cü il təvəllüdlü M.Məmmədov Tovuz rayonunun Qəribli kəndindəndir.

O, ötən il hərbi xidmətə yollanıb.

Evin tək oğlu olan Mehralının bir bacısı var. Ailəsi hazırda rayonun Qəribli kəndində yaşayır.

Əsgərin Laçın rayonu ərazisində vəfat etdiyi bildirilir.

O, sabah doğulduğu rayonda torpağa tapşırılacaq.

Allah rəhmət eləsin! (“Qafqazinfo”)

Oxumağa davam et

Sosial

Zəngilanda “Ağıllı kənd” layihəsi üzrə ilk “Smart DOST” məntəqəsi istifadəyə verildi - FOTO

Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkədə ilk dəfə olaraq həmin kənddə qurulmuş “Ağıllı DOST” - “Smart DOST” məntəqəsi ilə də tanış olublar.

Publika.az xəbər verir ki, “Smart DOST” sistemi ilə vətəndaşlar əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahəsində onlayn formada 100-dən çox xidmətdən şəffaf, rahat və əlçatan şəkildə faydalana biləcəklər.

Məntəqəyə yaxınlaşan vətəndaşa xidmət onlayn qəbul sistemi vasitəsilə virtual olaraq, DOST agentləri tərəfindən həyata keçiriləcək. Ehtiyac yarandıqda məntəqədə vətəndaşa texniki dəstək göstərəcək əməkdaşın fəaliyyəti də nəzərdə tutulub.

Yeni “Smart DOST” məntəqəsində rəqəmsal sistemin quraşdırılması və istifadəyə verilməsi işləri DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən həyata keçirilib.

Oxumağa davam et

Sosial

6 milyonluq borca görə həbs edilən hotel sahibi də azad olundu

Bugünkü əfv sərəncamı ilə “Neapol” hotelinin sahibi Şükür Əhmədov da azadlığa çıxıb.

Publika.az xəbər verir ki, iş adamı 6 milyon dollarlıq borca görə 2018-ci ildə həbs edilib.

Şükür Əhmədov “AccesBank”ın şikayəti əsasında saxlanılmışdı.

Oxumağa davam et
Reklam

Gündəm