İdris Abbasov təhdid edilib? - İsa Həbibbəylidən iddialara CAVAB - Publika.az
Bizi izləyin

Sosial

İdris Abbasov təhdid edilib? - İsa Həbibbəylidən iddialara CAVAB

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasovun təhdid edilməsi barədə məlumata münasibət bildirib.

Publika.az xəbər verir ki, bu barədə Modern.az-a danışan İ.Həbibbəyli İdris Abbasova pislik etmək niyyətində olmadığını söyləyib.x

“Bu barədə məlumatım yoxdur. Mən onu başa düşmürəm. Həmişə hörmət göstərmişəm. Niyə belə deyirlər, səbəbini bilmirəm. Həyatım boyu ona yaxşılıq etmişəm. Yaxşı olar ki, bunu özündən soruşasınız. O mənim əleyhimə yazsa da, danışsa da, mən ancaq yaxşılıq etmişəm. Bundan sonra da belə davam edəcəyəm”, - deyə AMEA-nın vitse-prezidenti vurğulayıb.

Qeyd edək ki, bir qədər öncə saytımıza daxil olan məlumata görə, bu gün Ramiz Mehdiyevin tapşırığı ilə AMEA Nəsimi adına Dilçilik İnstitutunun təcili toplantısı çağırılıb. İclasda mətbuatda getmiş “Ramiz Mehdiyev əsl elm adamlarını cana-boğaza yığıb, getməlidir!” adlı açıqlamaya görə, İdris Abbasova qarşı təzyiq göstərilib, barəsində hədə dolu fikirlər səsləndirilib.

İddiaya əsasən, professordan Ramiz Mehdiyevin adını çəkib, tənqid etdiyinə görə izahat tələb olunub.

Bundan əlavə, mənbə qeyd edib ki, İnstitut rəhbərliyi AMEA prezidenti Ramiz Mehdiyevin və vitse-prezident İsa Həbibbəylinin adlarını çəkməməsi üçün İdris Abbasovu söz verməyə məcbur edib:

“Belə qərara alınıb ki, əgər İdris Abbasov bir də Ramiz Mehdiyevin və İsa Həbibbəylinin adlarını çəksə, Azadlıq meydanında asılacaq”.

Rəylər
Oxumağa davam et
Reklam

Sosial

Zəngilanda “Ağıllı kənd” layihəsi üzrə ilk “Smart DOST” məntəqəsi istifadəyə verildi - FOTO

Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkədə ilk dəfə olaraq həmin kənddə qurulmuş “Ağıllı DOST” - “Smart DOST” məntəqəsi ilə də tanış olublar.

Publika.az xəbər verir ki, “Smart DOST” sistemi ilə vətəndaşlar əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahəsində onlayn formada 100-dən çox xidmətdən şəffaf, rahat və əlçatan şəkildə faydalana biləcəklər.

Məntəqəyə yaxınlaşan vətəndaşa xidmət onlayn qəbul sistemi vasitəsilə virtual olaraq, DOST agentləri tərəfindən həyata keçiriləcək. Ehtiyac yarandıqda məntəqədə vətəndaşa texniki dəstək göstərəcək əməkdaşın fəaliyyəti də nəzərdə tutulub.

Yeni “Smart DOST” məntəqəsində rəqəmsal sistemin quraşdırılması və istifadəyə verilməsi işləri DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən həyata keçirilib.

Oxumağa davam et

Sosial

6 milyonluq borca görə həbs edilən hotel sahibi də azad olundu

Bugünkü əfv sərəncamı ilə “Neapol” hotelinin sahibi Şükür Əhmədov da azadlığa çıxıb.

Publika.az xəbər verir ki, iş adamı 6 milyon dollarlıq borca görə 2018-ci ildə həbs edilib.

Şükür Əhmədov “AccesBank”ın şikayəti əsasında saxlanılmışdı.

Oxumağa davam et

Sosial

DGK-nin sabiq şöbə rəisi azad olundu

Dövlət Gömrük Komitəsinin sabiq şöbə rəisi əfv olunanlar siyahısındadır.

Publika.az xəbər verir ki, DGK-nin Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin sabiq rəisi və gömrük xidməti polkovnik-leytenantı Natiq İmanov Prezident İlham Əliyevin sərəncamı ilə azadlığa buraxılıb.

Qeyd edək ki, N. İmanov 2018-ci ildə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Xatırladaq ki, o, pensiya yaşına çatmış komitə əməkdaşlarına dövlət tərəfindən ödəniləcək birdəfəlik müavinətlərin vaxtından əvvəl verilməsini təmin etmək adı altında onlardan xeyli miqdarda pul vəsaiti almışdı. Növbəti dəfə pensiya yaşına çatan gömrük əməkdaşlarından biri ilə 2500 manat müqabilində razılığa gələn Natiq İmanov həmin əməkdaşdan pulu alarkən yaxalanmış, Dövlət Gömrük Komitəsi sədrinin əmri ilə vəzifəsindən azad edilmişdi.

Oxumağa davam et
Reklam

Gündəm