Peyvənd olunanların sayı açıqlandı - Publika.az
Bizi izləyin

Sosial

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az-a verilən məlumata görə, bir gündə 22 586 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 042, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 122, buster doza üzrə vaksinasiya olunanların sayı isə 18 422 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 11 813 840, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 214 124, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 729 272, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 870 444 təşkil edir.

Rəylər
Oxumağa davam et
Reklam

Sosial

DİN: Ağdamda minaya düşən hərbçinin ayağı amputasiyası edildi

Daxili İşlər Nazirliyi (DİN) Ağdamda minaya düşən hərbçi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Publika.az-a bildirilib ki, nazirliyin Daxili Qoşunlarının hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü Ömərov Seyidağa Mirzəağa oğlu bu gün saat 11:40 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində xidmət olarkən minaya düşüb və partlayış nəticəsində ağır bədən xəsarəti alıb.

O, dərhal xəstəxanaya yerləşdirilib, sağ ayağın dizdən aşağı ətrafı amputasiyası edilib.

Hazırda vəziyyəti stabildir.

Oxumağa davam et

Sosial

Təhsil Nazirliyi tələbələrə müraciət etdi

Mayın 31-də yaz semestri üçün təhsil tələbə krediti əldə etmək istəyən tələbələrin müraciətlərinin qəbulu başa çatacaq.

Bu barədə Publika.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Yaz semestri üçün təhsil krediti almaq istəyən tələbələr notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron informasiya sisteminə www.e-ttkf.edu.az müraciət edə bilərlər. Müraciətlər qeyri-iş günləri də daxil olmaqla, hər gün qəbul olunur.

Təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən aşağı olduqda valideynləri və ya himayəçisi ilə bir yerdə, yaşı 18-dən yuxarı olduqda isə özü notarial xidmətə yaxınlaşaraq bir sıra razılıqları ərizəsi ilə təsdiq etməlidir. Daha sonra tələbə kredit almaq hüququnun müəyyənləşdirilməsi üçün e-ttkf.edu.az portalına daxil olur. Portala giriş identifikasiya nömrəsi, “ASAN İmza” və “E-imza” ilə mümkündür. Tələbənin kredit almaq hüququ elektron qaydada müəyyən edilir və kredit müvəkkil bank tərəfindən verilir.

Qeyd edək ki, notarial qaydada təsdiqlənmiş ərizə daha sonrakı müraciətlər üçün də keçərlidir.

Oxumağa davam et

Sosial

Şuşada ilk respublika uşaq tədbiri keçiriləcək

İyunun 1-də Şuşada məktəblilər arasında “Şuşa ili”nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinin yekun konsert proqramı keçiriləcək.

Bu barədə Publika.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbir Təhsil Nazirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və Şuşa Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı ilə Şuşa Real Məktəbinin qarşısında baş tutacaq.

Tədbirdə müsabiqə qaliblərinin rəsm və əl işlərindən ibarət sərgi təşkil olunacaq, ədəbi-bədii kompozisiyalar nümayiş olunacaq. Həmçinin festival-müsabiqənin qalibləri mükafatlandırılacaq.

Qeyd edək ki, respublikada fəaliyyət göstərən ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların (incəsənət yönümlü ümumtəhsil müəssisələri istisna olmaqla) istedadlı şagirdləri arasında iki yaş qrupunda (11-14 yaş və 15-17 yaş) 4 nominasiya - ifa, rəqs, dram sənəti, təsviri incəsənət və dekorativ tətbiqi-sənət üzrə keçirilən müsabiqəyə ümumilikdə 10000-dən çox istedadlı şagird qatılıb.

Oxumağa davam et
Reklam

Gündəm